Tapılan ümumi test sayı : 26

Aşağıdakı şe`r nümunələrinin hansında epitetdən istifadə edilmişdir ?
A) Vuruşur döyüşdə qılınclarımız.
B) Meşələr ağlayır dərddən, kədərdən
C) Quş kimi uçurdu göylərdə insan
D) Quşqonmaz zirvələr görünür aydın
E) Yanır dənizlərin buz kimi suyu
Əruz vəzninin hansı bəhri dəvənin ləngərli yerişinə bənzədilir ?
A) rəməl
B) həcəz
C) xəfif
D) mütəqarib
E) rəcəz
"Çərşənbə günündə, çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun, keçdi sinəmdən,
Cadu qəmzələri canıma düşdü"
nümunəsində misralar hansı qayda ilə bölgülərə ayrılmalıdır ?
A) 4+4+3
B) 3+4+4
C) 6+5
D) 5+6
E) 4+3+4
"....olardı on-on iki yaşında ki, atası Hacı Rza vəfat elədi.İki il keçməmişdi anası öldü. Yaxşı dövlət qalmışdı mərhum atsından: neçə zəmilər, neçə ilxılar, nə qədər fərş, çoxluca pul. Amma çox heyf! Elə ki, Hacı Rza və övrəti öldülər, ... qaldı başsız-paraxsız. Əmirləri dövləti bir ilin içində dağıtdılar, axırda bir barmaq hesabı göstərdilər".
Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindən götürülmüş bu parçada nöqtələrin yerinə hansı surətin adı yazılmalıdır ?
A) Zeynəb
B) Şərəf
C) Məhəmmədhəsən əmi
D) Xudayar bəy
E) Vəliqulu
S.Rəhimovun "Mehman" povestində hüquq sistemində çalışan mənfi surət kimdir ?
A) Kamilov
B) Məmmədxan
C) Vahidov
D) Murtuzov
E) Cabbarov
Yalnız məsnəvi şəklində yazılmış əsərlərin cərgəsini müəyyənləşdirin:
A) "Yeddi gözəl", "Leyli və Məcnun", "Muğan"
B) "Dəhnamə", "Leyli və Məcnun", "Yeddi gözəl"
C) "İsgəndərnamə", "Görmədim", "Padşahi-mülk..."
D) "Xosrov və Şirin", "Sirlər xəzinəsi", "Təbrizim"
E) "Leyli və Məcnun", "Xosrov və Şirin", "Azərbaycan"
Məhəmməd Füzuli "Padşahi-mülk..." qit`əsində kimləri qarşılaşdırır ?
A) Söz sənətkarlarını pəhləvanla
B) Bir padşahla başqa bir hökmdarı
C) Padşahı söz sənətkarı ilə
D) Padşahla ordu başçısısnı
E) Padşahı pəhləvanla
M.F.Axundovun "Hacə Qara" kommediyasında hadisələrin düyünün açıldığı (razvyazka) hissəni göstərin:
A) Heydər bəyin naçalnikin qarşısında e`tirafı
B) Qaçaq mal alverinə gedənlərin Təbrizdən qayıtması
C) Bəylərin və Hacı Qaranın zaminə buraxılması
D) Hacı Qaranın Xəlil yüzbaşı tərəfindən tutulub naçalnikə verilməsi
E) Hacı Qara və bəylərin həbs olunması, Kərəməlinin həbs olunduğunu görən Hacı Qaranın özündən getməsi
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasından verilən şe`r parçasında hansı surət haqqında danışılır :
"Böyük dağ gövdəli, o dağlar yaran
Gələndə camaat qalmışdı heyran.
Görkəmli böyük bir filə oxşardı,
Onda iki filin qüvvəti vardı".
A) Xosrov
B) Şapur
C) Fərhad
D) Bəhram Çubin
E) Şiruyə
"Kitabi-Dədə Qorqud" dastanı neçə boydan ibarətdir ?
A) 6
B) 2
C) 17
D) 12
E) 16
Verilmiş tabeli mürəkkəb cümlənin ikinci tərəfi nədir ?
"Təranə özünü nə qədər şən göstərməyə çalışırdısa da, pərtliyi hiss olunurdu".
A) şərt budaq cümləsi
B) baş cümlə
C) qarşılıq-güzəşt budaq cümləsi
D) məqsəd budaq cümləsi
E) kəmiyyət budaq cümləsi
Vasitəsiz tamamlıq ismin hansı halında olur ?
A) çıxışlıq halında
B) tə`sirlik halında
C) yerlik halında
D) yönlük halında
E) yiyəlik halında
Hansı cümlənin mübtədası məəsdər tərkibi ilə ifadə olunmuşdur ?
A) Kafər ağlar bizim əhvali-pərişanimizə
B) Aşiqlik işi qıza nə layiq?!
C) Hər gələn qəmli gedər, şad gəlib yanımıza.
D) Lalə tək qızarmaq üz qaydasıdır.
E) Xəyalımdan çıxmaz hərgiz xəyalın.
Nidalar verilən cərgəni göstərin:
A) ya, ay, bəli, of, paho
B) vah, ah, vay, gurultu, di
C) ay, bəh-bəh, oho, bəs
D) ox, ay, of, ah, oho
E) bəs, -mı4, ox, bəh-bəh
Tərkibində miqdar zərfi olan cümləni göstərin:
A) Biz bu haqda xeyli danışdıq.
B) Bazardan xeyli meyvə aldıq.
C) Biz qonaqları mehribancasına qarşıladıq.
D) Qonaqlar dünəndən gəliblər.
E) Dünən maraqlı filmə baxdıq.
Yalnız fe`li bağlamalardan ibarət olan sıranı göstərin:
A) saxlayaraq, yaşamaqda, öyrənən
B) yazdıqda, qarşılamaq, danışmayan
C) işləməli, oxumadan, gözləyəndə
D) təmizləyəndə, yanaşaraq, öyrəndikdə
E) göstərmək, qurduqda, aparanda
Hansı cərgədə yalnız məchul növdə olan fe`llər verilmişdir ?
A) görüşdü, mələşdi, gülüşdü, bildirdi
B) çəkildi, yazdırdı, geyindi, açıldı
C) çatdırdı, inandırdı, çaldı, aldı
D) çəkildi, qalandı, çalındı, sürüldü
E) oturdu, güldürtdü, sildirdi, vuruşdu
Hansı cümlədə qeyri-qəti gələcək zamanda olan fe`l işlənmişdir ?
A) Zimistanın novbaharı gələydi.
B) Hər tərəf yumşaq qarla örtülmüşdür.
C) Qalmaz belə, qalmaz dünya.
D) Gələcəkdir babam mənim yanıma.
E) Bu atı Murad sürəcəkmiş.
Verilmiş cümlələrdə "o" əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı halda doğrudur ?
A) O, ağaclara qulluq etməyi çox sevir.
B) O, ağacları məktəblilər əkmişlər.
C) O, hadisədən sonra çox sarsılmışam.
D) O, məktəb yarışda qalib gəldi.
E) O, şagird hamının sevimlisidir.
"Dənizin sahilində ikimərtəbəli binanın bünövrəsi qoyulur"- cümləsindəki mənsubiyyət şəkilçili isimlərin sayını müəyyənləşdirin:
A) 4
B) 2
C) 3
D) 1
E) 5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top