Tapılan ümumi test sayı : 147

Hansı inzibati rayon Gəncə-Qazaxa aid deyil:
A) Qazax
B) Bərdə
C) Ağstafa
D) Goranboy
Qara metallurgiyanın xammalının yerləşdiyi iqtisadi rayon:
A) Aran
B) Abşeron
C) Gəncə-Qazax
D) Naxçıvan
Ən böyük bentonit gil yatağı hansı iqtisadi rayonda yerləşir:
A) Aran
B) Gəncə-Qazax
C) Quba-Xaçmaz
D) Abşeron
Ceyrançöl hansı inzibati rayonlar ərazisində deyil:
A) Samux
B) Şəmkir
C) Gədəbəy
D) Ağstafa
E) Tovuz
Kartofçuluq üzrə ixtisaslaşan iqtisadi rayon:
A) Gəncə-Qazax
B) Şəki-Zaqatala
C) Quba-Xaçmaz
D) Aran
Üzümçülük üzrə ixtisaslaşan iqtisadi rayon:
A) Gəncə-Qazax
B) Quba-Xaçmaz
C) Aran
D) Lənkəran-Astara
Şəki – Zaqatala iqtisadi – coğrafi rayonunun ərazisi:
A) 8,8 min km²
B) 7,1 min km²
C) 12,4 min km²
D) 7,0 min km²
Şəki – Zaqatala iqtisadi – coğrafi rayonu tanınır:
A) Qərzəkli meyvələr rayonu kimi
B) Pambıqçılıq rayonu kimi
C) Meyvə - tərəvəz rayonu kimi
D) Üzümçülük rayonu kimi
Şəki – Zaqatala iqtisadi – coğrafi rayonunun əsas faydalı qazıntıları:
A) Neft, xromit, qızıl
B) Mis, qalay, alunit
C) Qalay, qızıl, kükürd kolçedanı
D) Mis, sink, qurğuşun
Şəki – Zaqatala iqtisadi – coğrafi rayonunda saxurlar əsasən məskunlaşmışlar:
A) Zaqatala və Balakəndə
B) Qəbələ və Oğuzda
C) Zaqatala və Qaxda
D) Balakən və Qəbələdə
Azərbaycanda yeganə qızılgül yağı istehsal edilir:
A) Zaqatalada
B) Şəkidə
C) Qaxda
D) Qəbələdə
Şəki-Zaqatala və Abşeron rayonu üçün fərqli əlamət:
A) Rekreasiya ehtiyatları mövcuddur
B) Rusiya ilə sərhəddir
C) Böyük Qafqaz vilayətinə aiddir
D) Aranla sərhəddir
Qəbələ, Ağsu, Siyəzən Xızı uyğun olaraq hansı iqtisadi-coğrafi rayona aiddir?
A) Dağlıq Şirvan,Şəki-Zaqatala,Quba-Xaçmaz,Abşeron
B) Şəki-Zaqatala,Quba-Xaçmaz,Abşeron,Dağlıq Şirvan
C) Şəki-Zaqatala, Dağlıq Şirvan, Quba-Xaçmaz, Abşeron
D) Quba-Xaçmaz,Abşeron,Dağlıq Şirvan,Şəki-Zaqatala
Şəki-Zaqatala rayonun Dağlıq Şirvandan fərqli cəhəti deyil:
A) Respublika tabeli şəhəri var
B) Xarici ölkə ilə sərhəddir
C) Xarici ölkə ilə sərhəd deyil
D) Qərzəkli meyvəçilik üzrə ixtisaslaşıb
Quba-Xaçmaz və Şəki- Zaqatala üçün ortaq əlamət:
A) Respublika tabeli şəhəri mövcuddur
B) Dağlıq Şirvan rayonu ilə sərhəddir
C) Aran ilə sərhəddir
D) Xəzər dənizinə çıxışı var
Şəki-Zaqatala üçün doğru deyil:
A) Xarici ölkə ilə sərhəddir
B) Xəzər dənizinə çıxışı yoxdur
C) Qərzəkli meyvəçilik üzrə ixtisaslaşıb
D) Zaqatala və Şəki respublika tabelidir
Şəki-Zaqatala iqtisadi rayonunda yeləşən polimetal filiz yatağı:
A) Parağaçay
B) Mehmana
C) Filizçay
D) Gümüşlü
Şəki-Zaqatala iqtisadi rayonuna aid deyil:
A) Gürcüstanla sərhəddir
B) Böyük Qafqazın cənubunda yerləşir
C) Xəzərə çıxışı var
D) Polimatal filiz yatağı var
Şəki-Zaqatala iqtisadi rayonuna aiddir:
A) Şamaxı
B) Ağdam
C) Qazax
D) Qəbələ
Qızılgülün, nanənin becərildiyi iqtisadi rayon:
A) Quba-Xaçmaz
B) Dağlıq Şirvan
C) Şəki-Zaqatala
D) Abşeron
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top