Tapılan ümumi test sayı : 25

Yalnız sifətin suallarından ibarət cərgəni göstərin:
A) Necə, nə cür, hansı?
B) Kim, nə, hara?
C) Kim, necə, nə edir?
D) Nə, niyə, hansı?
Sifət qrammatik mənasına görə bildirir:
A) Əlamət
B) Hərəkət
C) Ad
D) Miqdar
Rəng bildirən sifətlər cərgəsini göstərin:
A) Hərbi, tibbi, sarışın
B) Gümüşü, bənövşəyi, mavi
C) Uzun, nurani, armudu
D) Qoçaq, çərkəzi, dalğavarı
Biri dad bildirən sifət deyil:
A) Gözəl
B) Acı
C) Turş
D) Şirin
Sözlərdən biri sifət deyil:
A) Parlaq
B) Daş
C) Gözəl
D) Qoca
Qoxusuz lalədir mənasız şeir, Qanadsız bir qusdur xülyasız şeir. Gözəlsiz, çalğısız məclisə bənzər, Məzmunsuz, ahəngsiz, ədasız şeir. Şeir parçasında işlənmiş sifətlərin sayını müəyyən edin:
A) 6
B) 7
C) 8
D) 10
E) 9
Sifət hansı cümlədə ismi əvəz edib?
A) Azərbaycanın zəngin və qədim tarixi var
B) Birincilər məktəbin birinci gününə hazırlaşırdı
C) Rahat həyat hamının arzusudur
D) Qaralar futbol komandasında seçilirdi
E) Al-Əlvan Çiçəklərin ətri ətrafı bürümüşdü
Sifət cümlədə əsasən hansı vəzifələrdə işlənir?
A) Təyin və xəbər vəzifəsində.
B) Tamamlıq və xəbər vəzifəsində.
C) Zərflik və tamamlıq vəzifəsində.
D) Zərflik və təyin vəzifəsində.
Hansı söz rəng bildirir?
A) qapı
B) siçan
C) qızılı
D) kitab
Hansı sifət azaltma dərəcəsində deyil?
A) Sarışın
B) Azacıq
C) Açıq-sarı
D) Açıq-aşkar
Sifət hansı nitq hissəsinə aid olur?
A) Felə.
B) Ismə.
C) Zərfə.
D) Əvəzliyə.
Sözlərdən biri həm isim, həm də sifət kimi işlənə bilər.
A) güləyən
B) geniş
C) sınıq
D) yağış
E) sevinc
Hansı cümlədə sifət yerində işlədilməyib
A) Mötəbər rəvayətlərə görə Maştağa qəsəbəsinin adı massaget tayfasının adından götürülmüşdür
B) Yalnız azad millət milli xarakterə malikdir
C) Xalqın iradəsi ən yaxşı qanundur
D) Qədim Bakı indiki İçəri şəhərdən ibarət olub
E) Əqidəsi olmayan ən cəsur insan da gec-tez qorxağa çevrilir
Sifət bildirir:
A) əşyanın necəliyini
B) heç biri
C) əşyanın hərəkətini
D) əşyanın sayını
E) əşyanın adını
Hansı cərgədəki sözlər zahiri əlamət bildirir?
A) yumru, dairəvi, turş
B) enlikürək, qaragöz, uzunsaç
C) çalışqan, ağıllı, tənbəl
D) şirin, acı, qısa
E) maraqlı, əlverişli, uzun
Sifətin halını göstərin
A) Sifətin halları yoxdur
B) Heç biri
C) Adlıq hal
D) Yönlük hal
E) Yerlik hal
Sifət cümlədə hansı vəzifəni daşıyır?
A) mübtəda və xəbər
B) xəbər
C) tamamlıq
D) xəbər və təyin
E) xitab
Sifət nə zaman hansı? sualına cavab verir?
A) -dakı şəkilçisi qəbul edəndə
B) hallananda
C) isimləşəndə
D) şəxsə görə dəyişəndə
E) hansı sualına cavab vermir
Sifətə aid olmayan xüsusiyyətləri göstərin
A) əlamət bildirmək
B) dərəcə bildirmək
C) əşyaya aid olmaq
D) təyin olmaq
E) feli birləşmənin əsas tərəfi olmaq
Hansı sifət həcm bildirir?
A) dairəvi
B) yaraşıqlı
C) yumru
D) xırda
E) buynuzvari
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top