Tapılan ümumi test sayı : 25

Aşağıdakı şe'r nümunələrinin hansında epitetdən istifadə edilmişdir ?
A) Quşqonmaz zirvələr görünür aydın.
B) Quş kimi uçurdu göylərdə insan.
C) Yanır dənizlərin buz kimi suyu.
D) Meşələr ağlayır dərddən, kədərdən.
E) Vuruşur döyüşdə qılınclarımız.
Əruz vəzninin hansı bəhri dəvənin ləngərli yerişinə bənzədilir ?
A) həcəz
B) rəcəz
C) xəfif
D) rəməl
E) mütəqarib
"Çərşənbə günündə, çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun, keçdi sinəmdən,
Cadu qəmzələri canıma düşdü" - nümunəsində misralar hansı qayda ilə bölgülərə ayrılmalıdır ?
A) 3+4+4
B) 5+6
C) 4+3+4
D) 6+5
E) 4+4+3
"... olardı on-on iki yaşında ki, atası Hacı Rza vəfat elədi. İki il keçməmişdi anası öldü. Yaxşı dövlət qalmışdı mərhum atasından: neçə zəmilər, neçə ilxılar, nə qədər fərş, çoxluca pul. Amma çox heyf! Elə ki, Hacı Rza və övrəti öldülər, ... qaldı başsız-paraxsız. Əmiləri dövləti bir ilin içində dağıtdılar, axırda bir barmaq hesanı göstərdilər".
Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindən götürülmüş bu parçada nöqtələrin yerinə hansı surətin adı yazılmalıdır ?
A) Şərəf
B) Vəliqulu
C) Xudayar bəy
D) Məhəmmədhəsən əmi
E) Zeynəb
S.Rəhimovun "Mehman" povestində hüquq sistemində çalışan mənfi surət kimdir ?
A) Cabbarov
B) Kamilov
C) Murtuzov
D) Məmmədxan
E) Vahidov
Məhəmməd Füzuli "Padşahi-mülk..." qit'əsində kimləri qarşılaşdırır ?
A)
 
Padşahı pəhləvanla
B) Padşahla ordu başçısını
C) Söz sənətkarını pəhləvanla
D) Padşahı söz sənətkarı ilə
E) Bir padşahla başqa bir hökmdarı
M.F.Axundovun "Hacı Qara" komediyasında hadisələrin düyününün açıldığı  (razvyazka) hissəni göstərin:
A) Qaçaq mal alverinə vedə lərin Təbrizdən qayıtması
B) Hacı Qaranın Xəlil yüzbaşı tərəfindən tutulub naçalnikə verilməsi
C) Heydər bəyin naçalnikin qarşısında e'tirafı
D) Bəylərin və Hacı Qaranın zaminə buraxılması
E) Hacı Qara və bəylərin həbs olunması, Kərəməlinin həbs olunduğunu görən Hacı Qaranın özündən getməsi
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasından verilən şe'r parçasında hansı surət haqqında danışılır ?
"Böyük dağ gövdəli, o dağlar yaran
Gələndə camaat qalmışdı heyran.
Görkəmli böyük bir filmə oxşardı.
Onda iki filin qüvvəti vardı."
A) Xosrov
B) Şapur
C) Şiruyə
D) Bəhram Çubin
E) Fərhad
"Kitabi-Dədə Qorqud" dastanı neçə boydan ibarətdir ?
A) 17
B) 12
C) 2
D) 6
E) 16
Verilmiş tabeli mürəkkəb cümlənin ikinci tərəfi nədir ?
"Təranə özünü nə qədər şən göstərməyə çalışırdısa da, pərtliyi hiss olunurdu".
A) baş cümlə
B) məqsəd budaq cümləsi
C) şərt budaq cümləsi
D) qarşılıq-güzəşt budaq cümləsi
E) kəmiyyət budaq cümləsi
Vasitəsiz tamamlıq ismin hansı halında olur ?
A) tə'sirlik halında
B) yiyəlik halında
C) yönlük halında
D) yerlik halında
E) çıxışlıq halında
Hansı cümlənin mübtədası məsdər tərkibi ilə ifadə olunmuşdur ?
A) Kafər ağlar bizim əhvali-pərişanimizə.
B) Aşiqlik işi qıza nə layiq?!
C) Hər gələn qəmli gedər, şad gəlib yanımıza.
D) Xəyalından çıxmaz hərgiz xəyalın.
E) Lalə tək qızarmaq üz qaydasıdır.
Nidalar verilən cərgəni göstərin:
A) ox, ay, of, ah, oho
B) ya, ay, bəli, of, paho
C) ay, bəh-bəh, oho, bəs
D) bəs, -mı4, ox, bəh-bəh
E) vah, ah, vay, gurultu, di
Tərkibində miqdar zərfi olan cümləni göstərin:
A) Biz bu haqda xeyli danışdıq.
B) Biz qonaqları mehribancasına qarşıladıq.
C) Qonaqlar dünəndən gəliblər.
D) Bazardan xeyli meyvə aldıq.
E) Dünən maraqlı filmə baxdıq.
Yalnız fe'li bağlamalardan ibarət olan sıranı göstərin:
A) yazdıqda, qarşılamaq, danışmayan
B) təmizləyəndə, yanaşaraq, öyrəndikdə
C) göstərmək, qurduqda, aparanda
D) saxlayaraq, yaşamaqda, öyrənən
E) işləməli, oxumadan, gözləyəndə
Hansı cərgədə yalnız məchul növdə olan fe'llər verilmişdir ?
A) çəkildi, yazdırdı, geyindi, açıldı
B) oturdu, güldürtdü, sildirdi, vuruşdu
C) çatdırdı, inandırdı, çaldı, aldı
D) çəkildi, qalandı, çalındı, sürüldü
E) görüşdü, mələşdi, gülüşdü, bildirdi
Hansı cümlədə qeyri-qəti gələcək zamanda olan fe'l işlənmişdir ?
A) Bu atı Murad sürəcəkmiş.
B) Gələcəkdir babam mənim yanıma.
C) Zimistanın novbaharı gələydi.
D) Hər tərəf yumşaq qarla örtülmüşdür.
E) Qalmaz belə, qalmaz dünya.
Verilmiş cümlələrdə "o" əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı halda doğrudur ?
A) O, məktəb yarışda qalib gəldi.
B) O, ağacları məktəblilər əkmişlər.
C) O, ağaclara qulluq etməyi çox sevir.
D) O, hadisədən sonra çox sarsılmışam.
E) O, şagird hamının sevimlisidir.
"Dənizin sahilində ikimərtəbəli binanın bünövrəsi qoyulur" - cümləsindəki mənsubiyyət şəkilçili isimlərin sayını müəyyənləşdirin:
A) 3
B) 2
C) 1
D) 5
E) 4
Yalnız sözdüzəldici şəkilçilər olan sıranı göstərin:
A) -sız, -lik, -çı, -dəki
B) -lar, -lı, -çi, -lük
C) -in, -çu, -im, -lər
D) -imiz, -ış, -un, -lar
E) -dən, -li, -süz, -da
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top