Tapılan ümumi test sayı : 600

Hansı yumurta-bala doğur?
A) gekkon
B) qızılı mabuya
C) timsah
D) tısbağa
E) təlxə
Suda-quruda yaşayanlar bədən quruluşu və yaşayış tərzinə görə neçə qrupa bölünür?
A) Quyruqsuzlar, quyruqlular və ayaqlılar
B) Quyruqsuzlar və ayaqlılar
C) Quyruqsuzlar, quyruqlular və ayaqsızlar
D) Quyruqsuzlar və quyruqlular
E) Quyruqlular və ayaqsızlar
Quyruqsuzlara aid deyil:
A) Qafqaz xaçlıcası
B) göl qurbağası
C) hamısı
D) quru qurbağası
E) triton
Kürüdən yetkin kiçik qurbağanın əmələ gəlməsi nə qədər müddətə başa gəlir?
A) 1-2 il
B) 20-25 gün
C) 2-3 ay
D) 2-3 il
Qurbağanın inkişafının neçənci ilində cinsi yetişkənliyə hazır olur?
A) 2-ci ilində
B) 4-cü ilində
C) 3-cü ilində
D) 1-ci ilində
Çömçəquyruq nə vaxta qədər qəlsəmələrlə tənəffüs edir?
A) Yetkin fərdə çevrilənə qədər
B) Ömrünün sonuna qədər
C) Çömçəquyruq ümumiyyətlə heç vaxt qəlsəmələrlə tənəffüs etmir.
D) Kürü tökənə qədər
Kürünün inkişafı üçün neçə dərəcə istilik lazımdır?
A) 20 dərəcə
B) 10-15 dərəcəyə qədər
C) 2-3 dərəcəyə qədər
D) 7-8 dərəcəyə qədər
Çömçəquyruq inkişafının ilk mərhələlərində nə ilə qidalanır?
A) İbtidailərlə
B) Yumurta sarısı ilə
C) Yosunlarla
D) Balıq kürüləri ilə
Qurbağalar necə çoxalır?
A) Çoxalmır
B) Yumurta qoymaqla
C) Kürü tökməklə
D) Diri bala doğmaqla
Çömçəquyruğun ürəyi neçə kameralıdır
A) Üç
B) bir
C) dörd
D) ürəyi yoxdur
E) iki
Qurbağalar nə zaman çoxalmağa başlayırlar?
A) Payızda
B) Yayda
C) Qışda
D) Yazda
Qurbağanın ifrazat sistemi nədən ibarətdir?
A) Tək böyrəkdən
B) Yaşıl vəzilərdən
C) İfrazat dəliyindən
D) Cüt böyrəkdən
Qurbağanın tənəffüsü nə ilə gedir?
A) Traxeya ilə
B) Ağciyər və dəri ilə
C) Yalnız ağciyərlə
D) Qəlsəmə ilə
Qurbağaların həzm sistemini balıqlardan fərqləndirən cəhət hansıdır?
A) Qurbağada mədə yoxdur.
B) Qurbağada kloaka var.
C) Onlar arasında heç bir fərq yoxdur.
D) Qurbağanın dili var, balıqların yoxdur.
Qurbağada neçə qan dövranı olur?
A) 1
B) 4
C) 3
D) 2
Göl qurbağasının kəllə skeleti nələrdən ibarətdir?
A) Beyin qutusu, oma
B) Beyin qutusu, quyruq
C) Gövdə, quyruq
D) Beyin qutusu, visserial skelet
Qurbağaların skeleti neçə hissəyə bölünür və hansılardı
A) 3 hissəyə kəllə, onurğa, ətrafların skeleti
B) 3 hissəyə onurğa, beyin qutusu, ətrafların skeleti
C) 4 hissəyə kəllə, visserial, onurğa, ətrafların skeleti
D) 2 hissə kəllə və onurğa
E) 4 hissə boyun, gövdə, oma, quyruq şöbələri
Göl qurbağasının ağciyərlərin forması necədir?
A) kisə formasındadır
B) kub formasındadır
C) ağciyərlər yoxdur
D) dəyirmidir
E) yastıdır
Sürfə ilə yetkin fərdin ətraflarındakı fərqlilik hansıdır?
A) Sürfədə ağciyərlər, yetkin fərddə isə qəlsəmə olur.
B) Sürfədə üzgəc, yetkin fərddə isə beşbarmaqlı ətraflar olur.
C) Sürfədə beşbarmaqlı ətraflar, yetkin fərddə isə üzgəclər olur.
D) Onlar arasında heç bir fərq yoxdur.
Qurbağalarda burun dəliklərindən başqa tənəffüs orqanı hansıdır?
A) Göz
B) Ağız
C) Təbil pərdəsi
D) Dəri
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top