Tapılan ümumi test sayı : 28

"Əzizim, kətan sarı,
Ağ sarı, kətan sarı.
Çıxaydım şah dağına,
Baxaydım Vətən sarı" - şe`rinin janrını  göstərin:
A) qoşma
B) mürəbbe
C) rübai
D) bayatı
E) gəraylı
Aşağıdakı şe`r parçası S.Vurğunun hansı əsərindəndir ?
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə,
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
A) "Ceyran"
B) "Aygün"
C) "Dağlar"
D) "Azərbaycan"
E) "Muğan"
"Od tutub qırmızı atəşlə yenə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq" -
misralarının müəllifi kimdir ?
A) Mirzə Ələkbər Sabir
B) Abbas Səhhət
C) Abdulla Şaiq
D) Mikayıl Müşfiq
E) Hüseyn Cavid
Ana dilimizin saflığının qorunması problemi C.Məmmədquluzadənin hansı əsərinin ideyasını təşkil edir ?
A) "Anamın kitabı"
B) "Qurbanəli bəy"
C) "Danabaş kəndinin  əhvalatları"
D) "Çay dəstgahı"
E) "Poçt qutusu"
Hansı xüsusiyyət nağıl janrına aid edilə bilməz ?
A) mövzu və məzmuna görə müxtəliflik
B) hadisələrin təsvirində rəvayət üslubu
C) xalq müdrikliyinin ifadəsi
D) epiklik
E) nəzmlə nəsrin üzvi vəhdət təşkil etməsi
Vaqifin "Pəri" şe`ri  lirik növün hansı janrındandır ?
A) müxəmməs
B) gəraylı
C) qəsidə
D) qəzəl
E) qoşma
Göstərilən əsərlərdən hansı Füzulinin nəsrinə daxildir ?
A) "Şikayətnamə"
B) "Padşahi-mülk..."
C) "Məni candan usandırdı..."
D) "Söz"
E) "Leyli və Məcnun"
Aşağıdakı dialoqda hansı bədii ifadə vasitəsindən istifadə olunmuşdur :
- Vaqif, ey sərvərim, ey tacidarım !
-Nə var? Nə deyirsən, vəfalı yarım ?
(S.Vurğun.  "Vaqif")
I. mübaliğə     II. bədii üsul
III. kinayə
A) I və II
B) II və III
C) II
D) I
E) III
"Yenə qılıncını çəkdi üstümə
Qurbanı olduğum o ala gözlər" - 
misralarında hansı bədii təsvir vasitələrindən istifadə olunmuşdur ?
I. epitel (bədii tə`yin)     II. təşbeh (bənzətmə)
III. istiarə (metafora)
A) I
B) II
C) I və III
D) I və II
E) III
Fitnə surəti Nizami Gəncəvinin hansı poemasındandır ?
A) "İsgəndərnamə"
B) "Leyli və Məcnun"
C) "Xosrov və Şirin"
D) "Yeddi gözəl"
E) "Sirlər xəzinəsi"
"Kimə e`tibar edirsinizsə, o adamları göndərin" - cümləsində budaq cümlənin növünü göstərin.
A) tamamlıq
B) mübtəda
C) tə`yin
D) qarşılıq-güzəşt
E) şərt
Xitab işlənmiş cümləni göstərin:
A) Mən, şair və münəccim hökümdarın hüzuruna gətirildik
B) Şair əsrin səsi, xalqın səsidir
C) Dostum səməd çox mehribandır
D) Şair, hökümdarın hüzurundasan!
E) Məncə, dostum bu gün bizə gələcək
İsmi xəbər nə ilə ifadə oluna bilmir ?
A) fe`li bağlama və fe`li bağlama tərkibi ilə
B) fe`li sifət və məsdər tərkibləri ilə
C) isim, sifət, say,əvəzlik və zərflə
D) II və III növ ismi söz birləşmələri ilə
E) fe`li sifət və məsdərlə
Mübtəda hansı cümlədə əvəzliklə ifadə olunmuşdur ?
A) Əvvəlcə ölçüb-biçmək lazımdır.
B) Sahildə bir xeyli vurnuxan Çərkəz əlacsız qalıb geri qayıtdı.
C) O, Şamxalı tutub saxladı, əl-qol atmağa imakan vermədi.
D) Şamxal soyuqdan titrəyən qızın yalvarışına məhəl qoymadı.
E) Güləsər gözünün qabağında duranda əti çimçəşirdi
İkinci növ ismi birləşmə olan sıranı göstərin:
A) vətənin torpaqları
B) tələbələrdən biri
C) ürəyin arzusu
D) mərd insan
E) mədəniyyət evi
Sual ədatları olan sıranı göstərin:
A) kim, nə, hara
B) bəs, məgər, -mı4
C) ki, axı, əlbəttə
D) elə, məhz
E) yalnız, təkcə, bircə
Tərzi-hərəkət zərflərindən ibarət olan cərgəni müəyyənləşdirin:
A) əsə-əsə, güclü, qaçaraq
B) yuxarı, içəri, geri
C) pis, əlüstü, güclə
D) indi, dünən, sabah
E) qorxudan, səs-küydən, qəsdən
Hansı cümlədə fe`lin arzu forması işlənməmişdir?
A) İnsan payız ölə, yazda dirilə
B) Bəlkə, canım bu azarı çəkməyə
C) Lazımdı ki, qərib könlün alasan
D) Alırsan canımı, al, incimərəm
E) Arif ola, eyham ilə söz qala
Fe`lin qayıdış növündə işlənmiş sözləri əhatə edən cərgəni müəyyənləşdirin:
A) böyümək, ərimək, pörtmək, dözmək
B) doğratmaq, danlatmaq, bükdürmək, boyatmaq
C) qaçışmaq, tutuşmaq, baxışmaq, gülüşmək
D) geyinmək, daranmaq, bəzənmək
E) döyüldü, açıldı, soyuldu, düzüldü
Yalnız tə`sirli  fe`llər verilən cərgəni göstərin.
A) oturmaq, işləmək, yazmaq
B) yemək, açmaq, oxumaq
C) yatmaq, gəlmək, durmaq
D) gəlmək, içmək, görüşmək
E) oxunmaq, geyinmək, oturmaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top