Tapılan ümumi test sayı : 58

Verilənlərdən biri mexaniki sistemə misal ola bilər:
A) Maşınların hərəkəti
B) Endogen proseslər
C) Günəş sistemi
D) Ekzogen hərəkətlər
Qüvvələrin superpozisiyası nədir?
A) Verilmiş cismə tətbiq olunan qüvvələrin əvəzləyicisi hər bir cismin ayrı – ayrılıqda ona təsir göstərdiyi qüvvələrin həndəsi cəminə bərabərdir
B) Daxili qüvvələr mexaniki sistemə bütövlükdə təcil verə bilməz, ona yalnız xarici qüvvələr təcil verə bilər
C) İstənilən mexaniki sistemə təsir göstərən bütün daxili qüvvələrin cəmi sıfra bərabərdir
D) Cisimlər sisteminin kütləsi sistemin ayrı – ayrı cisimlərinin kütlələri cəminə bərabərdir
“ Təsir və əks – təsir qüvvələri həmişə qiymətcə bərabər, istiqamətə görə əksdir ” bu hansı qanundur?
A) Ümumdünya cazibə qüvvəsi
B) Elektroliz üçün Faradey qanunu
C) Nyutonun üçüncü qanunu
D) Kulon qanunu
Bərabərliklərdən hansı Nyutonun üçüncü qanununu ifadə edir?
A)
B)
C)
D)
Bir cisim digər cismə hansı qüvvə ilə təsir edirsə ikinci cisim də birinci cismə modulca bərabər və əks istiqamətə yönələn qüvvə ilə təsir edir.bu qanun adlanır:
A) Nyutonun üçüncü qanunu
B) Ümumdünya cazibə qanunu
C) Nyutonun ikinci qanunu
D) Paskal qanunu
Nyutonun üçüncü qanunu hansı düsturla ifadə olunur?
A) F1=-f2
B) N/m2
C) Düsturu yoxdur
D) F=ma
E) P=Ft/s
Cismin hərəkət təcili ona təsir edən qüvvələrin əvəzləyicisi ilə düz, kütləsi ilə tərs mütənasib olub, əvəzləyici qüvvənin istiqamətində yönəlir.bu adlanır:
A) Qalileyin ətalət prinsipi
B) Nyutonun ikinci qanunu
C) Nyutonun üçüncü qanunu
D) Nyutonun birinci qanunu
Düsturlardan hansı Nyutonun ikinci qanununu ifadə edir?
A)
B)
C)
D)
Qüvvəni ölçən cihaz adlanır:
A) Barometr
B) Dinamometr
C) Monometr
D) Areometr
BS – də kütlənin vahidi:
A) sm
B) dm
C) m
D) kq
Kütləsi 1kq olan cismə 1m/san2 təcil verən qüvvə adlanır:
A) 1 coul
B) 1 vatt
C) 1 nyuton
D) 1 hers
10 kg kütləli cisim 25 m/san2 təcili nə qədər qüvvə ilə alır?
A) 0.25kN
B) 30MN
C) 245N
D) 50N
E) 25N
Cisimə edən əvəzləyici qüvvə 100N qüvvə ilə dartılır cisim 20m\\san2 təcillə hərəkət edir cisimin kütləsini hesablayın
A) 3n
B) 20n
C) 10n
D) 5n
E) 50n
Kütləsi 5kq olan cisim 10m/san sürətlə düzxətli bərabərsürətli hərəkət edirsə, ona təsir edən əvəzləyici qüvvə nəyə bərabərdir?
A) 0, 5n
B) 0
C) 5n
D) 500n
E) 50n
Bir biri ilə qarşılıqlı təsirdə olan m1 və m2 kütləli iki cismin təcilləri uyğun olaraq a1=2 m/san2, a2=3m/san2 -a bərabərdir. Bu cisimlərin kütlələri cəmi Aşağıdakılardan hansına bərabər ola bilər?
A) 2.5m2
B) 5m2
C) 2.5m1
D) 1.5m2
Dinamikanın əsasını təşkil edir:
A) Qaliley prinsipi
B) Paskal qanunu
C) Nyutonun üç qanunu
D) Coul – lens qanunu
Cismə başqa cisimlər təsir etmirsə və ya ona edilən təsirlər bir – birini tarazlaşdırırsa, onda o, sükunət və yaxud düzxətli bərabərsürətli hərəkət halını saxlayır. Bu qanun adlanır:
A) Nyutonun ikinci qanunu
B) Nyutonun birinci qanunu
C) Qalileyin ətalət prinsipi
D) Nyutonun üçüncü qanunu
Cisim xarici təsirə məruz qalmazsa, ya sükunətdə qalar, yaxud sabit sürətlə hərəkət edər. bu fikir adlanır:
A) Nyutonun ikinci qanunu
B) Nyutonun üçüncü qanunu
C) Qalileyin ətalət prinsipi
D) Paskal qanunu
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top