Tapılan ümumi test sayı : 25

Yalnız sifətin suallarından ibarət cərgəni göstərin:
A) Nə, niyə, hansı?
B) Necə, nə cür, hansı?
C) Kim, necə, nə edir?
D) Kim, nə, hara?
Sifət qrammatik mənasına görə bildirir:
A) Hərəkət
B) Ad
C) Miqdar
D) Əlamət
Rəng bildirən sifətlər cərgəsini göstərin:
A) Qoçaq, çərkəzi, dalğavarı
B) Gümüşü, bənövşəyi, mavi
C) Hərbi, tibbi, sarışın
D) Uzun, nurani, armudu
Biri dad bildirən sifət deyil:
A) Şirin
B) Acı
C) Gözəl
D) Turş
Sözlərdən biri sifət deyil:
A) Gözəl
B) Daş
C) Qoca
D) Parlaq
Qoxusuz lalədir mənasız şeir, Qanadsız bir qusdur xülyasız şeir. Gözəlsiz, çalğısız məclisə bənzər, Məzmunsuz, ahəngsiz, ədasız şeir. Şeir parçasında işlənmiş sifətlərin sayını müəyyən edin:
A) 10
B) 8
C) 9
D) 7
E) 6
Sifət hansı cümlədə ismi əvəz edib?
A) Qaralar futbol komandasında seçilirdi
B) Rahat həyat hamının arzusudur
C) Azərbaycanın zəngin və qədim tarixi var
D) Al-Əlvan Çiçəklərin ətri ətrafı bürümüşdü
E) Birincilər məktəbin birinci gününə hazırlaşırdı
Sifət cümlədə əsasən hansı vəzifələrdə işlənir?
A) Tamamlıq və xəbər vəzifəsində.
B) Zərflik və tamamlıq vəzifəsində.
C) Təyin və xəbər vəzifəsində.
D) Zərflik və təyin vəzifəsində.
Hansı söz rəng bildirir?
A) qapı
B) kitab
C) qızılı
D) siçan
Hansı sifət azaltma dərəcəsində deyil?
A) Açıq-aşkar
B) Açıq-sarı
C) Sarışın
D) Azacıq
Sifət hansı nitq hissəsinə aid olur?
A) Ismə.
B) Əvəzliyə.
C) Zərfə.
D) Felə.
Sözlərdən biri həm isim, həm də sifət kimi işlənə bilər.
A) sevinc
B) yağış
C) güləyən
D) sınıq
E) geniş
Hansı cümlədə sifət yerində işlədilməyib
A) Qədim Bakı indiki İçəri şəhərdən ibarət olub
B) Yalnız azad millət milli xarakterə malikdir
C) Mötəbər rəvayətlərə görə Maştağa qəsəbəsinin adı massaget tayfasının adından götürülmüşdür
D) Əqidəsi olmayan ən cəsur insan da gec-tez qorxağa çevrilir
E) Xalqın iradəsi ən yaxşı qanundur
Sifət bildirir:
A) heç biri
B) əşyanın sayını
C) əşyanın necəliyini
D) əşyanın adını
E) əşyanın hərəkətini
Hansı cərgədəki sözlər zahiri əlamət bildirir?
A) şirin, acı, qısa
B) enlikürək, qaragöz, uzunsaç
C) yumru, dairəvi, turş
D) çalışqan, ağıllı, tənbəl
E) maraqlı, əlverişli, uzun
Sifətin halını göstərin
A) Adlıq hal
B) Yerlik hal
C) Heç biri
D) Sifətin halları yoxdur
E) Yönlük hal
Sifət cümlədə hansı vəzifəni daşıyır?
A) xitab
B) mübtəda və xəbər
C) xəbər
D) tamamlıq
E) xəbər və təyin
Sifət nə zaman hansı? sualına cavab verir?
A) hallananda
B) isimləşəndə
C) hansı sualına cavab vermir
D) şəxsə görə dəyişəndə
E) -dakı şəkilçisi qəbul edəndə
Sifətə aid olmayan xüsusiyyətləri göstərin
A) təyin olmaq
B) əlamət bildirmək
C) əşyaya aid olmaq
D) feli birləşmənin əsas tərəfi olmaq
E) dərəcə bildirmək
Hansı sifət həcm bildirir?
A) dairəvi
B) yumru
C) yaraşıqlı
D) buynuzvari
E) xırda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top