Tapılan ümumi test sayı : 34

Azərbaycan Respublikası ərazisində 8 iqlim tipi olduğunu göstərən alimlər:
a) Ə. Şıxlinski
b) Ş. Əzizbəyov
c) M. Qaşqay
d) Ə. Mədətzadə
A) a,d
B) a,c
C) b,c
D) c,d
Kür – Araz ovalığında hansı iqlim tipi hakimdir?
A) Qışı soyuq, yayı quraq isti yarımsəhra və quru çöl iqlimi
B) Qışı soyuq, yayı mülayim keçən yarımsəhra və quru çöl iqlimi
C) Qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi
D) Qışı quraq, yayı rütubətli isti keçən yarımsəhra və quru çöl iqlimi
Mülayim – isti iqlim yayılmışdır:
A) Naxçıvan MR – nın Arazboyu düzənliyi və alçaqdağlıq ərazilərdə
B) Böyük və Kiçik Qafqaz dağlarının, eləcə də Naxçıvanın ortadağlıq və qismən də yüksəkdağlıq hissələrində
C) Böyük və Kiçik Qafqazın və Talışın alçaq və ortadağlıq zonalarında
D) Böyük və Kiçik Qafqazın, Zəngəzur silsiləsinin mütləq yüksəkliyi 2700 m – dən artıq olan hissələrində
Böyük və Kiçik Qafqaz dağlarının, eləcə də Naxçıvanın ortadağlıq və qismən də yüksəkdağlıq hissələrində hansı iqlim tipi yayılmışdır:
A) Yarımsəhra və quru çöl iqlimi
B) Soyuq iqlimin müxtəlif tipləri
C) Dağ – tundra iqlimi
D) Mülayim isti iqlim
Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim müşahidə edilir:
A) Böyük Qafqazın cənub yamaclarında, 1500 – 2700 m yüksəkliklərdə
B) Naxçıvan MR – nın alçaqdağlıq hissələrində
C) Talış dağlarında
D) Böyük Qafqazın şimal – şərq yamaclarında
Azərbaycan hansı iqlim qurşaqlarında yerləşir?
A) Mülayim və tropik
B) Subekvatorial və tropik
C) Subtropik və subekvatorial
D) Subtropik və subarktik
E) Ssubtropik və mülayim
Azərbaycanın iqlimi necədir?
A) subarktik
B) mülayim
C) kontinental
D) subtropik
E) tropik
Respublikamızda ən çox yağıntı düşür:
A) Kiçik Qafqaz dağlarının ətəklərinə
B) Böyük Qafqaz dağlarının ətəklərinə
C) Talış dağlarının ətəklərinə
D) Abşeron yarımadasına
Talış dağlarında respublikamızın digər dağlıq ərazilərindən fərqli olaraq:
A) Yüksəklik artdıqca yağıntının miqdarı artır
B) Yüksəklik artdıqca yağıntının miqdarı azalır
C) Yüksəklik artdıqca yağıntının miqdarı dəyişmir
D) Yüksəklik artdıqca buxarlanma azalır
Hansı ərazilərdə rütubətlənmə əmsalı 0,3 – dən kiçikdir?
a) Kür – Araz ovalığında
b) Talış dağlarında
c) Abşeron yarımadasında
d) Kiçik Qafqaz dağlarında
A) b,d
B) b,c
C) a,c
D) a,d
İllik yağıntıların miqdarı 600 – 1400 mm - ə çatan sahələrdə mövcud olur:
A) Dağ çölləri
B) Səhralar
C) Meşələr
D) Yarımsəhralar
Bütün Qafqazda mümkün buxarlanmanın ən yüksək göstəricisi respublikamızın hansı ərazisində müşahidə olunur:
A) Qobustanda
B) Culfada
C) Abşeronda
D) Kür – Araz ovalığında
Ölkəmizə ən az yağıntı nə qədər düşür?
A) 100mm
B) 200mm
C) 300mm
D) 500mm
Lənkəran ərazisinə yağıntılar daha çox hansı fəsildə düşür?
A) Yay
B) Payız
C) Yaz
D) Qış
Hansı ərazidə yağıntı buxarlanmadan üstündür?
A) Lənkəran
B) Şirvan
C) Acınohur
D) Abşeron
Qobustan alçaqdağlığının hündürlüyü 2000m-dən yüksək olsaydı, Abşeronun təbii şəraiti necə olardı?
A) İndikindən quraq
B) Yay ayları soyuq
C) Rütubətli
D) Dəyişməzdi
Hansı ərazidə yağıntının bol olmasına baxmayaraq suvarma əkinçiliyindən istifadə olunur:
A) Naxçıvan
B) Lənkəran ovalığı
C) Qanıx-Əyriçay
D) Kür-Araz ovalığı
Arktik hava kütlələri Azərbaycan ərazisinə daxil olur:
A) Cənubdan və cənub – şərqdən
B) Xəzər dənizindən keçərək
C) Avropa üzərindən
D) Şimaldan, şimal – şərqdən və şimal – qərbdən
Azərbaycana cənub – şərqdən və cənubdan daxil olan külək adlanır:
A) Föhn
B) Gilavar
C) Ağyel
D) Xəzri
İlin soyuq dövründə dağlıq ərazilərdə əsən isti və quru küləklər adlanır:
A) Qarayel
B) Xəzri
C) Föhn
D) Ağyel
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top