Tapılan ümumi test sayı : 39

Miqrasiya adlanır:
A) Əhalinin məcburi şəkildə ölkədən çıxarılması
B) Əhalinin könüllü olaraq başqa ölkəyə köçməsi
C) Əhalinin bir yerdən başqa yerə köçməsi
D) Əhalinin bir qisminin müvəqqəti şəkildə başqa ölkəyə köçürülməsi
Əhalinin ölkəyə gəlməsi adlanır:
A) Suburbanizasiya
B) Emmiqrasiya
C) İmmiqrasiya
D) Daxili miqrasiya
Dünyada əmək ehtiyatlarının cəmləşdiyi üç əsas mərkəzdən biri deyil:
A) Yaponiya
B) ABŞ
C) Qərbi Avropa
D) İran körfəzinin neft hasil edən ölkələri
Ərazisi böyük, əhali sıxlığı kəskin fərqlənən və bununla da daxili miqrasiyanın geniş yayıldığı ölkələr:
A) Rusiya, Kanada, Çin
B) Avstraliya, Fransa, Belçika
C) Norveç, Avstriya, Braziliya
D) İsveç, Norveç, Qazaxıstan
ABŞ – a immiqrantlar başlıca olaraq gəlirlər:
A) Hindistandan, Kanadadan, Afrikadan
B) Latın Amerikasından, Asiyadan və Avropadan
C) Hindistandan, Pakistandan, Misirdən
D) Cənubi Avropadan, Şimali Afrikadan, MDB ölkələrindən
Mexaniki artımın müsbət olduğu ölkə:
A) Pakistan
B) Çin
C) Kanada
D) İran
Fəal əhali dedikdə başa düşülür:
A) Yalnız maddi istehsal sahələrində çalışan əhali
B) Real olaraq maddi və qeyri – maddi istehsal sahələrində çalışan əhali
C) Əmək prosesində iştirak etmək qabiliyyəti olan əhali
D) 18 yaşına çatmış bütün əhali
Əhalisi sıx olan ölkələr:
a)Kanada
b) Yaponiya
c) Niderland
d) Avstraliya
e) Danimarka
A) a,d,e
B) a,b,d
C) b,c,e
D) a,d
Dağınıq yaşayış məskənləri yayılmamışdır:
A) İranda
B) Avstraliyada
C) ABŞ – da
D) Kanadada
Biri meqalapolis deyil:
A) Bosvaş
B) Sansan
C) Tokaydo
D) Tokio
Yalançı urbanizasiya prosesi geniş yayılmışdır:
A) İEÖ – də
B) İEOÖ – də
C) Şimali Afrikada
D) Cənubi Asiyada
Xidmət sahəsində çalışanların üstün olduğu ölkə:
A) Zair
B) İspaniya
C) Pakistan
D) Kuba
Avstroloid irqi yayılmışdır:
a)Şimali Asiyada
b) Avstraliyada
c) Okeaniyada
d) Cənubi Amerikada
e) Afrikada
ə) Cənub – Şərqi Asiyada
A) a,d,ə
B) a,b,d
C) b,c,ə
D) b,d,e
Birmillətli dövlət deyil:
A) Norveç
B) Türkiyə
C) Niderland
D) Yaponiya
Hind – Avropa dil ailəsinə aid olmayan dil qrupu:
A) Slavyan
B) Roman
C) Qafqaz
D) İran
Xristianlığın protestant təriqətinə sitayiş olunmur:
A) ABŞ – da
B) Avstraliyada
C) Yeni Zelandiyada
D) Yunanıstanda
Lamaizm dininə sitayiş olunur:
A) Monqolustanda
B) Kambocada
C) Melaneziyada
D) İsraildə
Buddizmə sitayiş edən dövlət deyil:
A) Kamboca
B) Laos
C) Tailand
D) Yeni Zelandiya
E) Vyetnam
Hansı fikir səhvdir?
A) Urbanizasiyanın ən yüksək səviyyəsi meqalopolisdir
B) Suburbanizasiya İEOÖ-lərə aiddir
C) Ən sıx region Şərqi Asiyadır
D) Şəhər əhalisinin çoxalması urbanizasiyadır
Hansı dünyəvi dindir?
A) Lamaizm
B) İudaizm
C) İnduizm
D) Buddizm
E) Sintoizm
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top