Tapılan ümumi test sayı : 85

Aşağıdakı zirvələrdən hansı Böyük Qafqaz sıra dağlarında yerləşmir?
A) Bazardüzü
B) Bazaryurd
C) Qamış dağı
D) Tufandağ
E) Yarıdağ
İlham zirvəsi hansı silsilədə yerləşir?
A) Yan silsilə
B) Şərqi Göyçə silsiləsi
C) Baş Qafqaz və ya Suayrıcı silsilə
D) Zəngəzur silsiləsi
E) Şahdağ silsiləsi
Bu zirvələrdən hansı Zəngəzur silsiləsində yerləşmir?
A) Qapıcıq dağı
B) Yağlıdərə dağı
C) Qazangöldağ
D) Qamış dağı
E) Alagöz
Respublikamızın ərazisindəki bu zirvələri hündürlüyünə əsasən azalma sırası ilə (ən hündürdən ən alçağa doğru) ardıcıl düzün.
A) Bazaryurd, Şahdağ, Tufandağ
B) Bazardüzü, Tufandağ, Şahdağ
C) Bazardüzü, Şahdağ, Tufandağ
D) Şahdağ, Bazardüzü, Tufandağ
E) Bazardüzü, Bazaryurd, Tufandağ
Bu zirvələrdən hansı Yan silsilədə yerləşir?
A) Bazaryurd
B) Tufandağ
C) Şahdağ
D) Bazardüzü
E) Raqdan
Relyefin müxtəlifliyi nə ilə bağlıdır?
A) Endogen
B) Daxili qüvvələr
C) Endogen, ekzogen proseslərdən
D) Xarici qüvvələrdən
E) ekzogen
Azərbaycanda mövcud olan tektonik zonalara aid deyil:
A) Araz tektonik qalxması
B) Qarabağ çökməsi
C) Kür tektonik çökməsi
D) Ön Qafqaz çökməsi
Ön Qafqaz tektonik zonasına uyğun gəlir:
A) Ceyrançöl – Acınohur
B) Qanıx – Əyriçay
C) Kür – Araz
D) Qusar maili düzənliyi
Azərbaycanda 8 – 9 bala qədər gücü olan zəlzələlər zonasına daxildir:
A) Talış dağları, Naxçıvan MR, Böyük Qafqazın cənub yamacı
B) Qusar maili düzənliyi, Talış dağları, Naxçıvan MR
C) Kür – Araz ovalığı, Naxçıvan MR, Talış dağları
D) Kiçik Qafqazın Gəncə zonası, Naxçıvan MR, Böyük Qafqazın cənub yamacı
Azərbaycan ərazisi yerləşir:
A) Alp – Himalay qırışıqlığı qurşağında
B) Hertsin qırışıqlığında
C) And – Kordilyer qırışıqlığı qurşağında
D) Koledon qırışıqlığında
Azərbaycanda 7 bala qədər gücü olan zəlzələlər zonasına daxil deyil:
A) Talış dağları
B) Kür – Araz
C) Naxçıvan MR
D) Qobustan
Respublikamız neçə tektonik zonaya ayrılır?
A) 5
B) 2
C) 3
D) 4
Acınohur-Ceyrançöl alçaqdağlığı hansı tektonik zonaya daxildir?
A) Kür çökəkliyi
B) Ön Qafqaz
C) Kiçik Qafqaz
D) Böyük Qafqaz
Dərələyəz, Zəngəzur silsilələri hansı tektonik zonaya aiddir?
A) Böyük Qafqaz
B) Araz
C) Kür çökəkliyi
D) Kiçik Qafqaz
Tektonik zonalar bir-birindən ayrılır?
A) Tektonik zonalar ayrılmır
B) Tektonik sınmalarla
C) Tektonik xətlərlə
D) Seysmik zonalarla
Respublikamızın ərazisinin orta yüksəkliyi nə qədərdir?
A) 657 m
B) 921 m
C) 872 m
D) 549 m
Respublikamızın ərazisində dağlar şimal – qərbdən cənub şərqə doğru tədricən azalır. Bunun səbəbi nədir?
A) Temperaturun kəskin azalması
B) Dağların meşələrlə əvəz olunması
C) Həmin istiqamətdə dağəmələgəlmə prosesinin zəifləməsi
D) Temperaturun yüksəlməsi
Yan silsilənin ən uca zirvəsi:
A) Yarıdağ
B) Dübrar
C) Babadağ
D) Şahdağ
Kiçik Qafqaz dağlarının ən mühüm silsilələri:
A) Dəlidağ, Göyçə, Gamışdağ, Kömürgöy
B) Qoşqar dağı, Qapıcıq, Göyçə, Kəpəz
C) Göyçə, Murovdağ, Qarabağ dağları
D) Salavat aşırımı, Bazaryurd, Kəpəz, Qapıcıq
Talış dağının ən uca zirvələri:
A) Peştəsər, Burovar
B) Kömürgöy, Qızyurdu
C) Peştəsər, Qızyurdu
D) Kömürgöy, Talış
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top