Tapılan ümumi test sayı : 23

Orqanizmdə uyğunlaşma əlaməti nəyin nəticəsində yaranır?
A) Mutasiyalarla
B) Təbii seçmə ilə
C) Məşq etdirməklə
D) Divergensiya ilə
Orqanizmlərin mühitə nisbi uyğunlaşmaları və təkmilləşməsi hansı bioloji hadisə sahəsində baş verir?
A) Süni seçmənin
B) Yaşamaq uğrunda mübarizənin
C) İrsi dəyişkənliyin
D) Təbii seçmənin
Çoxalma intensivliyi hansı heyvanlarda daha güclü inkişaf etmişdir?
A) Dəyişkənliyə məruz qalan orqanizmlərdə
B) Az nəsil verən növlərdə
C) Kütləvi məhvə məruz qalan orqanizmlərdə
D) Mühitə yaxşı uyğunlaşan orqanizmlərdə
Populyasiyada təbii seçmə nə xarakter daşıyır?
A) Məhdudlaşdırıcı
B) Dağıdıcı
C) Mübarizə
D) İstiqamətli
Təbii seçmə nəyin əmələ gəlməsi ilə nəticələnir?
A) Yeni populyasiyaların – növlərin və yarımnövlərin
B) Yeni populyasiyaların – yarımnövlərin – növlərin
C) Yarımnövlərin – populyasiyaların və növlərin
D) Növlərin – yarımnövlərin və populyasiyaların
Hansı dırnaqlı heyvan təbii seçmə nəticəsində meydana gəlmişdir?
A) Qatır
B) Tur
C) Arxarmerinos
D) Merinos
Hansı bitki təbii seçmə nəticəsində əmələ gəlmişdir?
A) Meşə çiyələyi
B) Brüssel kələmi
C) Gül kələm
D) Bağ çiyələyi
Hansı bitki təbii seçmə nəticəsində əmələ gəlmişdir?
A) Yabanı kələm
B) Kolrabı
C) Ağbaş kələm
D) Qırmızıbaş kələm
Süni seçmənin məhsulu nədir?
A) Yeni mutasiyalar
B) Yeni populyasiyalar
C) Yeni növlər
D) Sort və cinslər
Mədəni bitki sortları öz keyfiyyətini nə zaman itirir?
A) Yaxşı qulluq edildikdə
B) Təbii seçmənin təsiri gücləndikdə
C) Daha artıq şəkildə çoxaldıqda
D) Uzun müddət eyni şəraitdə yetişdirildikdə
Dirrik kələm sortlarının əcdadına yabanı şəkildə harada rast gəlinir?
A) Cənubi Amerikada
B) Avropanın qərb sahillərində
C) Afrikada
D) Mərkəzi Amerikada
Süni seçmə nəticəsində insanlar metodik seçmə aparmaqla nəyə nail olurlar?
A) İnsanın təsərrüfat marağına uyğun mövcud növlərin təkmilləşməsinə
B) İnsanın təsərrüfat marağına uyğun yeni sort və cinslərin yaranmasına
C) İnsanın təsərrüfat marağına uyğun mövcud sort və cinslərin təkmilləşməsinə
D) İnsanın təsərrüfat marağına uyğun yeni növlərin yaranmasına
Aşağıdakılardan hansı süni seçmə üçün xarakterik deyil?
A) İrsi dəyişkənlik
B) Yeni heyvan cinslərinin alınması
C) Yeni növlərin əmələ gəlməsi
D) Yeni bitki sortlarının alınması
Aşağıdakılardan hansı təbii və süni seçmə üçün ümumi sayılır?
A) İrsi dəyişkənlik
B) Yeni növlərin əmələ gəlməsi
C) İnsan tərəfindən aparılması
D) Yeni bitki sortlarının alınması
İrsiyyətin maddi əsasını nə təşkil edir?
A) Nüvənin tərkibindəki m – RNT – si
B) DNT – də olan nukleotidlər
C) Zülalların tərkibindəki nuklein turşuları
D) Xromosomlarda yerləşən genlər
Bütün orqanizmlərin əcdadlarının quruluş xüsusiyyətlərini və funksiyalarını qoruyub nəslə vermək kimi ümumi xassəsi nədir?
A) Yarımnöv
B) İrsiyyət
C) Populyasiya
D) Dəyişkənlik
Ağbaş kələmdə baş əmələ gətirmə hansı dəyişkənlik növünə aiddir?
A) Kombinativ dəyişkənliyə
B) İrsi dəyişkənliyə
C) Nisbi dəyişkənliyə
D) İrsi olmayan dəyişkənliyə
Populyasiyalarda çarpazlaşma nə mənbəyi hesab olunur?
A) Kombinativ dəyişkənlik
B) Nisbətli dəyişkənlik
C) Modifikasiya dəyişkənliyi
D) Mutasiya dəyişkənliyi
Növün hansı kriteri bir növün fərdləri üçün xromosom quruluşundakı oxşarlığı əks etdirir?
A) Morfoloji
B) Ekoloji
C) Genetik
D) Fizioloji
Hansı kriteri növün areal tutmasına əsaslanır?
A) Morfoloji
B) Coğrafi
C) Genetik
D) Biokimyəvi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top