Tapılan ümumi test sayı : 28

"Nuşirəvan və bayquşların söhbəti" Nizaminin hansı əsərindəndir ?
A) "İsgəndərnamə"
B) "Yeddi gözəl"
C) "Xosrov və Şirin"
D) "Sirlər xəzinəsi"
E) "Leyli və Məcnun"
Məsnəvinin qafiyə quruluşunu göstərin:
A) aa, ba, ab
B) ab, ba, vv
C) av, vv, ba
D) aa, bb, ba
E) aa, bb, vv
Aşıq Ələsgərin hansı şe`rində ilin dörd fəslinin e`cazkar təsviri verilir ?
A) "Düşdü" qoşmasında
B) "Dağlar" qoşmasında
C) "Çıxıbdı" gəraylısında
D) "Yaylaq" qoşmasında
E) "Dağlar" gəraylısında
Şifahi xalq ədəbiyyatının hansı növündə fikir daha yığcam, mə`nalı və müdrik şəkildə ifadə olunur ?
A) nağıllarda
B) rəvayətlərdə
C) atalar sözündə
D) dastanlarda
E) tapmacalarda
Hop-hop imzası kimə məxsusdur ?
A) Mirzə Şəfi Vazehə
B) Cəlil Məmmədquluzadəyə
C) Seyid Əzim Şirvaniyə
D) Abbas Səhhətə
E) Mirzə Ələkbər Sabirə
Azərbaycan dilində çıxan ilk satirik mətbuat orqanını göstərin:
A) "Molla Nəsrəddin"
B) "Kirpi"
C) "Kəşkül"
D) "Dəbistan"
E) "Zənbur"
Seyid Əzim Şirvani hansı ədəbi məclisə başçılıq etmişdir ?
A) "Divani-hikmət"
B) "Beytüs-səfa"
C) "Məcməüş-şüəra"
D) "Məclisi-üns"
E) "Fövcül-füsəha"
İsmayıl bəy Qutqaşınlının əsəri hansıdır ?
A) "Müsibəti-Fəxrəddin"
B) "Nadir şah"
C) "Anamın kitabı"
D) "Hacı Qara"
E) "Rəşid bəy və Səadət xanım"
Molla Pənah Vaqifin əsəri hansıdır?
A) "Görmədim"
B) "Məni candan usandırdı..."
C) "Dağlar"
D) "Neçin gəlməz"
E) "Keçdi növbəti-zimistan"
XII əsrdə yaşayıb-yaratmış və rübailəri ilə şöhrətlənmiş sənətkarı göstərin:
A) Xaqani Şirvani
B) Əbdülüla Gəncəvi
C) Məhsəti Gəncəvi
D) Nizami Gəncəvi
E) Qətran Təbrizi
Yalnız kar samitlərdən ibarət olan cərgəni göstərin :
A) p, f, x, t, q, y
B) p, t, ş, s, x, f
C) k,z, g, ç, h, j
D) l, m, ş, s, n, d
E) x, b, t, v, ş, ğ
Gəlməsələr hədə-qorxu, yada düşməz "Dədə Qorqud" - cümləsində budaq cümlənin növü hansıdır ?
A) şərt
B) mübtəda
C) tamamlıq
D) xəbər
E) qarşılıq-güzəşt
Hansı cümlədə xitab işlənməmişdir ?
A) Dinmə, danışma, yat, bala, sən deyən olmayıb hələ
B) Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar
C) Ey yanağı lalə, ləbləri püstə,
Ağzı nabat, şəkkər zəban, bəri bax
D) Ey könül, min namə yaz, bir gülüzarın eşqinə
E) Səbr ilə halva bişər, ey qora, səndən
Cümlələrdən hansının xəbəri sifətlə ifadə olunmuşdur ?
A) Ay quşcuğazlar, nə yaraşıqlısınız
B) Sel kimi töküldü göydən yağışlar
C) Ən fərəhli yer insanın ev tikəcəyi yerdir
D) Məni görcək hönkürtü ilə ağlaşdılar
E) Heydər bəy, yoldaşların bunlardımı?
Hansı cümlədə mübtəda məsdərlə ifadə olunmuşdur ?
A) Atam isə işləməkdən doymurdu.
B) Sən oxumaq bilmirsən.
C) O, şəhəri seyr etməkdə idi.
D) Oxumaq yaxşıdır.
E) Yorulmaq bilməmiş insanın əli.
"Ana torpaq, əlin açıq, gözün tox,
Bu dünyada nəyim varsa, sənindir" - nümunəsində xitab nə ilə ifadə olunmuşdur ?
A) II növ ismi birləşmə ilə
B) I növ ismi birləşmə ilə
C) III növ ismi birləşmə ilə
D) isimlə
E) fe`li sifətlə
Dəqiqləşdirici ədatların sırasını göstərin:
A) bircə, kaş
B) məhz, elə
C) gör, bax
D) da, ha
E) təki, barı
Ancaq zaman zərfləri olan sıranı göstərin :
A) dünən, xeyli, əlüstü
B) asta, bu gün, qəfildən
C) həmişə, indi, çoxdan
D) bərkdən, sonra, yavaşca
E) yuxarı, istidən, axşam
Öz, hər, bütün sözləri əvəzliyin hansı növünə aidddir ?
A) qeyri-müəyyən əvəzlik
B) tə`yini əvəzliklər
C) işarə əvəzliyi
D) qayıdış əvəzliyi
E) sual əvəzliyi
Hansı sıradakı fe`llər qarşılıq-birgəlik növdədir ?
A) şadlanmaq, qızınmaq, öyünmək
B) süzmək, basıb-bağlamaq, boşalmaq
C) yazdırılmaq, yoxlanılmaq, oxudulmaq
D) gəzdirtmək, kəsdirmək, qaldırtmaq
E) sevişmək,atışmaq, yazışmaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top