Tapılan ümumi test sayı : 51

İran mütləqiyyətinin 1905-ci ilin dekabrında Şah Əbdülhəzimin bəstə oturanlara və onların tələblərinə münasibəti
A) Bəstçilərin tələbləri rədd edildi
B) Bəstçilər silah gücünə dağıdıldı
C) Bəstçilərin bir sıra tələbləri qəbul edildi
D) Bəstə oturanların rəhbərləri həbs edildi
E) Mütləqiyyətin bəstə oturanlara etina etməməsi onların dağılışıb getməsinə səbəb oldu
1907-ci ildə keçirilən yığıncaqda HMK-nin qərarı
A) Milli azadlıq və antifeodal çıxışları yatırmaqda müstəmləkəçilərə yardım etmək
B) İngilis müstəmləkəçilərinə qarşı silahlı üsyana hazırlaşmaq
C) İngilis müstəmləkəçilərinə qarşi dinc etiraz çıxışlarına başlamaq
D) Müstəmləkəçilərə qarşı kütləvi çıxışları dayandırmaq
E) Müstəmləkəçilərə qarşı silahlı üsyana başlamaq
HMK-də B.Tilakın başçılıq etdiyi xırda burjua demokratlarının tələbi nə idi?
A) Siyasi hüquq və azadlıqlarının verilməsi
B) İngilislərin ölkədən çıxarılması
C) Müstəmləkəçilərə qarşı çıxışların dayandırılması
D) Hindistan Respublikasının yaradılması
E) Hindistanın Konstitusiyasının hazırlanması və qəbulu
1909-cu ilin noyabrında açılmış II İran məclisinin I Məclisdən fərqi nədə idi?
A) Deputatların sayının ikiqat çox olması
B) İkipalatalı olması
C) I Məclisdən daha demokratik olması
D) I Məclisdən daha irticaçı olması
E) Bu məclisdə Azərbaycandan seçilmiş nümayəndələrin say üstünlüyünə malik olması
1908-ci ildə Bombeydə fəhlə sinfinin 6 günlük siyasi tətilinin səbəbi
A) Lord Kerzonun maliyyə islahatı
B) B.Tilakın həbs olunaraq mühakimə edilməsi
C) Əmək haqqının aşağı olması
D) Amritsar və Lahorda əhalinin çıxışlarına divan tutulması
E) İngilislərin ağır müstəmləkə zülmü
İran inqilabının birinci mərhələsi başa çatdı
A) Müzəfərəddin şahın Konstitusiyanın birinci hissəsini təsdiq etməsi ilə
B) Müzəfərəddin şahın oğlu Məhəmmədəlinin taxta çıxması ilə
C) Konstitusiyanın II hissəsinin təsdiq edilməsi ilə
D) İran Məclisinə seçkilərin keçirilməsi ilə
E) Şahın Konstitusiya haqqında fərmanının dərc edilməsi ilə
İranda antifeodal xalq inqilabının məğlub olma səbəblərindən deyil
A) Rusiya və İngiltərənin hərbi müdaxiləsi
B) Hərəkatda bütün xalq kütlələrinin birgə hərəkət etməməsi
C) Əhalinin inqilabi mübarizə təcrübəsinin olmaması
D) Xalqın oyanması və onun istibdada qarşı mübarizə aparmaq əzmində olması
E) İnqilaba rəhbərliyin zəifliyi
XX əsrin əvvəllərində Iranda xalqın vəziyyətinin pisləşməsinə səbəb olan amillərdən deyil
A) İranın asılı vəziyyətə düşməsi
B) Şahlığın mühafizə edilib saxlanılması
C) Kəsbkarlığa gedənlərin sayının artması
D) Xarici kapitalın mövqeyinin möhkəmlənməsi
E) Feodal münasibətlərinin mövcudluğu
HMK-də “sol cinaha” rəhbərlik edirdi
A) M.Qandi
B) Seyid Əhməd
C) R.Taqor
D) B.Tilak
E) Lord Kerzon
1907-ci ildə Hindistanda kütləvi çıxışların milli azadlıq və antifeodal xarakter alması qorxuya salmışdı
A) Din xadimlərini
B) İngilis müstəmləkəçilərini
C) Milli burjuaziyanın bütün təbəqələrini
D) Xırda burjua demokratlarını
E) Liberalları
1905-ci ilin dekabrında 5 mindən artıq nümayişçi Tehranın cənubunda bəstə oturdu
A) Tələbələrin çağırışı ilə
B) İran milli burjuaziyasının çağırışı ilə
C) İran Demokrat Partiyasının çağırışı ilə
D) Ali ruhanilərin çağırışı ilə
E) Fəhlələrin çağırışı ilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top