Tapılan ümumi test sayı : 43

Buluddan yaranan atmosfer yağıntılarına aid deyil:
A) Qar
B) Şeh
C) Yağış
D) Dolu
Su buxarı atmosferin Yer səthinə çox yaxın qatında kondensasiyaya məruz qalırsa əmələ gətirir:
A) Qırov
B) Şeh
C) Duman
D) Sırsıra
Atmosferin aşağı qatı:
A) Mezosfer
B) Termosfer
C) Ekzosfer
D) Troposfer
Sublimasiya nəticəsində yaranan yağıntı:
A) Leysan
B) Dolu
C) Şeh
D) Yağış
Normal təzyiq bərabərdir:
A) 760 mm c.s. – na
B) 677 mm c.s. – na
C) 670 mm c.s. – na
D) 766 mm c.s. – na
Ekvatorial hava kütlələrinə aid deyil:
A) Alçaq təzyiq qurşağında yerləşir
B) İfrat rütubətlənmə ilə seçilir
C) Yüksək temperatura malik olur
D) İki yarımtipə ayrılır
Bu yarımtip quru səthi üzərində formalaşır, yüksək temperaturu, quru və tozlu olması ilə digər hava kütlələrindən fərqlənir:
A) Kontinental Arktik
B) Kontinental tropik
C) Kontinental mülayim
D) Dəniz tropik havası
Aşağıdakı hava tiplərində biri heç bir yarımtipə bölünmür:
A) Mülayim
B) Ekvatorial
C) Tropik
D) Arktik
Soyuq cəbhəyə aid deyil:
A) Leysan xarakterli bol yağıntı olur
B) Soyuq hava kütlələri isti hava kütlələrini sıxışdırır
C) Ərazidə topa buludlar, ildırım və şimşək çaxması müşahidə olunur
D) Bu ərazilərdə nadir hallarda şimşək çaxır
Külək gülü vasitəsilə nəyi təyin etmək olur?
A) Brizləri
B) Küləyin gücü
C) Küləyin növü
D) Hakim küləyi
Dağın ətəyində atmosfer təzyiqi 760mm.C.S, zirvəsində isə 560mm.C.S olduğunu nəzərə alaraq dağın hündürlüyünü tapın
A) 2m
B) 4000m
C) 3000m
D) 200m
E) 2km
Hansı enlikdə qalxan hava, alçaq təzyiq sahəsi yaranır?
A) Qütb
B) Belə təzyiq sahəsi yoxdur
C) Tropik
D) Ekvatorial
Eyni təzyiqə malik olan məntəqələri birləşdirən xəttə nə deyilir?
A) İzobar
B) İzobat
C) İzoqalin
D) İzogiyet
Düz radiasiya nədir?
A) Atmosferdən birbaşa keçərək Yer səthinə çatan Günəş şüaları
B) Atmosferdə qaz molekulları, aerozollar, su buxarı, buludlar tərəfindən səpələnən və Yer səthinə göy qübbəsinin bütün istiqamətlərindən daxil olan Günəş şüaları
C) Vahid zaman ərzində Yer atmosferinin üst sərhəddinə 1 sm2 səthə düşən Günəş şüasının miqdarı
D) Yer səthi tərəfindən udulan radiasiya
Hündürlüyə doğru temperaturun aşağı düşməsi bəzi hallarda pozulur, yəni hündürlükdə temperatur gözləniləndən yüksək olur. Bu hal adlanır:
A) Kondensasiya
B) Atmosferin ümumi sirkulyasiyası
C) Sublimasiya
D) Temperatur inversiyası
Meteorologiya elmində temperaturun ölçülməsi üçün istifadə olunan şkalalardan biri deyil:
A) Selsi
B) Kelvin
C) Rixter
D) Farenheyt
Ən yüksək temperatur ekvator boyu deyil, tropiklərdə müşahidə olunur, buna səbəb nədir?
A) Dağlar
B) Səhralar
C) Buludluluq
D) Okeanlar
E) Meşələr
Atmosferin yer səthi ilə təmasda olan alt təbəqəsi:
A) Stratosfer
B) Troposfer
C) Mezosfer
D) Termosfer
Atmosfer təbəqələrinin ardıcıllığı:
A) İonosfer, ekzosfer, termosfer, stratosfer, troposfer
B) Troposfer, termosfer, mezosfer, ionosfer, ekzosfer
C) Troposfer, stratosfer, ionosfer, termosfer, ozon qatı
D) Troposfer, stratosfer, mezosfer, termosfer, ekzosfer
Onun yuxarı sərhəddi 80 km hündürlükdədir. Havanın sıxlığı Yer səthinə nisbətən 200 – 220 dəfə azdır və burada güclü elektrik cərəyanı axınları müşahidə edilir, “ qütb parıltıları ” yaranır:
A) Troposferdə
B) Stratosferdə
C) Ekzosferdə
D) Mezosferdə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top