Tapılan ümumi test sayı : 23

Orqanizmdə uyğunlaşma əlaməti nəyin nəticəsində yaranır?
A) Divergensiya ilə
B) Təbii seçmə ilə
C) Mutasiyalarla
D) Məşq etdirməklə
Orqanizmlərin mühitə nisbi uyğunlaşmaları və təkmilləşməsi hansı bioloji hadisə sahəsində baş verir?
A) Süni seçmənin
B) Təbii seçmənin
C) İrsi dəyişkənliyin
D) Yaşamaq uğrunda mübarizənin
Çoxalma intensivliyi hansı heyvanlarda daha güclü inkişaf etmişdir?
A) Mühitə yaxşı uyğunlaşan orqanizmlərdə
B) Kütləvi məhvə məruz qalan orqanizmlərdə
C) Dəyişkənliyə məruz qalan orqanizmlərdə
D) Az nəsil verən növlərdə
Populyasiyada təbii seçmə nə xarakter daşıyır?
A) Məhdudlaşdırıcı
B) İstiqamətli
C) Dağıdıcı
D) Mübarizə
Təbii seçmə nəyin əmələ gəlməsi ilə nəticələnir?
A) Yeni populyasiyaların – yarımnövlərin – növlərin
B) Yeni populyasiyaların – növlərin və yarımnövlərin
C) Yarımnövlərin – populyasiyaların və növlərin
D) Növlərin – yarımnövlərin və populyasiyaların
Hansı dırnaqlı heyvan təbii seçmə nəticəsində meydana gəlmişdir?
A) Tur
B) Qatır
C) Arxarmerinos
D) Merinos
Hansı bitki təbii seçmə nəticəsində əmələ gəlmişdir?
A) Brüssel kələmi
B) Meşə çiyələyi
C) Gül kələm
D) Bağ çiyələyi
Hansı bitki təbii seçmə nəticəsində əmələ gəlmişdir?
A) Kolrabı
B) Ağbaş kələm
C) Yabanı kələm
D) Qırmızıbaş kələm
Süni seçmənin məhsulu nədir?
A) Yeni növlər
B) Sort və cinslər
C) Yeni populyasiyalar
D) Yeni mutasiyalar
Mədəni bitki sortları öz keyfiyyətini nə zaman itirir?
A) Yaxşı qulluq edildikdə
B) Təbii seçmənin təsiri gücləndikdə
C) Uzun müddət eyni şəraitdə yetişdirildikdə
D) Daha artıq şəkildə çoxaldıqda
Dirrik kələm sortlarının əcdadına yabanı şəkildə harada rast gəlinir?
A) Avropanın qərb sahillərində
B) Cənubi Amerikada
C) Mərkəzi Amerikada
D) Afrikada
Süni seçmə nəticəsində insanlar metodik seçmə aparmaqla nəyə nail olurlar?
A) İnsanın təsərrüfat marağına uyğun yeni sort və cinslərin yaranmasına
B) İnsanın təsərrüfat marağına uyğun yeni növlərin yaranmasına
C) İnsanın təsərrüfat marağına uyğun mövcud növlərin təkmilləşməsinə
D) İnsanın təsərrüfat marağına uyğun mövcud sort və cinslərin təkmilləşməsinə
Aşağıdakılardan hansı süni seçmə üçün xarakterik deyil?
A) Yeni növlərin əmələ gəlməsi
B) İrsi dəyişkənlik
C) Yeni bitki sortlarının alınması
D) Yeni heyvan cinslərinin alınması
Aşağıdakılardan hansı təbii və süni seçmə üçün ümumi sayılır?
A) İrsi dəyişkənlik
B) Yeni bitki sortlarının alınması
C) Yeni növlərin əmələ gəlməsi
D) İnsan tərəfindən aparılması
İrsiyyətin maddi əsasını nə təşkil edir?
A) Xromosomlarda yerləşən genlər
B) Nüvənin tərkibindəki m – RNT – si
C) DNT – də olan nukleotidlər
D) Zülalların tərkibindəki nuklein turşuları
Bütün orqanizmlərin əcdadlarının quruluş xüsusiyyətlərini və funksiyalarını qoruyub nəslə vermək kimi ümumi xassəsi nədir?
A) İrsiyyət
B) Yarımnöv
C) Dəyişkənlik
D) Populyasiya
Ağbaş kələmdə baş əmələ gətirmə hansı dəyişkənlik növünə aiddir?
A) İrsi dəyişkənliyə
B) İrsi olmayan dəyişkənliyə
C) Nisbi dəyişkənliyə
D) Kombinativ dəyişkənliyə
Populyasiyalarda çarpazlaşma nə mənbəyi hesab olunur?
A) Kombinativ dəyişkənlik
B) Mutasiya dəyişkənliyi
C) Nisbətli dəyişkənlik
D) Modifikasiya dəyişkənliyi
Növün hansı kriteri bir növün fərdləri üçün xromosom quruluşundakı oxşarlığı əks etdirir?
A) Morfoloji
B) Ekoloji
C) Fizioloji
D) Genetik
Hansı kriteri növün areal tutmasına əsaslanır?
A) Morfoloji
B) Genetik
C) Coğrafi
D) Biokimyəvi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top