Tapılan ümumi test sayı : 144

Adi amöb qidanı necə əldə edir?
A) Yalançı ayaqların köməyi ilə
B) Ağız ətrafı çıxıntıların köməyi ilə
C) Qamçıların vasitəsi ilə
D) Kirpikciklərin köməyi ilə
Dizenteriya amöbünün ölçüsü və sistadakı nüvələrin sayı nə qədər olur?
A) Ölçüsü 15 – 20 mkm, sistada 2 nüvəsi olur
B) Ölçüsü 20 – 30 mkm, sistada 4 nüvəsi olur
C) Ölçüsü 20 – 30 mkm, sistada 6 nüvəsi olur
D) Ölçüsü 20 – 25 mkm, sistada 4 nüvəsi olur
Amöbdə sistalaşma nə vaxt baş verir?
A) Qışda qar yağanda
B) Yazda qar əriyəndə
C) Yayda istilər düşəndə
D) Payızda soyuqlar düşdükdə
Sarkodinlər sinfinin əsas əlaməti nələrdir?
A) Dəniz sularında yaşaması
B) Kirpiklərə malik olması
C) Hərəkət orqanoidi olan yalançı ayaqlarının olması
D) İnsan və heyvanlarda ağır xəstəliklər törətməsi
E) Koloniya halında yaşaması
Sfaqnum hansı bitki qrupuna daxildir?
A) örtülü toxumlar
B) mamırlar
C) qıjıkimilər
D) çılpaqtoxumlular
E) yosunlar
Ankilostoma insana hansı mərhələdə yoluxur
A) Yumurta
B) Sürfə
C) Sista
D) Yetkin fərd
E) Pup
Dizenteriya amöbü hansı tipə daxildir?
A) sarkodinlər
B) yastı qurdlar
C) sorucu
D) koksidkimilər
E) sarkomastiqoforlar
Birhüceyrəli heyvanlara neçə tip aiddir?
A) 1 tip
B) heç bir tip aid deyil
C) 2 tip
D) 3 tip
Çoxlu hüceyrəyə malik orqanizmdə hüceyrələr arasında ixtisaslaşma getməyibsə, onda onu hansı orqanizmlərə aid etmək olar?
A) Birhüceyrəlilərə
B) bitkilərə
C) ali quruluşlu orqanizmlərə
D) prokariot orqanizmlərə
E) çoxhüceyrəlilərə
Kiçik qonurdişinin kütləsi nə qədərdir?
A) 3 q
B) 8 q
C) 100 q
D) 5 q
Göy balinanın çəkisi nə qədərdir?
A) 150t
B) 15t
C) 1500kq
D) 5000kq
Planetimizdə nə qədər heyvan yaşayır?
A) 2 milyon
B) 1 milyon
C) 8 milyon
D) 4 milyon
Sistematik vahidləri düzgün sıralayın (alidən ibtidaiyə doğru).
1.Növ;
2.Dəstə;
3.Tip;
4.Cins;
5.Fəsilə;
6.Sinif.
A) 2,4,6,5,1,3
B) 6,1,5,3,4,2
C) 3,6,2,5,4,1
D) 2,6,3,1,4,5
Kürəşəkilli ətraf hansı heyvanlarda inkişaf edib?
A) Balina, suiti
B) Balıq, it
C) Kiçik qonurdişi
D) Suiti, siçan
Heyvanlar harada yaşamır?
A) Kosmosda
B) Quruda
C) Havada
D) Suda
Heyvanlar aləmindən bəhs edən elm necə adlanır?
A) Anatomiya
B) Zoologiya
C) Botanika
D) Sistematika
Heyvanlar neçə tipə bölünür?
A) 28
B) 10
C) 23
D) 20
Bütün buğumaralarında interkalyar böyümənin olması hansı bitki üçün səciyyəvidir?
A) Şabalıd
B) Daşsarmaşığı
C) Çovdar
D) İtburnu
E) Palıd
Heyvanlar aləmi neçə tipə ayrılır?
A) 13
B) 23
C) 12
D) 55
E) 33
Quşlarda neçə cür tənəffüs sistemi var?
A) 3
B) 2
C) 4
D) 1
E) 5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top