Tapılan ümumi test sayı : 26

Mirzə Ələkbər Sabir anadan olmuşdur:
A) 1862 – ci ildə Şamaxıda
B) 1861 – ci ildə Şuşada
C) 1869 – cu ildə Şamaxıda
D) 1865 – ci ildə Bakıda
Sabirin müəllimi olmuşdur:
A) Cəlil Məmmədquluzadə
B) Qasım bəy Zakir
C) Mirzə Fətəli Axundzadə
D) Seyid Əzim Şirvani
Mən gedərsəm, var olsun amalım!
Yaşasın Şəhriyari – hürriyyət!
Yaşasın Şəhriyari – hürriyyət!
Mən gedərsəm, var olsun amalım! - bu şeir parçası Sabirin hansı şeirindəndir:
A) “ Ey dilbəri – hürriyyət”
B) “ A şirvanlılar ”
C) “ Ruhum ”
D) “ Səttarxana ”
Namiq Kamalın “ Vətəndir ” rədifli şeirinə cavab olaraq yazılmışdır:
A) “ Amalımız, əfkarımız, ifnayi – vətəndir ”
B) “ Millət şərqisi ”
C) “ Ürəfa marşı ”
D) “ İstiqbal bizimdir ”
“ Sabir, köhnə şeirlərlə yeni şeirlər arasında bir əsrlik uçurum açdı ki, bir daha dönüb o uçurumu geriyə atılmağa kimsədə cürət qalmadı. ” – sözləri aiddir:
A) Abbas Səhhətə
B) Hüseyn Cavidə
C) Abdulla Şaiqə
D) Cəlil Məmmədquluzadəyə
Sabirin ilk peşəsi nə olub?
A) sabun bişirən
B) qəssab
C) memar
D) aktyor
Cəlil Məmmədquluzadə anadan olmuşdur:
A) 1862 – ci ildə Təbrizdə
B) 1867 – cu ildə Bakıda
C) 1869 – cu ildə Naxçıvanda
D) 1870 – ci ildə Tiflisdə
Azərbaycan ədəbiyyatında ilk mənzum və alleqorik dram əsəri:
A) “ Danabaş kəndinin məktəbi ”
B) “ Çay dəstgahı ”
C) “ Poçt qutusu ”
D) “ Kişmiş oyunu ”
Azərbaycanda kiçik hekayə janrının ilk böyük proqramıdır:
A) “ Poçt qutusu ”
B) “ İranda hürriyyət ”
C) “ Usta Zeynal ”
D) “ Saqqallı uşaq ”
“ Ölülər ” tragikomediyasındakı obrazları göstərin:
A) Lalbyuz, Mirzə Məhəmmədəli, Məşədi Oruc
B) Kefli İsgəndər, Hacı Həsən, Şeyx Nəsrullah
C) Həzrəti Əşrəf, Hacı Kərim, Şeyx Nəsrullah
D) Kərbəlayı Fatma ,Gülbahar, Hacı kərim,
Bu pyesdəki hadisələr “ Qarabağda, dağın ətəyində, kəndin kənarında ” cərəyan edir:
A) “ Şəhər və kənd ”
B) “ Kamança ”
C) “ Quzu ”
D) “ Dəli yığıncağı ”
Ç. Məmmədquluzadə neçənci illərdə Təbrizdə yaşamışdır?
A) 1900-1905
B) 1920-1921
C) 1903-1908
D) 1928-1929
C.Məmmədquluzadə"Poçt qutusu" hekayəsini neçənci ildə kitab şəklində çap etdirmişdir?
A) 1903
B) 1905
C) 1907
D) 1906
E) 1904
"Anamın kitabı" əsəri kimin monoluqudur?
A) Gülbahar
B) Zəhrabəyim
C) Cəlil Məmmədquluzadə
D) Rüstəm bəy
Sərkar nə deməkdir?
A) başçı, böyük
B) səs
C) tüfəng növü
D) xəbərlər, məlumatlar
C.Məmmədquluzadə ilk dəfə hansı mətbuat orqanında fəaliyyət göstərib?
A) "Acıq söz"
B) "Şərqi-rus"
C) "Kaspi"
D) "Molla Nəsrəddin"
E) "Qeyrət"
C. Məmmədquluzadə hansı qəzetin redaktoru olmuşdur?
A) "Irşad"
B) "Molla Nəsrəddin"
C) "Həyat"
D) "Şərqi Rus"
E) "Yeni yol"
C . Məmmədquluzadənin “ Anamın kitabı “ tragikomediyasındakı ekspozisiya nə ilə  başlanır?
A) Məşədi Cəfərin gəlməsi ilə
B) ananın ölümü ilə
C) cəmiyyət - xeyriyyə iclası ilə
D) Gülbaharın kitabı yandırması ilə
E) Rüstəmin lüğət yazması ilə
C.Məmmədquluzadənin adı çəkilən pyeslərindən birində milli müstəqillik ideyaları təbliğ olunur
A) “Ölülər”
B) “Dəli yığıncağı”
C) “Kamança”
D) “Danabaş kəndinin məktəbi”
E) “Anamın kitabı”
Azərbaycanda realist yazıçılar nəslinin yetişib formalaşmasına ciddi təsir göstərən amillərdən biri deyil:
A) Milli teatrın və mətbuatın meydana çıxması
B) Maarifçilik hərəkatının canlanması
C) Realizmə meylin qüvvətlənməsi
D) Sovet ideologiyasının yayılması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top