Tapılan ümumi test sayı : 304

Qarğıdalı bitkisinin çiçəyini kənarındakı dilcik formalı çiçəklərin əsas rolu nədən ibarətdir?
A) Ətrafa xoş ətir yaymaq
B) Həşəratları cəlb etmək
C) Çiçəyə rəng qatmaq
D) Heç biri
Hansı bitkinin meyvəsindən qida məqsədilə istifadə edilir?
A) Buğdanın
B) Kartofun
C) Qarğıdalının
D) Çovdarın
Kartof bitkisini necə əkmək lazımdır?
A) Bir – birindən 60 sm aralı, 6 – 10 sm dərinlikdə
B) Bir – birindən 70 sm aralı, 12 – 16 sm dərinlikdə
C) Bir – birindən 70 sm aralı, 6 – 10 sm dərinlikdə
D) Bir – birindən 50 sm aralı, 8 – 10 sm dərinlikdə
Pomidorun çiçək qrupu:
A) Sadə çətirdir
B) Süpürgədir
C) Sünbüldür
D) Sadə salxımdır
Kartofun vətəni haradır?
A) Türkiyə
B) Cənubi Amerika
C) Ukrayna
D) Azərbaycan
Neçənci ilədək avropalılar kartof bitkisini tanımırdılar?
A) 1556-cı ilədək
B) 1209-cu ilədək
C) 1931-ci ilədək
D) 1898-ci ilədək
Kartofun nə qədər növü var?
A) 2390
B) 2000
C) 4000
D) 5000
Kartofun çiçəkləri necə tozlanır?
A) Həşəratla
B) Küləklə
C) Öz-özünə
D) Kartofun çiçəkləri tozlanmır.
Çiçəyinin rəngi sarıdır, formaca quşüzümünə oxşayır. Söhbət hansı bitkidən gedir?
A) Pomidor
B) Qafqaz xanımotu
C) Badımcan
D) Kartof
Pomidorun vətəni haradır?
A) Orta Asiya
B) Cənubi Amerika
C) Qafqaz
D) Ukrayna
Çiçəyi xaricdən bənövşəyi, daxildən sarı rənglidir, meyvələri giləmeyvədir. Bu hansı bitkidir?
A) Kartof
B) Badımcan
C) Pomidor
D) Soğan
Badımcanın vətəni haradır?
A) Hindistan
B) Braziliya
C) Afrika
D) Çin
Kartofu nə ilə çoxaldırlar?
A) Cinsi yolla
B) Tozlanma ilə
C) Toxumla
D) Yumrularla
Alma bitkisinin kiçik boylu sortları neçə adlanır?
A) Palmet
B) Qızıl ehmedi
C) Qendil-Sinab
D) Cirhaci
Aşağıda göstərilən badımcançiçəklilər fəsiləsinin nümayəndələrinin hansında giləmeyvə olur?
1) pomidor
2) bat – bat
3) bibər
4) dəlibəng
5) kartof
A) 1,2,4
B) 1,3,4
C) 2,4,5
D) 1,3,5
Badımcançiçəklilərdən olan hansı bitkidir ki, revmatizm xəstəliyinin müalicəsi üçün dərman alınır və meyvəsində A, B, C vitaminləri zəngindir, rəngi qırmızıdır?
A) Quş üzümü
B) Pomidor
C) Şirin istiot
D) Acı istiot
Badımcançiçəklilər fəsiləsinin dərman bitkisi:
A) Dəlibəng
B) Bibər
C) Bat – bat
D) Qafqaz xanımotu
Badımcançiçəklilər fəsiləsinin zəhərli nümayəndəsi:
A) Quşüzümü
B) Qafqaz xanımotu
C) Dəlibəng
D) Tütün
Badımcançiçəklilər fəsiləsinə daxil olan bitkilərin neçə kasa yarpağı var?
A) 3
B) 9
C) 2
D) 5
Aşağıdakı bitkilərdən hansı badımcançiçəklilər fəsiləsinə mənsubdur?
1.Kələm,
2.Pomidor,
3.Alma,
4.Alça,
5.İstiot,
6.Quşüzümü
A) 2,5,6
B) 2,5
C) 1,3,4
D) 1,3,6
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top