Tapılan ümumi test sayı : 48

Hiposentri 10 – 60 km dərinlikdə yerləşən zəlzələlər adlanır:
A) Səth zəlzələləri
B) Dərinlik və ya Aralıq zəlzələləri
C) Normal zəlzələlər
D) Çox böyük dərinlik zəlzələləri
Dərinlik və ya Aralıq zəlzələlərinin hiposentri yerləşir:
A) 10 – 60 km dərinlikdə
B) 300 – 700 km dərinlikdə
C) 60 – 300 km dərinlikdə
D) 10 km dərinlikdə
Kaldera adlanır:
A) Partlayış nəticəsində yaranan qıfabənzər çökəkliklər
B) Su buxarının səthə çıxdığı dairəvi çökəklik
C) Yer səthinə çıxan maqma
D) Diametrləri 1,5 – 2 km – dən artıq olan kraterlər
Nə zaman yer səthinə turş tərkibli lavalar çıxır?
A) Əgər vulkanizm prosesi okean tipli tavalarda baş verərsə
B) Əgər vulkanizm prosesi materik tipli tavalarda baş verərsə
C) Əgər vulkanizm prosesi soyuq zonalarda baş verərsə
D) Əgər vulkanizm prosesi tez – tez baş verərsə
Hər bir qeyzerdə su buxarının səthə çıxdığı dairəvi çökəklik adlanır:
A) Kaldera
B) Qrifon
C) Qeyzerit
D) Krater
Psevdo nədir?
A) Palçıq vulkanı
B) Sönmüş vulkan
C) Sönmüş lava
D) Fəaliyyətdə olan vulkan
Kükürdlü qeyzer sularının əmələ gətirdiyi süxur:
A) Psevdo
B) Qeyzerit
C) Qrifon
D) Salza
Zəlzələnin 2tipi hansıdır?
A) Səth və dərinlik
B) Vulkanizm,tektonik mənşəli
C) Daxili və xarici
D) Təbii və süni
Kaledon qırışıqlığında yaranmışdır:
A) Ural, Altay, Böyük Xinqan
B) Kordilyer, Ural, Sayan dağları
C) Tyan – Şan, Altay, Sayan dağlarının şimal hissələri
D) Tyan – Şan, Altay, Sayan dağlarının cənub hissələri
Hertsin qırışıqlığında əmələ gəlmişdir:
A) Böyük Suayırıcı, Böyük Xinqan dağları
B) And, Əjdaha, Kordilyer
C) Himalay, Kordilyer, Tibet
D) Ural, Altay, Appalaç
Alp qırışıqlığı baş verməyə başlamışdır:
A) Mezozoyda
B) Paleozoyda
C) Kriptozoyda
D) Kaynozoyda
Alp – Himalay dağlıq qurşağı yaranmışdır:
A) Sakit okean tavasının Avrasiya və Hind Avstraliya tavaları ilə toqquşması nəticəsində
B) Sakit okean tavasının Şimali və Cənubi Amerika tavaları ilə toqquşması nəticəsində
C) Sakit okean tavasının Avrasiya tavası ilə toqquşması nəticəsində
D) Afrika və Hind Avstraliya tavalarının Avrasiya tavası ilə toqquşması nəticəsində
Yer kürəsinin ən hündür dağı:
A) Kordilyer
B) Himalay
C) And
D) Appalaç
"Dəniz" dövrü hansı erada baş vermişdir?
A) Kaynozoy
B) Paleozoy
C) Proterozoy
D) Mezozoy
Hansı dağlar yenidən törənmiş adlanır?
A) And,Kordilyer
B) Altay ,Sayan
C) Himalay,Alp
D) Pamir,Tyan-Şan
Müasir materiklərin üfüqi istiqamətdə yerdəyişmələri fikrini irəli sürmüşdür:
A) İ. Kant
B) P. Laplas
C) A. Vegener
D) O. Y. Şmidt
Dərinsulu okean novları əmələ gəlmişdir:
A) Materik və okean tipli litosfer tavalarının aralanması zonasında
B) Okean tavası daha qalın materik tavasının altına girdiyi zaman
C) Okean tipli litosfer tavalarının bir – birindən aralandıqları zonada
D) Okean tipli litosfer tavalarının toqquşma zonasında
Cavan platformalara aid deyil:
A) Şərqi Avropa
B) Qərbi Sibir
C) Turan
D) Braziliya
Platformalara aiddir:
A) Fəal seysmiklik
B) Nazik olması
C) Bərk olması
D) Qeyri – sabit olması
Tetis okeanının qapanması nəticəsində daxili dənizlərə çevrilmişdir:
A) Xəzər, Azov, Egey dənizləri
B) Egey, Qara, Xəzər dənizləri
C) Azov, Qara, Aralıq dənizləri
D) Egey, Qara, Aralıq dənizləri
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top