Tapılan ümumi test sayı : 26

VII əsrdə Çində:
A) Alimlər palatası yaradıldı
B) İlk qəzet çıxmağa başladı
C) Kağız istehsal edilməyə başladı
D) Kompas kəşf edildi
Mərkəzi Hindistanda məşhur mağara – məbədlər yerləşirdi:
A) Kəşmirdə
B) Acantada
C) Pəncabda
D) Dehlidə
Erkən orta əsrlərdə çarvaklar məktəbi yaranmışdı:
A) Çində
B) Azərbaycanda
C) Hindistanda
D) İranda
Çinin XI əsr tarixinə aiddir:
A) İpək parça istehsalının kəşfi
B) Heroqliflərdən ibarət yığma şriftlərin ixtira edilməsi
C) Seysmoskopun kəşfi
D) Xüsusi gil növündən çini qablar istehsalına başlanması
VIII əsrdən başlayaraq Hindistanda məbədləri:
A) Daşdan və kərpicdən nəhəng qüllələr şəklində tikirdilər
B) İri sal daşlardan dağlarda tikirdilər
C) Pəncərəsiz, qaranlıq yerlərdə tikirdilər ki, insanları qorxuya salsın
D) Piramidalar formasında tikirdilər
VIII – XI əsrlərdə İranda tarix elminin yaradılmasında böyük xidməti olmuşdur:
A) Əl - Bəlhinin
B) Təbəri Həmzə İsfahaninin
C) İbn Sinanın
D) Ömər Xəyyamın
İranda riyaziyyat elminin inkişafında mühüm rolu olmuşdur:
A) Ömər Xəyyamın
B) Əl - Bəlhinin
C) Bəşşar İbn Burzun
D) Əl – İstəxrinin
“ Kəlilə və Dimnə ” ni ərəb dilinə tərcümə etmişdir:
A) Ömər Xəyyam
B) Əl – Bəlhi
C) İbn Əl Müqəffa
D) Əl- İstəxri
Erkən orta əsrlər Azərbaycan memarlığına aiddir:
A) Ləkit məbədi
B) Ulu bazar məscidi
C) Tarikxanə məscidi
D) İkinci Mahmud türbəsi
VIII – XI əsrlərdə İranda coğrafiya elminin inkişafına öz tövhələrini vermişdir:
A) Ömər Xəyyam
B) Əl- İstəxri
C) Əl – Bəlhi
D) İbn Əl Müqəffa
Ərəb işğalları dövründə bütün müsəlman ölkələrinin incəsənətinin səciyyəvi cəhəti:
A) Rəssamlıq və heykəltəraşlığın zəif inkişafı
B) Əlifbanın meydana gəlməsi
C) Heykəltəraşlığın əsas yer tutması
D) Xəttatlıq sənətinin aradan çıxması
805 – ci ildə “ Bilik evi ” yaradıldı:
A) Hindistanda
B) Qərbi Avropada
C) Çində
D) Abbasilər xilafətində
Məscid yanındakı məktəblərin mədrəsələrdən fərqi:
A) İlk savad verirdi
B) Bitirənlərə xüsusi şəhadətnamə verilirdi
C) İlk savadla bərabər, xüsusi peşə təhsili verirdi
D) Ali təhsil verirdi
“ Elmin şeyxi ” adını almış alim:
A) Nəsrəddin Tusi
B) İbn Sina
C) İbn Xordadbeh
D) Aristotel
Xilafətin 200 illik tarixini yazmışdı, ümumi tarixə və sülalə tarixinə aid çoxlu əsərlərin müəllifidir:
A) Ət Təbəri
B) Aristotel
C) Əl Biruni
D) İbn Sina
Karolinqlər sülaləsinin dövründə olduqca zəiflədi:
A) Çexiya
B) Almaniya
C) İtaliya
D) Fransa
Şimali Fransadakı ən iri feodal mülki:
A) Flandriya krallığı
B) Orlean şəhəri
C) Normandiya hersoqluğu
D) Bretan hersoqluğu
Almaniya kralı I Otto 951 – ci ildə işğal etdi:
A) Romanı
B) Şimali İtaliyanı
C) Alp dağları arasındakı əraziləri
D) Cənubi İtaliyanı
Papa vilayəti yaradılmışdı:
A) 756 - cı ildə
B) 952 - ci ildə
C) 962 - ci ildə
D) 951 - ci ildə
Roma papaları ilə alman imperatorları arasında mübarizə başlandı:
A) İtaliyaya sahib olmaq uğrunda
B) Papa vilayətinə sahib olmaq uğrunda
C) Almaniyaya sahib olmaq uğrunda
D) Fransaya sahib olmaq uğrunda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top