Tapılan ümumi test sayı : 38

İnsanların okean və dənizlərin sərvətlərindən istifadə etməsi nəticəsində yaranan problemlərindən biri deyil:
A) Ekoloji tarazlığın pozulması
B) Bioloji məhsuldarlığın azalması
C) Okean sularının azalması
D) Okean sularının həddən artıq çirklənməsi
Okeanla zəif su mübadiləsinin olması ilə bağlı çirklənən dənizlərdən biri deyil:
A) Baltik
B) Qara
C) Azov
D) Aralıq
Daha çox çirklənməyə məruz qalmış dənizlər:
A) Aralıq, Baltik, Karib
B) Yapon, Oxot, Sarı
C) Barens, Kara, Çukot
D) Laptevlər, Şərqi Sibir, Çukot
Okeanların bioloji ehtiyatlarına diqqəti artırmışdır:
A) Ərzaq probleminin kəskinləşməsi
B) Bioloji ehtiyatların az olması
C) Okean məhsullarının ucuz başa gəlməsi
D) Bioloji ehtiyatların keyfiyyətli olması
Dəniz daşınmalarının artmasına gətirib çıxarır:
a) beynəlxalq coğrafi əmək bölgüsünün dərinləşməsi
b) dünya ticarətinin sürətli inkişafı
c) dəmiryol şəbəkəsinin az olması
d) dəniz daşınmalarının ucuz olması
A) c,d
B) a,b
C) b,c
D) a,c
Hazırda aclıqdan və yarımaclıqdan əziyyət çəkən əhalinin yayıldığı ərazilərdən biri deyil?
A) Cənub – Şərqi Asiya
B) Cənub – Qərbi Avropa
C) Cənubi Asiya
D) Mərkəzi Amerika
Dünyada ərzaq probleminin yaranmasının səbəblərindən biri deyil:
A) Uzun müddət feodal geriliyinin olması
B) Bu ölkələrin əsasən cənub yarımkürəsində yerləşməsi
C) İEOÖ – in müstəmləkə keçmişi
D) Çox məhdud ixrac bazarının olması
İqtisadi geriliyin ən mühüm təzahür formalarından biri:
A) Yerli dinlərin hakim olması
B) Təbii ehtiyatlardan səmərəsiz istifadə
C) Müstəmləkə rejimi
D) İEOÖ – in borc problemləri
Biri kasıb ölkə deyil:
A) Malavi
B) Misir
C) Sudan
D) Niger
Nisbətən iqtisadi inkişafa çatmış, borc problemi olan yeni sənayeləşmiş ölkələr:
A) İsrail, Cənubi Koreya, Argentina
B) Braziliya, Meksika, Argentina
C) Hindistan, Braziliya, Yaponiya
D) Sinqapur, Meksika, Misir
Hansı yeni sənayeləşmiş ölkələrin borc problemi var:
A) Meksika
B) Kr
C) Sudan
D) Niger
Fikirlərdən hansı düzgün deyil:
A) Əhalinin yüksək artımı ərzaq problemi yaradır
B) Cənub-Şərqi Asiya regionunun qidasını düyü təşkil edir
C) İEOÖ ərzaq probleminin yaranması müstəmləkə keçmişi ilə bağlıdır
D) Ərzaq problemi təkcə Afrikaya aiddir
Ərzaq problemi olmayan region:
A) Şərqi Asiya
B) Mərkəzi Amerika
C) Cənubi Asiya
D) Vest-Hind
Ərzaq problemi və demoqrafik partlayış problemi olan kəskin region?
A) Qərbi Avropa
B) Şərqi Avropa
C) Şərqi Asiya
D) Afrika
Külək enerjisindən istifadə edən ölkələr:
A) Meksika, Braziliya, İran
B) Misir, İraq, Yəmən
C) ABŞ, AFR, Fransa
D) Çin, Fransa, Gürcüstan
Qabarma elektrik stansiyalarından istifadə olunur:
A) Fransa, Norveç, Rusiyada
B) İslandiya, Türkiyə, Belçikada
C) Türkiyə, Meksika, Kanadada
D) Yaponiya, Danimarka, İtaliyada
Heliostansiya nədir?
A) Günəş elektrik stansiyası
B) Atom elektrik stansiyası
C) Külək elektrik stansiyası
D) Su elektrik stansiyası
Günəş elektrik stansiyaları tikilmişdir:
A) Mərkəzi Asiya, CAR – da
B) Latın Amerikası ölkələrində, ABŞ – da
C) Yaponiya, Cənub – Şərqi Asiya ölkələrində
D) Qərbi Avropa və Cənub – Qərbi Asiyanın varlı ölkələrində
Ekoloji cəhətdən təmiz hesab olunur:
A) AES
B) SES
C) Heliostansiya
D) İES
“ Demoqrafik partlayış ” nədir?
A) Müəyyən ərazidə əhalinin sıx məskunlaşması
B) Əhalinin sayının sürətlə azalması
C) Kəskin ərzaq qıtlığı
D) Əhalinin sayının sürətlə artması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top