Tapılan ümumi test sayı : 81

Rütubət çatışmazlığı şəraitinə uyğunlaşan bitkilər:
A) Kserofitlər
B) Fitoplanktonlar
C) Mezofitlər
D) Hiqrofitlər
Ekvatorial iqlim qurşağı əhatə edir:
A) Hind – Çin yarımadasının cənubunu
B) Pireney yarımadasını
C) Hindistan yarımadasını
D) Ərəbistan yarımadasını
Subtropik iqlim qurşağının tiplərinə aid deyil:
A) Musson iqlimi iqlim tipi
B) Kontinental iqlim tipi
C) Aralıq dənizi iqlim tipi
D) Mülayim dəniz iqlim tipi
Musson iqlimi əhatə edir:
A) Yapon adalarının cənubu və Böyük Çin düzənliyini
B) Yayla və dağlıq əraziləri
C) Kiçik Asiya yarımadasını və Mesopotamiya ovalığını
D) Ural dağlarından Sakit okeanın ensiz sahil zolağına qədər
Avrasiya materikinin şimalında İslandiya adasından başlayaraq sahilboyu ərazilər hansı qurşağa daxildir?
A) Mülayim kontinental iqlim tipinə
B) Kontinental iqlim tipinə
C) Arktik iqlim qurşağına
D) Subarktika iqlim qurşağına
Kiçik Asiya yarımadası, Mesopotamiya ovalığı hansı iqlim tipinə aiddir?
A) Mülayim dəniz iqlim tipinə
B) Mülayim kontinental iqlim tipinə
C) Aralıq dənizi iqlim tipinə
D) Musson iqlim tipinə
Subtropik qurşaq xəritədə hansı rənglə işarə olunur?
A) Sarı
B) Yaşıl
C) Çəhrayı
D) Göy
E) Qırmızı
Avrasiyada Ərəbistan, Hindistan, Hind-Çin yarımadaları eyni enlikdə yerləşməsinə baxmayaraq Ərəbistanda tropik, Hindistan və Hind-Çin yarımadalarında isə subekvatorial iqlim formalaşmışdır. Bunun səbəbi nədir?
A) Passat küləklərinin təsiri
B) Günəş şüalarının müxtəlif bucaq altında düşməsi
C) Mussonlar
D) Okean cərəyanları
E) Relyef
Hansı materik ekvatorial iqlim qurşağında yerləşir?
A) Şimal Amerika
B) Avrasiya
C) Antarktida
D) Avstraliya
Avrasiyanın daxili hissələrinin daha az yağıntı almasının səbəbi:
A) Soyuq okean cərəyanlarının təsiri
B) Dağların rütubətli havanın qarşısını alması
C) Günəş şüalarının böyük bucaq altında düşməsi
D) Şimal Buzlu okeanının təsiri
Avrasiyada okean üzərində və cənub – şərq sahil zonasında güclü küləklər – tayfunlar yaranır:
A) Ayın cazibə qüvvəsi nəticəsində
B) Vulkan püskürməsi nəticəsində
C) Zəlzələ nəticəsində
D) Hava kütlələrinin istiqamətinin dəyişməsi nəticəsində
Şimal Buzlu okeanı üzərində yaranan quru və soyuq hava kütlələri materikin geniş şimal ərazilərinə daxil olaraq yaradır:
A) Yayda isti, qışda soyuq hava şəraiti
B) Yayda isti, qışda şaxtalı hava şəraiti
C) Yayda isti, qışda mülayim hava şəraiti
D) Yayda sərin, qışda şaxtalı hava şəraiti
Hansı ərazilərdə qışda havanın temperaturu 0ºC – dən yuxarı olur:
a)Sibirdə
b) Qara dəniz sahillərində
c) Aralıq dənizi sahillərində
d) Mərkəzi Asiyada
e) Sakit okean sahillərində
f) Atlantik okeanı sahillərində
A) b,c,f
B) b,c,e
C) a,d,e
D) d,e,f
Şimal yarımkürəsinin bütün iqlim qurşaqlarında yerləşən materiki:
A) Afrika
B) Avstraliya
C) Şimali Amerika
D) Avrasiya
Ekvator xəttinin kəsmədiyi materik olmasına baxmayaraq, ekvatorial iqlim qurşağında yerləşir:
A) Avrasiya
B) Avstraliya
C) Afrika
D) Şimali Amerika
aralıq dənizi iqlim tipi Avrasiyanın hansı hissəsinə aiddir və hansı iqlim qurşağının yarımtipidir?
A) Şimali, mülayim
B) Qərbi, subtropik
C) Şərqi, subekvatorial
D) Cənubi, ekvatorial
Biri qədim dağ deyil:
A) Karpat
B) Skandinaviya
C) Tyanşan
D) Ural
Cavan dağlara aid deyil:
A) Pamir
B) Altay
C) Alp
D) Himalay
Avrasiyanın relyef amplitudu:
A) 10479 m
B) 8562 m
C) 9250 m
D) 7845 m
Dağ çaylarında əmələ gəlmir:
A) Delta
B) Kanyon
C) Astana
D) Şəlalə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top