Tapılan ümumi test sayı : 57

Əks-səda nəyə deyilir?
A) Hamısı
B) Səsin maneə rast gəlib geri qayıtması
C) Səsin yaranması
D) Səsin yayılması
E) Səsin gurluğu
Səs dalğalarının köməyi ilə obyektlərin yerinin aşkar edilməsə ....... Adlanır. Nöqtələrin yerinə ən olmalıdır?
A) səs gurluğu
B) infrasəs
C) ultrasəs
D) səs lokasiyası
E) rəqs amplitudu
Hər hansı səs mənbəyindən yayılan səs dalğaları 3 san sonra əks səda verir. Dalğaların maneəyə çatma müddətini tapın
A) 3 san
B) 6 san
C) 4.5 san
D) 1.5 san
E) 1 san
Səs mənbəyindən yayılan səs dalğaları əks səda verənə qədər 800 m yol gedir. Maneəyə qədər məsafəni tapın
A) 800 m
B) 1000 m
C) 200 m
D) 600 m
E) 400 m
Səs dalğaları hansı mühitdə yayılır?
A) Yalnız qazlarda
B) Qazlarda, metallarda və mayelərdə
C) Vakuumda
D) Yalnız metallarda
Elastik mühitdə ( bərk, maye və qazlarda ) yayılan və səs duyğusu yaradan mexaniki dalğalar adlanır:
A) Eninə dalğalar
B) Səs dalğaları
C) Elektromaqnit dalğaları
D) Uzununa dalğalar
Səs haqqında elm adlanır:
A) Termodinamika
B) Mexanika
C) Dinamika
D) Akustika
Səs tezliyi ilə rəqs edən istənilən cisim adlanır:
A) Səs vibratoru
B) Səs dalğaları
C) Səs qəbuledicisi
D) Elastik mühit
Hansı cisimlər səsi maye və qazlara nisbətən daha yaxşı keçirir?
A) Yalnız metallar
B) Kerosin
C) Bərk cisimlər
D) Vakuum
Zəlzələ və ya güclü partlayış nəticəsində Yerdə yaranan dalğalar adlanır:
A) Mexaniki dalğalar
B) Seysmik dalğalar
C) Səs dalğaları
D) Elektromaqnit dalğaları
Seysmik dalğaların rəqs amplitudu, sürəti, dalğa uzunluğu və rəqs tezliyi hansı cihazla ölçülür?
A) Manometr
B) Spidometr
C) Dinamometr
D) Seysmoqraf
L dalğalarının sürəti hansı dalğaların sürətindən kiçik, rəqs periodları və dalğa uzunluqları isə kiçikdir?
A) P dalğalarının
B) P və S dalğalarının
C) S dalğalarının
D) Heç birinin
Seysmik dalğalar zəlzələ mənbəyindən başlayaraq neçə növ dalğa formasında yayılır?
A) 5
B) 2
C) 3
D) 4
Hansı dalğalar S dalğalarıdır?
A) Uzununa dalğalar olub, yayılma sürəti 6 – 9 km/san – dir
B) Zəlzələnin dağıdıcı fəlakətlərini yaradan və Yerin səthi boyunca yaranan dalğalardır
C) Yer təbəqəsini bir – birindən uzaqlaşdırıb, yaxınlaşdıran dalğalardır
D) Eninə dalğalardır, Yer təbəqələrinin rəqsi hərəkət istiqamətinə perpendikulyar istiqamətdə yayılır
Dalğa uzunluğunun vahidi hansıdır?
A) Veber
B) Metr
C) Radian
D) Hers
Bir rəqs periodu ərzində dalğanın yayıldığı məsafə adlanır:
A) Dalğanın yerdəyişməsi
B) Dalğanın sürəti
C) Dalğa uzunluğu
D) Dalğanın amplitudu
Dalğa bir mühitdən digərinə keçdikdə hansı fiziki kəmiyyət sabit qalır ( dəyişmir )?
A) Dalğanın yayılma sürəti
B) Dalğa uzunluğu və rəqs tezliyi
C) Rəqs tezliyi
D) Dalğa uzunluğu
Mexaniki dalğanın İki qonşu qabarığı arasındakı məsafə 1 m dir . Dalğanın bir period ərzində yayılma məsafəsi nə qədərdir
A) 1.5 m
B) 4 m
C) 2m
D) 3 m
E) 1m
λν ,  λ⁄T  riyazi  düsturları ilə hansı fiziki kəmiyyət müəyyən edilir  (λ - dalğa uzunluğu  , ν - dalğaların yayılma tezlik , T-  dalğaların yayılma perioddur) 
A) Dalğaların yayılma sürəti
B) Rəqs tezliyi
C) Dalğaların rəqs amplitudu
D) Rəqs periodu
E) Dalğaların yayılma müddəti
Dalğanın sürəti hansı fiziki kəmiyyətlərdən asılıdır?
A) Mühitin fiziki xassəsindən və zamandan
B) Zamandan və cismin aqreqat hallarından
C) İnsanın cismə təsirindən
D) Mühitin fiziki xassəsindən və cismin aqreqat halından
E) Yalnız mühitin fiziki xassələrindən
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top