Tapılan ümumi test sayı : 48

1944 – cü il iyunun 6 – da ABŞ generalı Duayt Eyzenhauerin komandanlığı altında müttəfiqlər qoşun çıxartdılar:
A) Şimali Fransaya
B) Balkan yarımadasına
C) Yaponiyaya
D) Şimali Afrikaya
Birləşmiş Millətlər Təşkilatının iş qaydaları müəyyənləşdirildi:
A) Tehran konfransında
B) Batum konfransında
C) Podstam konfransında
D) Krım konfransında
SSRİ – nin yeni qərb sərhədləri qəti olaraq tanındı:
A) Trabzon konfransında
B) Podstam konfransında
C) Tehran konfransında
D) Krım konfransında
Alman ordusu müttəfiq qoşunlara qarşı son əks hücuma keçdi:
A) Normandiyada
B) Berlində
C) Stalinqradda
D) Ardendə
Podstam konfransında əsas məqsəd:
A) Avropada ikinci cəbhənin açılması
B) Almaniyaya münasibətdə müttəfiqlərin siyasətini müəyyənləşdirmək
C) Almaniyanın danışıqsız təslim olması
D) Almaniyadan təzminat alınması
Səhv variantı müəyyən edin
A) 1945-ci il 2 sentyabrı - II Dünya müharibəsinin başa çatması
B) 1945-ci il 17 iyul 2avqust. - Podstam konfransı
C) 1945-ci il 9 may.- Avropada müharibənin başa çatması
D) 1943-cü il 28 noyabr - 1dekabr. - Tehran konfransı
E) 1945-ci il 14-21 fevral. - Krım konfransı
I Dünya müharibəsinin başlanmasından ... Sonra II Dünya müharibəsi sona çatdı
A) 26 il
B) 28 il
C) 29 il
D) 31 il
E) 23 il
1944-cü il iyunun 6-da Şimali Fransada açılan II cəbhənin komandanı idi
A) General Duayt Eyzenhauer
B) General Bernard Montqomeri
C) Feldmarşal V.Keytel
D) General Ş.de Qol
E) Marşal A.Peten
Türkiyə hökumətinin 1944 – cü il avqustun 2 – də diplomatik əlaqələri kəsdiyi ölkə:
A) Almaniya
B) İtaliya
C) Fransa
D) SSRİ
ABŞ və Böyük Britaniyanın tələbi ilə Türkiyə 1945 – ci ilin fevralında müharibə elan etdi:
A) Almaniya və İtaliyaya
B) İtaliya və Yaponiyaya
C) Almaniya və Yaponiyaya
D) SSRİ və İtaliyaya
Türkiyəni beynəlxalq aləmdə təcrid olmaqdan xilas etdi:
A) Müharibə illərində bitərəf qalması
B) SSRİ ilə dostluq müqaviləsi imzalaması
C) Almaniya və Yaponiyaya müharibə elan etməsi
D) Almaniya ilə diplomatik əlaqələri kəsməsi
1944 – cü ilin oktyabrında müstəqilliyini itirərək RSFSR – ın tərkibində muxtar vilayətə çevrildi:
A) Krım
B) Tatarıstan
C) Tuva
D) Başqırdıstan
“ Azad türk diviziyası “ yaradıldı:
A) 1944 – cü ildə
B) 1945 – ci ildə
C) 1942 – ci ildə
D) 1943 – cü ildə
1941-1945-ci illərdə SSRİ də cəbhəni və ölkəni duru yanacaqla təmin edən regionların sırasına daxil deyildir
A) Bakı
B) Ural-Volqa
C) Qazaxıstan
D) Sibir
E) Şimali Qafqaz
Müharibə ilk illərində Türkiyə ...
A) Bitərəf qaldı
B) Faşist dövlətləri ilə hər cür əlaqələrə qadağa qoyulmuşdu
C) Faşist dövlətləri tərəfindən müharibəyə qoşuldu
D) Bitərəf ölkə olsa da faşist dövlətlərinə gizli yardım göstərirdi
E) Antifaşist dövlətləri blokuna qoşulmuşdu
a) Yaponiya Sakit okeanda hücum əməliyyatlarına bir daha başlaya bilmədi
b) Əsaslı dönüşün ilk addımı atıldı. – göstərilənlər aiddir:
A) Berlin döyüşünə
B) Moskva döyüşünə
C) Stalinqrad döyüşünə
D) Miduey döyüşünə
İkinci dünya müharibəsinin gedişində əsaslı dönüş başlandı:
A) Əl – Əlameyn döyüşü nəticəsində
B) Kursk döyüşü nəticəsində
C) Moskva döyüşü nəticəsində
D) Stalinqrad döyüşü nəticəsində
1942 – ci ildə Şimali Afrikaya çıxarılan ABŞ qoşunlarının komandanı olmuşdur:
A) Montqomeri
B) Foş
C) Eyzenhauer
D) Hardinq
Mussolini hakimiyyətdən kənarlaşdırıldıqdan sonra İtaliyada təşkil edilən hökumətin başçısı olmuşdur:
A) Byanka
B) Balbo
C) Badolyo
D) De Vekin
“ Misir Bəyannaməsi ” adlı sənədi imzalamışlar:
a) Stalin
b) Ruzvelt
c) Çörçill
d) Çan Kayşi
e) İsmət İnönü
ə) Badolyo
A) b,c,d
B) a,c,d
C) b,c,e
D) a,b,c
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top