Tapılan ümumi test sayı : 61

Respublikamızın ikinci subtropik zonası hesab olunur:
A) Qobustan – Abşeron rayonu
B) Acınohur – Ceyrançöl rayonu
C) Mərkəzi Aran rayonu
D) Qanıx – Əyriçay rayonu
Eldar şamının yeganə vətəni hesab olunur:
A) Küdrü Şirvan
B) Ceyrançöl
C) Qarabağ
D) Qazax
Küdrü Şirvan rayonu yerləşir:
A) Kür – Araz çökəkliyinin Xəzər sahillərindən başlamış 0 m yüksəkliyə qədər olan ərazidə
B) Kiçik Qafqazın cənub – şərq qurtaracağı ilə Araz çayı arasındakı ərazidə
C) Acınohur və Ləngəbiz tirələrinin cənub ətəkləri ilə o m yüksəklik arasında
D) Gürcüstan sərhədindən Girdimançay dərəsinə qədər 270 km. məsafədə
Küdrü Şirvan rayonunun torpaq örtüyü:
a) qara b) boz – çəmən c) şabalıdı d) şorakət e) boz – qonur ə) qəhvəyi
A) d,e,ə
B) b,d,e
C) b,c,d
D) a,b,c
Mərkəzi Aran rayonunda ən az yağıntı düşür:
A) Mil düzünə
B) Salyana
C) Cənub – Şərqi Şirvan düzünə
D) Muğan düzünə
Ceyrançöl-Acınohurda hansı yaşlı süxurlar yayılıb7
A) Dördüncü dövr
B) Mezozoy
C) Paleogen
D) Neogen
Kür çökəkliyi vilayəti hansı dövrün çöküntüləri ilə zəngindir?
A) Kaynozoy
B) Paleozoy
C) Mezozoy
D) Proterozoy
Kür çökəkliyi vilayətində hakimdir:
A) Yayı quraq keçən soyuq iqlim
B) Subtropik iqlim
C) Qışı soyuq, yayı isti və quraq keçən yarımsəhra və quru – çöl iqlimi
D) Qışı mülayim, yayı isti və quraq keçən yarımsəhra və quru – çöl iqlimi
Qarabağ düzündə yerləşən Sultanbud meşəsi ibarətdir:
A) Saqqızağacından
B) Şərq fıstığından
C) Şərq palıdından
D) Şərq çinarından
Kür – Araz ovalığında mövcud olan torpaq tipləri:
A) Boz, boz – qonur, boz – çəmən
B) Boz – çəmən, qara, şabalıdı
C) Şabalıdı, boz – çəmən
D) Şabalıdı, qara, dağ – meşə qəhvəyi
Vilayətdə üstünlük təşkil edən əsas faydalı qazıntılar:
A) Mis, qızıl, yanar şist, qalay
B) Neft, qaz, müalicə palçığı, müxtəlif tikinti materialları
C) Mərmər, əhəng daşı, dəmir filizi
D) Dəmir filizi, zəy, alunit
Candargöl hansı vilayətə daxildir?
A) Lənkəran
B) Kiçik Qafqaz
C) Böyük Qafqaz
D) Kür çökəkliyi
Mollakənd neft yatağı hansı vilayətə aiddir?
A) Kiçik Qafqaz
B) Böyük Qafqaz
C) Lənkəran vilayəti
D) Kür çökəkliyi
Hansı rayon Kiçik Qafqaza aiddir?
A) Şamaxı
B) Lənkəran
C) Dağlıq Qarabağ
D) Şərur-Ordubad
Kür çökəkliyinə aid deyil?
A) Qanıx-Əyriçay
B) Mərkəzi Aran
C) Həkəri
D) Acınohur-Ceyrançöl
Neçə fiziki coğrafi rayona bölünür ölkəmiz?
A) 16
B) 14
C) 11
D) 19
Aşağıdakı rayonlardan hansı Böyük Qafqaz vilayətinə aid deyil?
A) Samur-Dəvəçi
B) Zaqatala-Lahıç
C) Abşeron-Qobustan
D) Küdrü Şirvan
Ölkəmiz neçə təbii vilayətə ayrılır?
A) 2
B) 4
C) 5
D) 3
E) 1
Samur-Dəvəçi rayonunda hansı iqlim tipi yayılıb?
A) Mülayim isti
B) Soyuq
C) Dağ tundra
D) Yarımsəhra və quru çöl
Hansı rayon Böyük Qafqaz vilayətinə aid deyil?
A) Şamaxı
B) Samur-Dəvəçi
C) Küdrü Şirvan
D) Qonaqkənd
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top