Tapılan ümumi test sayı : 104

Bərk cismin səthində mayenin yayılması adlanır:
A) Cismin islanması
B) Mexaniki hərəkət
C) Kapilyarlıq
D) Diffuziya
Hansı halda maye bərk cismi islatmır?
A) Mayenin öz molekulları arasındakı cazibə, maye ilə bərk cisimlərin molekulları arasındakı cazibədən zəif olduqda
B) Mayenin öz molekulları arasındakı cazibə, maye ilə bərk cisimlərin molekulları arasındakı cazibədən güclü olduqda
C) Mayenin öz molekulları arasındakı cazibə, maye ilə bərk cisimlərin molekulları arasındakı cazibədən kiçik olduqda
D) Mayenin öz molekulları arasındakı cazibə, maye ilə bərk cisimlərin molekulları arasındakı cazibə ilə bərabər olduqda
Maye molekulları ilə bərk cismin molekulları arasındakı cazibə, mayenin öz molekulları arasındakı cazibədən güclü olduqda:
A) Nazik borular daxilində maye yuxarı qalxır
B) Maye bərk cismi islatmır
C) Maye bərk cismi isladır
D) Nazik borular daxilində maye yuxarı qalxmaz
Su molekulları arasındakı cazibə ??? və su molekulları arasındakı cazibəyə nisbətən:
A) 3 dəfə böyükdür
B) Zəifdir
C) Güclüdür
D) 2 dəfə kiçikdir
Civədə islanan maddələrə aiddir:
A) Parafin
B) Çuqun
C) Şüşə
D) Qızıl
Bir maddə molekulunun digər maddə molekuluna nüfuz etməsi necə adlanır?
A) diffuziya
B) cismin islanması
C) kapillyarlıq
D) birləşmiş qablar
E) mexaniki hərəkət
Maddələrin təbiətdə mövcud olduğu hallardan biri deyil:
A) Maye
B) Bərk
C) Elastik
D) Plazma
Bbərk cisimlərin əsas xassəsidir:
A) Həcm və formasını saxlamaq
B) Formasını dəyişir və həcmini saxlayır
C) Həcm və formasını asanlıqla dəyişməsi
D) Kürə formasında olması
Suyun aqreqat halına aid deyil:
A) Su
B) Su buxarı
C) Buz
D) Plazma
Molekulyar – kinetik nəzəriyyənin əsas müddəalarından biri deyil:
A) Bütün maddələr çox kiçik zərrəciklərdən – molekullardan təşkil olunmuşdur
B) Molekullar arasında qarşılıqlı cazibə və itələmə qüvvələri mövcuddur
C) Molekullar fasiləsiz və nizamsız hərəkət edir
D) Molekullar arasında ağırlıq qüvvəsi mövcuddur
Molekulyar kinetik nəzəriyyə adlanır:
A) Cisimlərin xassələrini, molekulların hərəkəti və qarşılıqlı təsiri ilə izah edən nəzəriyyə
B) Mayelərdə asılı halda olan kiçik yad hissəciklərin nizamsız hərəkəti
C) Bir maddə molekullarının digər maddə molekulları arasıma nüfuzetmə hadisəsi
D) Zaman keçdikcə cismin başqa cismə nəzərən vəziyyətinin dəyişməsi
Elektromaqnit sahəsinin zərrəciyi hansıdır?
A) Elektron
B) Neytron
C) Foton
D) Qraviton
E) Proton
Maye və bərk cisimlərin molekulları arasında mövcuddur:
A) İtələmə xarakterli qüvvələr
B) Ağırlıq xarakterli qüvvələr
C) Sürtünmə xarakterli qüvvələr
D) Cazibə xarakterli qüvvələr
Molekullar çox yaxınlaşdıqda onlar arasındakı itələmə xarakterli qüvvələr:
A) Artmağa başlayır
B) Bərabərləşir
C) Dəyişməz qalır
D) Azalır
Nə zaman molekullar arasındakı itələmə xarakterli qüvvələr cazibə qüvvələrindən böyük olur?
A) Qüvvələr bərabərləşdikdə
B) Daha kiçik məsafələrdə
C) Daha böyük məsafələrdə
D) Qüvvələr üst – üstə düşdükdə
Molekullar arasındakı cazibə xarakterli qüvvələrin olmasına aid deyil:
A) Müxtəlif məmulatların yapışdırılması
B) Cisimlərin rənglənməsi
C) Suyun buxarlanması
D) Metalların lehimlənməsi
Bir maddə molekullarının digər maddə molekulları arasına nüfuzetmə hadisəsi adlanır:
A) Diffuziya
B) Plazma
C) Broun hərəkəti
D) Molekulyar hərəkət
Mayelərdə ( və ya qazlarda ) asılı halda olan kiçik yad hissəciklərin nizamsız hərəkəti adlanır:
A) Plazma
B) Diffuziya
C) Molekulyar hərəkət
D) Broun hərəkəti
Diffuziyanın sürəti nədən asılıdır?
A) Molekullararası məsafədən və temperaturdan
B) Molekulların sıxlığından və kütləsindən
C) Molekulların kütləsindən və temperaturdan
D) Molekullararası məsafədən və təzyiqdən
Broun hərəkətini ilk dəfə kim müşahidə etmişdir?
A) M. Plank
B) İ. Nyuton
C) P. Qassendi
D) R. Broun
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top