Tapılan ümumi test sayı : 60

SSRİ nüfuzunun Qərb yarımkürəsinə keçməsinin qarşısını almaq üçün Latın Amerikası ölkələri ilə hərbi – siyasi əməkdaşlığı gücləndirdi:
A) İspaniya
B) ABŞ
C) Böyük Britaniya
D) Fransa
Kuba hansı ölkəyə arxalanaraq sosializm qurmaq yolunu seçdi:
A) Çinə
B) Fransaya
C) Türkiyəyə
D) SSRİ – yə
Çilidə 1970 – ci ildə hakimiyyətə gəldi:
A) Salvador Alyende
B) Auqusto Pinoçet
C) Raul Kastro
D) Fidel Kastro Rus
Latın Amerikası ölkələrinin sosial – iqtisadi inkişafında üçüncü mərhələ başladı:
A) 70 – ci illərin əvvəllərində
B) 90 – cı illərin əvvəllərində
C) 60 – cı illərin sonlarında
D) 60 – cı illərin əvvəllərində
Hərbi xunta hakimiyyətə gəldi:
A) Kubada
B) Peruda
C) Ekvadorda
D) Çilidə
Latın Amerikası ölkələrində müharibədən sonrakı ilk illərdə aqrar dəyişikliklər aparılmasına mane olurdu
A) Kəndlilərin savadsızlığı
B) Latın Amerikası ölkələrində yoxsulluğun hökm sürməsi
C) Əhalinin əksər hissəsinin şəhərlərdə cəmləşməsi
D) Latifundiyaların qalması
E) Xarici kapitalın hökmranlığı
1959-cu il yanvarın 1-də Fidel Kastro Rus başda olmaqla yeni hökumət yaradıldı
A) Venesuelada
B) Argentinada
C) Boliviyada
D) Peruda
E) Kubada
Latın Amerikasında sosializm quruculuğu yolunu seçmiş ölkə
A) Panama
B) Çili
C) Kuba
D) Ekvador
E) Argentina
1953 – cü ilin avqustunda general Zahidinin başçılığı ilə hərbi çevriliş baş verdi:
A) İsfahanda
B) Təbrizdə
C) Gilanda
D) Tehranda
BMT baş Məclisi Fələstinin bölünməsi və onun ərazisində iki dövlətin – yəhudi və ərəb dövlətlərinin yaradılması haqqında qərarı nə vaxt qəbul etdi:
A) 1950 – ci il oktyabrın 3 – də
B) 1945 – ci il aprelin 28 – də
C) 1948 – ci il mayın 14 – də
D) 1947 – ci il noyabrın 29 – da
1964 – cü ildə Fələstin Azadlıq Təşkilatını yaratdı:
A) Əhməd Abbas
B) Seyid Məhəmməd Hatəmi
C) Camal Əbdül Nasir
D) Yasir Ərəfat
Misirin ilk prezidenti oldu:
A) Hüsnü Mübarək
B) Camal Əbdül Nasir
C) Səddam Hüseyn
D) Ənvər Sadat
1990 – cı il avqustun 2 – də İraq təcavüz etdi:
A) İranı
B) Küveyti
C) Misiri
D) İordaniyanı
II Dünya müharibəsindən sonra İranda başlamış xalq hərəkatında məqsəd
A) İranın respublika elan etmək
B) İranda ingilis ağalığına son qoymaq
C) Pəhləvilər sülaləsinin hakimiyyətinə son qoymaq
D) Neft sənayesinin milliləşdirmək
E) Aqrar islahatlarının keçirilməsi
1991-ci il yanvarın 17-də ABŞ və Böyük Britaniya daxil olmaqla bir sıra dövlətlərin İraqa qarşı başladıqları hərbi əməliyyatın şərti adı
A) “Fırtına.”
B) “Səhrada tufan”
C) “Fırtına və tufan”
D) “Səhrada fırtına.”
E) “Tufan”
1967-ci ildə İsrailin Ərəb dövlətlərinə qarşı başladığı müharibə davam etdi
A) 6 həftə
B) 60 gün
C) 6 ay
D) 100 gün
E) 6 gün
1962-ci ildən 1970-ci illərin ortalarına kimi olan dövr İran tarixi üçün xarakterikdir
A) Pəhləvilər sülaləsinə qarşı kütləvi çıxışlarla
B) İngilis ağalığına qarşı çıxışlarla
C) Güclü kəndli çıxışlarının baş verməsi ilə
D) İrimiqyaslı islahatların həyata keçirilməsi ilə
E) Respublika quruluşu uğrunda aramsız çıxışlarla
İranda ingilislərin neft inhisarına son qoyuldu
A) 1953-cü ildə
B) 1958-ci ildə
C) 1960-cı ildə
D) 1951-ci ildə
E) 1954-cü ildə
1966-cı ildə Yaxın Şərqdə neft hasilatının həcminə görə I yeri tuturdu
A) Suriya
B) Səudiyyə Ərəbistanı
C) Misir
D) İraq
E) Küveyt
1962-ci ildən 1970-ci illərin ortalarınadək İranda keçirilən islahatlar İran tarixinə bu adla daxil olmuşdur
A) “Narıncı inqilab”
B) “Yaşıl inqilab”
C) “Qara inqilab”
D) “Qırmızı inqilab”
E) “Ağ inqilab”
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top