Tapılan ümumi test sayı : 109

Respublikamızın tikinti sənayesinə və mebel istehsalına lazım olan taxta – şalban və müxtəlif ağac məmulatları:
A) Yerli ehtiyatlar hesabına ödənilir
B) Tuğay meşələrindən təmin olunur
C) Rusiyadan gətirilir
D) Ukraynadan gətirilir
Ağac tədarükü tullantılarına aiddir:
A) Ağac qabığı, yarpaq
B) Budaq, yarpaq
C) Yarpaq, yonqar
D) Taxta kəpəyi, ağac qabığı
Tikinti sənayesi müəssisələrinin böyük hissəsi cəmlənmişdir:
A) Qubada
B) Abşeronda
C) Gəncədə
D) Naxçıvanda
Respublikamızın əsas sement istehsalı müəssisəsi:
A) Şüvəlan sement zavodu
B) Güzdək sement zavodu
C) Qaradağ sement zavodu
D) Korgöz sement zavodu
Qazax – Gəncə iqtisadi rayonunda daş karxanaları mövcuddur:
a) Zəyəmdə
b) Şirvanda ( Əli Bayramlıda )
c) Qazaxda
d) Şəkidə
ə) Ağdamda
A) b,c,d
B) a,d
C) a,c,ə
D) b,d,ə
Aşağı Kür tikinti materialları sənayesi əhatə edir:
a) İmişli
b) Sabirabad
c) Bəhramtəpə
d) Saatlı
e) Hacıqabul
ə) Şirvan ( Əli Bayramlı)
A) a,b,c
B) a,c,e,ə
C) a,d,ə
D) b,d,e,ə
Dəmir – beton məmulatı istehsalı ilə fərqlənir:
A) Bəhramtəpə
B) İmişli
C) Quba – Xaçmaz
D) Şirvan ( Əli Bayramlı )
Tikinti materialları sənayesinə aid olmayan məhsul:
A) Linoleum
B) Şüşə
C) Şifer
D) Gübrə
Dağ – mədən kimyası yerləşdirilir:
A) Magistral qaz kəməri yaxınlığında
B) Tələbat rayonlarında
C) Xammal mənbələrində
D) Neft emalı rayonlarında
Azərbaycanda ilk kimya zavodu tikilmişdir:
A) 1864 – cü ildə Gəncədə
B) 1879 – cu ildə Bakıda
C) 1954 – cü ildə Sumqayıtda
D) 1879 – cu ildə Bakıda
Polimerlər kimyasına aiddir:
A) Yarımfabrikat istehsalı, polietilen hazırlanması
B) Plastik kütlə, kauçuk, müxtəlif lif alınması
C) Turşu, mineral gübrələrin alınması
D) Şin, duz, polietilen hazırlanması
Azərbaycanın ən böyük kimya zavodu:
A) Bakı Neft – Yağ zavodu
B) Yeni Bakı Neftayırma zavodu
C) Məişət Kimyası Birliyi
D) “ Kimyasənaye ” İstehsalat Birliyi
Respublikamızda kimya sənayesi məhsulları istehsal edilir:
A) Neftçalada, Salyanda, Mingəçevirdə
B) Zaqatalada, Qubada, Gəncədə
C) Gəncədə, Qubada, Salyanda
D) Astarada, Şəkidə, Bakıda
Kimya zavodu yoxdur?
A) Sumqayıt
B) Neftçala
C) Bakı
D) Kürdəmir
Qara metallurgiyanın son məhsulu:
A) Çuqun
B) Polad
C) Prokat
D) Dəmir
Ağır metallara aiddir:
A) Mis, qalay
B) Titan, nikel
C) Qurğuşun, maqnezium
D) Titan, sink
Yüngül metal istehsal edən müəssisələrin harada yerləşməsi əsas şərtdir:
A) Su bol olan ərazilərdə
B) Xammal mənbələri yaxınlığında
C) Enerji mənbələrinə yaxın
D) Tələbat ərazilərinə yaxın
Respublikamızda qara metallurgiya sənayesi əsasən yaranmağa başlamışdır:
A) 80 – ci illərdə
B) 30 – cu illərdə
C) 60 – cı illərdə
D) 50 – ci illərdə
1939 – cu ildən istehsal edilir:
A) Gəncə - gil torpaq zavodu
B) Sumqayıt boru – prokat zavodu
C) Naxçıvandakı Parağaçay və Gümüşlü sink – qurğuşun yataqları
D) Qazaxdakı bentonit gili yatağı
Böyük Qafqaz vilayətində olan filiz yataqları hansılardır?
A) Gumuslu ; Filizcay
B) Katexcay ; Gumuslu
C) Filizcay ; Katexcay
D) Agyataq ; Katexcay
E) Mehmana ; Filizcay
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top