Tapılan ümumi test sayı : 30

Dünya təsərrüfatının müasir simasını müəyyən edir:
a) qloballaşma b) ETİ c) təmərküzləşmə d) regionlaşma
A) a,b
B) a,d
C) b,c
D) c,d
Qloballaşma prosesini daha da sürətləndirir:
A) Transmilli şirkətlər ( TMŞ )
B) ETİ
C) Təmərküzləşmə
D) Azad iqtisadi zonalar
Qloballaşmanın əsas formalarını göstərin:
A) Beynəlxalq podrat sisteminin inkişafı, beynəlxalq nəqliyyat yollarının çəkilməsi
B) Müəssisələrin birləşməsi, beynəlxalq müqavilələrin bağlanması
C) Beynəlxalq müqavilələrin bağlanması, beynəlxalq nəqliyyat yollarının çəkilməsi
D) Müəssisələrin birləşməsi, “ texnopolislər ” in yaradılması
Hansı ərazilərdə Azad iqtisadi zonalar yaradılmışdır:
A) Latın Amerikasında, Şərqi Asiyada
B) Qərbi Avropada, Cənub – Qərbi Asiyada
C) Avstraliyada, Şərqi Asiyada
D) Şimali Amerikada, Latın Amerikasında
Trans Qafqaz dəhlizi və yaxud “ Avrasiya dəhlizi ” rolu oynayır:
A) Gürcüstan
B) Qazaxıstan
C) Azərbaycan
D) Türkmənistan
İstehsalın yerləşdirilməsinə təsir edən amillər:
a) ərazi amili b) insan amili c) İCM amili d) siyasi amil e) nəqliyyat amili
A) a,b
B) c,d
C) b,e
D) a,e
Sinqapurun yüksək inkişafına təsir göstərir:
A) Yaponiya ilə qonşuluq mövqeyi
B) Avropa və Yaxın Şərq ölkələrindən Yaponiyaya gedən yollar üzərində yerləşməsi
C) Təbii ehtiyatların bolluğu
D) Geniş əraziyə malik olması
İqtisadiyyatında təbii resurs amili mühüm rol oynadığı ölkələr:
A) Rusiya, Avstriya
B) Avstraliya, Kanada
C) Kanada, Yaponiya
D) Sinqapur, CAR
Əlverişsiz İCM - ə malik olmalarına baxmayaraq, nəqliyyat sahələrinin inkişafı ilə iqtisadiyyatı inkişaf etmiş ölkələr:
A) Türkiyə və Rusiya
B) Yaponiya və Rusiya
C) Kanada və Avstraliya
D) Avstriya və İsveçrə
Təbii ehtiyat amilinin az olmasına baxmayaraq, iqtisadiyyatı yüksək inkişaf etmiş ölkələr:
a) Kanada b) Yaponiya c) C. Koreya d) Türkiyə e) Avstraliya
A) d,e
B) a,c
C) a,e
D) b,c
Postsənaye adlanır:
A) Ölkə iqtisadiyyatında istehsal sahələrinin rolunun yüksəlməsi
B) Ölkə iqtisadiyyatında aqrar – sənaye sahələrinin rolunun yüksəlməsi
C) Ölkə iqtisadiyyatında qeyri – istehsal sahələrinin rolunun yüksəlməsi
D) Ölkə iqtisadiyyatında sənaye sahələrinin rolunun yüksəlməsi
Emaledici sənaye sahələri içərisində hansıların rolu artmaqdadır?
a)tikinti
b) kimya
c) maşınqayırma
d) yüngül
e) yeyinti
A) b,c
B) d,e
C) a,d,e
D) a,c,d
Biri köhnə sənaye regionudur:
A) Kaliforniya ( ABŞ )
B) Lotaringiya ( Fransa )
C) Osaka ( Yaponiya )
D) Paris ( Fransa )
Sənayenin zəif inkişaf etdiyi, başlıca olaraq kənd təsərrüfatının və aqrar sənaye sahələrinin inkişafı ilə seçilən, elmtutumlu sənaye sahələrinin, digər infrastrukturların az olduğu ərazilər adlanır:
A) Köhnə sənaye regionu
B) Yeni mənimsənilən rayon
C) Yüksək inkişaf etmiş region
D) Aqrar rayon
Yeni mənimsənilən rayonlara aid deyil:
A) Rusiyanın Sibir hissəsi
B) Amazon ovalığı
C) AFR – in cənubu
D) Alyaska ( ABŞ )
Geridə qalmış rayonların iqtisadiyyatının yüksəlməsi üçün görülən tədbirlər necə adlanır?
A) Beynəlxalq siyasət
B) Regional siyasət
C) Demarkasiya
D) Demoqrafik siyasət
ETİ – nin tərkib hissələrinə aid deyil:
A) İdarəetmə
B) Texnika və texnologiya
C) İstehlak
D) Elm
Geoinformatikanın yaranmasına səbəb olmuşdur:
A) İstehlakın artması
B) İnformasiya bolluğu
C) İstehsalın artması
D) Biotexnologiyanın sürətli inkişafı
ETİ dövründə istehsal bu istiqamət üzrə inkişaf etmir:
A) Kompleks avtomatlaşdırma
B) Kosmikləşmə
C) İnsan əməyinin rolunun artırılması
D) Yeni materiallar istehsalı
ETİ -nin səciyyəvi əlamətlərindən biri deyil:
A) İstehsal prosesində insanın rolunun dəyişməsi
B) Yavaş bir şəkildə inkişaf etməsi, elmi yeniliklərin istehsala gec tətbiq olunması
C) Elmin istehsal prosesinin tərkib hissəsinə çevrilməsi
D) Universallığı və əhatəliliyi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top