Tapılan ümumi test sayı : 31

Nüvə hansı komponentlərdən təşkil olunmuşdur?
A) Nüvə pərdəsi, nüvə şirəsi, DNT və RNT
B) Xromatin, nüvə pərdəsi, DNT və RNT
C) Nüvə şirəsi, fermentlər, membran
D) Nüvə pərdəsi, nüvə şirəsi, xromatin və nüvəcik
Nüvə şirəsində yerləşir:
A) Xromatin, karbohidratlar, fermentlər
B) Müxtəlif zülallar, nukleotidlər, amin turşuları
C) Karbohidratlar, su, fermentlər
D) Nukleotidlər, karbohidratlar
Xromosomlar təşkil olunmuşdur:
A) Nukleotid və zülallardan
B) DNT və RNT – dən
C) DNT və zülallardan
D) RNT və zülallardan
Membran quruluşuna malik deyil:
A) Xromatin
B) Nüvə
C) Nüvəcik
D) Vakuol
Robert Braun hüceyrədə nüvəni neçənci ildə kəşf etmişdir?
A) 1831-ci ildə
B) 1841-ci ildə
C) 1837-ci ildə
D) 1833-cü ildə
E) 1838-ci ildə
Hansı orqanoid 2 membranlıdır?
A) Lizosom
B) Mitoxondri
C) Ribosom
D) Vakuol
Mitoxondri ilə xloroplastlar üçün ümumi deyil:
A) Daxili membranın olması
B) Qlükozanın sintezi
C) İkiyə bölünməklə çoxalmaq
D) ATF – nin sintezi
Hansı hüceyrə orqanoidi sayılır?
A) DNT
B) Xloroplast
C) RNT
D) Piqment
Hansı orqanizmin hüceyrəsində xlorofilə rast gəlmək olar?
A) Öküz soliteri
B) İnfuzor – tərlik
C) Yaşıl evqlena
D) Şirin su hidrası
Digər plastidlərdən fərqli olaraq leykoplastlarda yoxdur:
A) DNT və RNT
B) Fermentlər
C) İki membran
D) Piqmentlər
Hüceyrə mərkəzi bölünmə zamanı nə əmələ gətirir?
A) tək sentriol
B) qız hüceyrəsi
C) sentriol
D) bölünmə vətəri
Hansı orqanoid holci kompleksində formalaşır?
A) Xromosom
B) Ribosom
C) Lizosom
D) Hüceyrə mərkəzi
Aşağıdakı maddələrdən hansını ribosom sintez edir?
A) ATF
B) Yağları
C) Zülalları
D) Karbohidratları
Hansı orqanoid membrana malikdir?
A) Ribosom
B) Lizosom
C) Nüvəcik
D) Xromosom
Hansı hüceyrə orqanoidi deyil?
A) Ribosom
B) Lisozom
C) Ferment
D) Holci kompleksi
Hansı orqanoid təzə membran verir?
A) hüceyrə mərkəzi
B) xromosom
C) holci kompleksi
D) ribasom
E) mitoxondri
Hansı hüceyrələrdə xarici qlaf hüceyrə divarı adlanır?
A) Heyvan hüceyrələri
B) Bitki və heyvan hüceyrələri
C) Bitki hüceyrələri
D) Bitki, göbələk, bakteriya və göy – yaşıl yosun hüceyrələri
Heyvan hüceyrələrindəki xarici qlaf üçün xarakterikdir:
A) Qalın divarlı olub mikroskopda görünür
B) Nazik divarlı, bərkdir
C) Nazik divarlı və elastikdir
D) Elastik olub mikroskopda görünür
Qlikokaliks nədir?
A) Plazmatik membran
B) Hüceyrə divarı
C) Hüceyrənin daxili divarı
D) Heyvan hüceyrəsinin xarici qlafı
Qlikokaliks üçün xarakterik olan əlamət hansıdır?
A) Hüceyrənin xarici mühitlə əlaqəsini dayandırır
B) Dayaq funksiyasını daşıyır
C) Hüceyrənin mühitlə əlaqəsini təmin edir
D) Hüceyrəyə möhkəmlik verir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top