Tapılan ümumi test sayı : 48

Düzgün çoxbucaqlının bir daxili bucağının qiyməti 144o-dir. Onun diaqonallarının sayını tapın.
A) 36
B) 32
C) 33
D) 35
E) 30
Perimetri 10 sm olan bərabəryanlı trapesiyanın yan tərəfi orta xəttə bərabərdir. Yan tərəfin uzunluğunu tapın
A) 2, 5
B) 3
C) 4
D) 2
E) 3, 5
Qabarıq beşbucaqlının 4 xarici bucağının cəmi 340o-dir.Beşinci xarici bucağı tapın.
A) 20o
B) 21o
C) 25o
D) 23o
E) 19o
Trapesiyanın diaqonalları onun orta xəttini üç bərabər hissəyə bölür. Trapesiyanın böyük oturacağı kiçik oturacağından neçə dəfə çoxdur?
A) 3 dəfə
B) 4 dəfə
C) 1, 5 dəfə
D) 2, 5 dəfə
E) 2 dəfə
Bərabəryanlı trapesiyada iti bucaq təpəsindən kiçik oturacağa çəkilmiş hündürlük 3√3 sm, yan tərəflə 30o-li bucaq əmələ gətirir. Kiçik oturacaq 4 sm olarsa, perimetri tapın.
A) 26
B) 24
C) 28
D) 22
E) 32
Düzgün çoxbucaqlının bir xarici bucağı 40o-dir. Bir təpədən çıxan diaqonalların sayını tapın.
A) 7
B) 5
C) 9
D) 8
E) 6
Düzgün çoxbucaqlının diaqonallarının sayı 9-dur.Bu çoxbucaqlının neçə tərəfi var?
A) 19
B) 8
C) 6
D) 15
E) 5
Bərabəryanlı trapesiyanın kiçik oturacağı 3 sm-dir.
Onun diaqonalı iti bucağın tənbölənidir. Trapesiyanın yan tərəfini tapın
A) 6
B) 4
C) 5
D) 2
E) 3
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top