Tapılan ümumi test sayı : 157

Molekul haqqında hansı fikir səhvdir?
A) Molekullar arasında boşluqlar var
B) Molekullar fiziki hadisələr zamanı dəyişmir
C) Molekullar kimyəvi çevrilmələr zamanı parçalanmır
D) Molekulda atomları bağlayan qüvvə rabitədir
E) Molekul atomlardan təşkil olunur
Mürəkkəb maddəni göstərin
A) Su
B) Hidrogen
C) Civə
D) Dəmir
E) Oksigen
Hansı aqreqat halında molekullar arasında olan boşluqlar daha böyükdür?
A) hər üçündə eynidir
B) maye
C) qaz
D) bərk
E) qaz və mayelərdə
Hansı ifadənin mənası yoxdur?
A) su molekulu
B) brom molekulu
C) ozon molekulu
D) hava molekulu
E) yod molekulu
Hansı maddə molekulyar quruluşludur?
A) qrafit
B) xörək duzu
C) qum
D) almaz
E) oksigen
Xörək duzu ilə su qarışığından xörək duzunu necə ayırmaq olar?
A) buxarlandırmaqla
B) durultmaqla
C) süzməklə
D) xromatoqrafiya üsulu ilə
E) maqnitin köməyi ilə
Maddə nədir?
A) Sabit fiziki xassələr ümumilikdə maddə adlanır.
B) Canlı və cansız varlıqlar.
C) Cisimlərin bir-birindən fərqlənməsi maddə adlanır.
D) Cisimlərin tərkibini öyrənən elm maddə adlanır.
E) Fiziki cisimlər nədən ibarətdirsə, onlar maddə adlanır.
Aşağıdakılardan hansı saf maddədir?
A) Bürünc
B) Süd
C) Şəkər
D) Dəniz suyu
E) Oksigen
Spirtlə suyun qarışığını necə ayırmaq olar?
A) maqnitin köməyi ilə
B) durultmaqla
C) distillə etməklə
D) buxarlandırmaqla
E) süzməklə
Atom-molekul təliminin əsas müddəalarının sayı nə qədərdir,
A) 5
B) 8
C) 7
D) 6
E) 9
Distillə ilə ayırma üsulu maddələrin hansı xassəsinin müxtəlifliyinə əsaslanır?
A) donma temperaturu
B) qaynama temperaturu
C) sıxlıq
D) ərimə temperaturu
E) həllolma
Xromatoqrafiya ilə ayırma üsulu maddələrin hansı xassələrinin müxtəlifliyinə əsaslanır?
A) ərimə temperaturu
B) adsorbsiya
C) donma temperaturu
D) qaynama temperaturu
E) həllolma
Hansı ifadənin mənası var?
A) maye molekulu
B) mazut molekulu
C) hava molekulu
D) qlükoza molekulu
E) neft molekulu
Cisimləri göstərin:
A) stəkan, masa nişasta
B) kalium-xlorid, su karbon, oksid
C) bitki yağı, kvars, su
D) masa, oduncaq, su
E) toxum, qranit parçası, masa
eyni cinsli qarışıqlar hansılardır?
A) kerosin, xörək duzu
B) səkər, qranit
C) xörək duzu, spirtin suda məhlulları
D) hava, bitki yağı
E) səkər, bulanıq su
Qarışıqlar haqqında deyilənlərdən hansı səhvdir?
A) qarışıq əmələ gəldikdə istilik ayrılmır
B) Sabit fiziki xassəyə malik deyillər
C) fiziki üsullarla tərkib hissələrinə ayrıla bilməzlər
D) qarışıqda hər bir maddə öz xassələrini saxlayır
E) iki və daha artıq maddədən ibarətdir
Suda yaxşı həll olan bərk maddəni ayırmaq üçün hansı üsuldan istifadə olunur?
A) filtrləmə
B) çökdürmə
C) süzmə
D) kristallaşdırma
E) buxarlandırma
Hansı fiziki ayrılma üsulu bərk və maye maddələrin qaynama temperaturunun kəskin fərqlənməsinə əsaslanır?
A) xromatoqrafiya
B) durultma
C) süzmə
D) distillə
E) buxarlanma
Fotosintez prosesində hansı maddə iştirak edir?
A) xlor
B) kükürd qazı
C) flüor
D) karbon qazı
E) azot
Hansı kimyəvi maddə deyil?
A) oksigen
B) natrium
C) xörək duzu
D) su
E) elektron
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top