Tapılan ümumi test sayı : 85

Azərbaycan ərazisində kristallik şistlərdən ibarət olan ən qədim süxurlara rast gəlinir:
A) Kiçik Qafqazda, Talışda
B) Naxçıvan MR – da, Gəncədə
C) Qobustanda, Qarabağda
D) Naxçıvan MR – da, Tovuzda
Respublikamızda ən iri palçıq vulkanı:
A) Torağay
B) Axtarma – Paşalı
C) Qalmaz
D) Bozdağ
Qarabağ vulkanik yaylasında yerləşən vulkanlar:
A) Gəlinqaya, Bozdağ
B) Keyrəki, Qızılboğaz
C) Böyük İşıqlı, Qızılqaya
D) Qızılboğaz, Torağay
Mezozoy erasının süxurları yayılmışdır:
A) Qusar maili düzənliyində
B) Lənkəran ovalığında
C) Kiçik Qafqazda
D) Kür – Araz ovalığında
Palçıq vulkanları əsasən yayılmışdır:
A) Dağlıq ərazilərdə
B) Düzənlik ərazilərdə
C) Neftli – qazlı torpaqlarda
D) Çay kənarlarında
Qubada hansı yataqlar daha çoxdur?
A) duz
B) çəhrayı mərmər
C) filiz
D) qranit
E) kömür
Filiz faydalı qazıntıları hansılardır?
A) qızıl, torf, almaz
B) neft, kömür, dəmir
C) qalay, qızıl, torf
D) Otabaşır, qalay, əhəngdaşı
E) dəmir, alunit, mis
Molibden yataqları harada yerləşir?
A) Laçın, Qubadlı
B) Astara
C) Parağaçay, Diaxçay
D) Tovuz, Şəmkir
E) Kəlbəcər, Daşkəsən
Daşkəsən dəmir filiz ehtiyatı neçə milyon tondur?
A) 223
B) 15
C) 725
D) 156
E) 250
Qubada hansı yataqlar daha çoxdur?
A) Kömür
B) Filiz
C) Duz
D) Çəhrayı mərmər
E) Qranit
Azərbaycan ərazisindəki qaz yataqlarını göstərin
A) Qarabağ
B) Ümid, Qaradəniz
C) Nabran
D) Candargöl
E) Naftalan
Molibdən yataqları harada yerləşir?
A) Kəlbəcər və Laçın
B) Qazax və Gəncə
C) Parağaçay və Diaxçay
D) Tovuz və Şəmkir
E) Aran zonası
Barit harada çıxarılır
A) Zəngilan
B) Tovuz
C) Covdag
D) Abşeron
Akkumulyasiya prosesinin üstünlük təşkil etdiyi ərazilər :
a) Böyük Qafqaz
b) Kür – Araz
c) Lənkəran
d) Naxçıvan dağları
A) c,d
B) b,c
C) b,d
D) a,b
Denudasiya prosesi intensiv gedir:
A) Talış dağlarında
B) Böyük Qafqaz dağlarında
C) Naxçıvan dağlarında
D) Kiçik Qafqaz dağlarında
Buzlaq relyef formalarına aid deyil:
A) Platolar
B) Morenlər
C) Troq dərələri
D) Sirklər
Süni relyef formalarına aid deyil:
A) Kanyonvarı dərələr
B) Kanallar
C) Bəndlər
D) Kollektorlar
Sürüşmələr daha çox inkişaf etmişdir:
A) Kür – Araz ovalığında
B) Kiçik Qafqazda
C) Böyük Qafqazda
D) Talış dağlarında
Bu zirvələrdən hansı Zəngəzur silsiləsində yerləşir?
A) Hinaldağ
B) Kəti dağı
C) Qapıcıq dağı
D) Qamış dağı
E) Dəlidağ
Bu zirvələrdən hansı Murovdağ silsiləsində yerləşir?
A) Hinaldağ
B) Yağlıdərə dağı
C) Qoşabulaq
D) Qamış dağı
E) Sarıdərə dağı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top