Tapılan ümumi test sayı : 37

Qeyri - ənənəvi enerji ehtiyatlarına aiddir:
a) kömür
b) günəş və külək enerjisi
c) yanar şist
d) yerin daxili enerjisi
e) aqroiqlim ehtiyatları
A) a,c,d
B) b,d,e
C) a,b,d
D) a,c,e
Yerin daxili enerjisindən istifadə edən ölkələr:
A) Meksika, Yeni Zelandiya, İslandiya
B) Qazaxıstan, Sinqapur, Kamboca
C) İslandiya, İtaliya, Çin
D) CAR, Misir, Nigeriya
Təbii rekreasiya ehtiyatlarına aid deyil:
A) Qara dəniz
B) Palma adaları
C) Alp dağları
D) Havay adaları
Ətraf mühitin təbii çirklənməsinə aid deyil:
A) Şüalanma
B) Vulkan püskürmələri
C) Meteorit düşməsi
D) Radioaktiv radiasiya
Ətraf mühitin ekoloji vəziyyətinin kollaps vəziyyəti nədir?
A) Bioloji potensialın və məhsuldarlığın tam itirilməsi, məzmunca yeni, antropogen mənşəli kompleksin yaranması
B) Antropogen təsirlər təbii özünü bərpadan üstün olur, təbii komplekslər özlərinin strukturunu itirir, lakin əvvəlki vəziyyətinə qayıtmaq imkanına malik olur
C) Ətraf mühitdə təbii bərpaolunma antropogen təsirdən üstün olur və təbii komplekslər əsasən öz strukturunu qoruyur
D) Ətraf mühit kəskin dəyişmə, transformasiya nəticəsində əvvəlki vəziyyətini bərpa edə bilmir
Su ehtiyatı ilə yaxşı təmin olunub:
A) Türkmənistan
B) Kanada
C) Mərakeş
D) Misir
Torpaq ehtiyatı ilə yaxşı təmin olunan ölkə:
A) Belçika
B) Niderland
C) Danimarka
D) Braziliya
Hansı dəniz sahilindən turizm məqsədilə daha çox istifadə edilir?
A) Karib
B) Baffin
C)
D) Berinq
Turizmin daha çox inkişaf etdiyi ada:
A) Fici
B) Baham
C) Saxalin
D) Azor
Meşə ehtiyatları aşağıdakı göstəricilərə görə qiymətləndirilir:
a) ağacların növünə görə
b) sahəsinə görə
c) oduncaq ehtiyatına görə
d) bitki və heyvan aləminə görə
e) ərazinin meşəliliyinə görə
A) b,c,d
B) b,c,e
C) a,c,d
D) a,d,e
Yüksək meşəlilik əmsalı ilə seçilən ölkələr:
A) Surinam, Qayana, Kamboca
B) Kanada, Kolumbiya, Türkiyə
C) Fransa, İtaliya, İspaniya
D) Braziliya, İran, Yaponiya
Şimal meşə qurşağı üçün xarakterik deyil:
A) Enliyarpaqlı ağaclar üstünlük təşkil edir
B) İynəyarpaqlı ağaclar üstünlük təşkil edir
C) Növ tərkibi az olur, oduncağı gec bərpa olunur
D) Mülayim, qismən subtropik iqlim qurşağını əhatə edir
Dünyada adam başına düşən meşə sahəsi:
A) 3,8 ha
B) 0,6 ha
C) 1,2 ha
D) 0,3 ha
Balıq ovu ilə daha çox məşğul olan ölkələr:
A) Yaponiya, ABŞ, Rusiya
B) İran, Belçika, AFR
C) Finlandiya, Avstriya, AFR
D) Türkiyə, Yaponiya, Belçika
Mineral ehtiyatlar mənşəyinə görə bölünür:
a) filiz
b) bioloji
c) qeyri – filiz
d) yanar
e) torpaq
A) a,c,d
B) a,c,e
C) b,c,e
D) b,d,e
Yanar faydalı qazıntılara aid deyil:
A) Neft
B) Torf
C) Kömür
D) Boksit
Tükənən, lakin bərpa olunan təbii sərvətlərdən biri:
A) Mineral
B) Torpaq
C) Torf
D) İqlim
Qalayın ən iri yataqları cəmlənmişdir:
A) Yaponiya, İtaliya, İspaniyada
B) Avstraliya, Fransa, Belçikada
C) Çin, Yaponiya, Sinqapurda
D) Boliviya, Qabon, Malayziyada
Mineral ehtiyatlar mənşəyinə görə hansı qrupa aiddir?
A) Rekreasiya ehtiyatlarına
B) Tükənməyən
C) Tükənən, lakin bərpa olunmayan
D) Tükənən, lakin bərpa olunan
Mis filizi ixrac və idxal edən ölkələr uyğun olaraq hansıdır?
A) Fransa-Çili
B) Fransa-AFR
C) Misir-Qayana
D) Peru-İtaliya
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top