Tapılan ümumi test sayı : 68

Epiteli toxumasının növlərinə aiddir:
1.Qığırdaq toxuması
2.Piy toxuması
3.Vəz toxuması
4.Sümük toxuması
5.Saya əzələ
6.Çoxqatlı epiteli
A) 3,6
B) 1,6
C) 1,4,6
D) 2,4,5
Ürək əzələsi iş prinsipinə görə hansı əzələyə bənzəyir?
A) Saya
B) Eninəzolaqlı
C) Kirpikli
D) Sinir
Orqanizmin qurulmasında neçə toxuma iştirak edir?
A) 2
B) 8
C) 6
D) 4
Epiteli toxuması bədənin hansı hissələrində yerləşir?
A) Onurğa sütununda
B) Oynaqlarda
C) Baş beyində
D) Dərinin xarici səthində
İnsanın daxili mühitinə aiddir:
A) Qan, limfa, hüceyrəarası maye
B) Hüceyrəarası maddə, toxuma, qan
C) Qan, toxuma
D) Limfa, toxuma
Hüceyrənin həyat xassəsidir:
A) Toxumaların olması
B) Böyümə və inkişaf
C) Su və mineral duzların olması
D) Zülalların əmələ gəlməsi
İnsanın cinsi hüceyrələrində nə qədər xromosom olur?
A) 23 xromosom
B) 26 xromosom
C) 46 xromosom
D) 48 xromosom
Hüceyrənin hansı orqanoidinin içərisi hüceyrə şirəsi ilə doludur?
A) Vakuolun
B) Lizosomun
C) Ribosomun
D) Holci kompleksinin
Aşağıdakılardan hansının tərkibində RNT var?
A) Hamar endoplazmatik torun
B) Lizosomun
C) Vakuolun
D) Nüvəciyin
hüceyrələrdə mürəkkəb üzvi birləşmələrin yaranması necə adlanır?
A) Qıcıqlanma
B) Oyanma
C) Refleks
D) Biosintez
Hüceyrələrdə müntəzəm olaraq nə baş verir?
A) Heç biri
B) Maddələr mübadiləsi
C) Biosintez
D) Böyümə və inkişaf
Hansı sırada hüceyrənin hissələri düzgün verilmişdir?
A) Membran, orqanoidlər
B) Membran, ribosom, sitoplazma
C) Nüvə, sitoplazma
D) Membran, nüvə, sitoplazma
Hansı orqanoiddə ATF sintez olur?
A) Mitoxondri
B) Hüceyrə mərkəzi
C) Ribosom
D) Holci kompleksi
Hansı orqanoidi hüceyrənin enerji stansiyası adlandırırlar?
A) Ribosomu
B) Vakuolu
C) Mitoxondrini
D) Lizosomu
Hansı üzvi maddələr nüvənin içərisində yerləşir?
A) Lipidlər
B) Zülallar
C) Yağlar
D) Nuklein turşuları
Holci kompleksi hüceyrədə hansı funksiyanı yerinə yetirir?
A) ATF – in əmələ gəlməsində
B) Fermentlərin əmələ gəlməsində
C) Karbohidratların sintezində
D) Zülal sintezində iştirak edir
Nuklein turşularının neçə növü var?
A) 3
B) 2
C) 4
D) 5
Bunlardan hansılar hüceyrəyə daha çox enerji verir?
A) Yağlar
B) Zülallar
C) Karbohidratlar
D) Minerallar
Bir hüceyrədə müxtəlif zülalların sayı nə qədər olur?
A) 1000
B) 200
C) 700
D) 500
Fermentum latınca nə deməkdir?
A) Maya
B) Bədən
C) Qan
D) Hüceyrə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top