Tapılan ümumi test sayı : 104

Bərk cismin səthində mayenin yayılması adlanır:
A) Diffuziya
B) Kapilyarlıq
C) Mexaniki hərəkət
D) Cismin islanması
Hansı halda maye bərk cismi islatmır?
A) Mayenin öz molekulları arasındakı cazibə, maye ilə bərk cisimlərin molekulları arasındakı cazibədən güclü olduqda
B) Mayenin öz molekulları arasındakı cazibə, maye ilə bərk cisimlərin molekulları arasındakı cazibədən zəif olduqda
C) Mayenin öz molekulları arasındakı cazibə, maye ilə bərk cisimlərin molekulları arasındakı cazibədən kiçik olduqda
D) Mayenin öz molekulları arasındakı cazibə, maye ilə bərk cisimlərin molekulları arasındakı cazibə ilə bərabər olduqda
Maye molekulları ilə bərk cismin molekulları arasındakı cazibə, mayenin öz molekulları arasındakı cazibədən güclü olduqda:
A) Nazik borular daxilində maye yuxarı qalxmaz
B) Maye bərk cismi isladır
C) Maye bərk cismi islatmır
D) Nazik borular daxilində maye yuxarı qalxır
Su molekulları arasındakı cazibə ??? və su molekulları arasındakı cazibəyə nisbətən:
A) Zəifdir
B) 2 dəfə kiçikdir
C) 3 dəfə böyükdür
D) Güclüdür
Civədə islanan maddələrə aiddir:
A) Çuqun
B) Şüşə
C) Qızıl
D) Parafin
Bir maddə molekulunun digər maddə molekuluna nüfuz etməsi necə adlanır?
A) birləşmiş qablar
B) mexaniki hərəkət
C) kapillyarlıq
D) cismin islanması
E) diffuziya
Maddələrin təbiətdə mövcud olduğu hallardan biri deyil:
A) Maye
B) Elastik
C) Bərk
D) Plazma
Bbərk cisimlərin əsas xassəsidir:
A) Həcm və formasını saxlamaq
B) Kürə formasında olması
C) Formasını dəyişir və həcmini saxlayır
D) Həcm və formasını asanlıqla dəyişməsi
Suyun aqreqat halına aid deyil:
A) Plazma
B) Su
C) Su buxarı
D) Buz
Molekulyar – kinetik nəzəriyyənin əsas müddəalarından biri deyil:
A) Bütün maddələr çox kiçik zərrəciklərdən – molekullardan təşkil olunmuşdur
B) Molekullar arasında ağırlıq qüvvəsi mövcuddur
C) Molekullar fasiləsiz və nizamsız hərəkət edir
D) Molekullar arasında qarşılıqlı cazibə və itələmə qüvvələri mövcuddur
Molekulyar kinetik nəzəriyyə adlanır:
A) Zaman keçdikcə cismin başqa cismə nəzərən vəziyyətinin dəyişməsi
B) Cisimlərin xassələrini, molekulların hərəkəti və qarşılıqlı təsiri ilə izah edən nəzəriyyə
C) Bir maddə molekullarının digər maddə molekulları arasıma nüfuzetmə hadisəsi
D) Mayelərdə asılı halda olan kiçik yad hissəciklərin nizamsız hərəkəti
Elektromaqnit sahəsinin zərrəciyi hansıdır?
A) Proton
B) Elektron
C) Neytron
D) Foton
E) Qraviton
Maye və bərk cisimlərin molekulları arasında mövcuddur:
A) Sürtünmə xarakterli qüvvələr
B) Ağırlıq xarakterli qüvvələr
C) Cazibə xarakterli qüvvələr
D) İtələmə xarakterli qüvvələr
Molekullar çox yaxınlaşdıqda onlar arasındakı itələmə xarakterli qüvvələr:
A) Dəyişməz qalır
B) Azalır
C) Artmağa başlayır
D) Bərabərləşir
Nə zaman molekullar arasındakı itələmə xarakterli qüvvələr cazibə qüvvələrindən böyük olur?
A) Daha böyük məsafələrdə
B) Qüvvələr üst – üstə düşdükdə
C) Qüvvələr bərabərləşdikdə
D) Daha kiçik məsafələrdə
Molekullar arasındakı cazibə xarakterli qüvvələrin olmasına aid deyil:
A) Suyun buxarlanması
B) Cisimlərin rənglənməsi
C) Müxtəlif məmulatların yapışdırılması
D) Metalların lehimlənməsi
Bir maddə molekullarının digər maddə molekulları arasına nüfuzetmə hadisəsi adlanır:
A) Diffuziya
B) Plazma
C) Molekulyar hərəkət
D) Broun hərəkəti
Mayelərdə ( və ya qazlarda ) asılı halda olan kiçik yad hissəciklərin nizamsız hərəkəti adlanır:
A) Broun hərəkəti
B) Molekulyar hərəkət
C) Diffuziya
D) Plazma
Diffuziyanın sürəti nədən asılıdır?
A) Molekullararası məsafədən və temperaturdan
B) Molekulların kütləsindən və temperaturdan
C) Molekullararası məsafədən və təzyiqdən
D) Molekulların sıxlığından və kütləsindən
Broun hərəkətini ilk dəfə kim müşahidə etmişdir?
A) M. Plank
B) R. Broun
C) P. Qassendi
D) İ. Nyuton
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top