Tapılan ümumi test sayı : 28
| 1) | "Xəmsə"ni və müxəmməsi birləşdirən ümjmi cəhət nədir ? | Xəta bildir |
| A) | "Xəmsə" müxəmməs janrında yazılmışdır. |
| B) | Hər ikisi şe'r janrıdır. |
| C) | Hər ikisi beş rəqəmi ilə bağlıdır. |
| D) | Hər ikisinə yalnız Nizami yaradıcılığında təsadüf edilir. |
| E) | Hər ikisi yalnız Azərbaycan ədəbiyyatına xasdır. |
| 2) | S.Vurğun Nizami Gəncəvinin hansı poemasını Azərbaycan dilinə tərcümə etmişdir ? | Xəta bildir |
| A) | "İsgəndərnamə" |
| B) | "Yeddi gözəl" |
| C) | "Sirlər xəzinəsi" |
| D) | "Leyli və Məcnun" |
| E) | "Xosrov və Şirin" |
| 3) |
Verilmiş şe'r parçası əruz vəzninin hansı bəhrindədir:
Millət necə tarac olur olsun, nə işim var ?
Düşmənlərə möhtac olur olsun, nə kşim var ? (M.Ə.Sabir)
|
Xəta bildir |
| A) | rəməl |
| B) | xəfif |
| C) | həcəz |
| D) | səri |
| E) | rəcəz |
| 4) |
Verilmiş şe'r parçasında misralar hansı qayda ilə bölgülərə ayrılmalıdır ?
Yaxşı gündə yarı yoldaş çox olur,
Yaman gündə heç bulunmaz, yox olur.
Yad ellərin tə'nə sözü ox olur,
Bir gün olur "vətən" deyib ağlarsan. (Vidadi)
|
Xəta bildir |
| A) | 5+6 |
| B) | 4+3+4 |
| C) | 3+4+4 |
| D) | 4+4+3 |
| E) | 6+5 |
| 5) |
"Ustad dərin, kamal dərin, söz dərin;
Birin boşa, birin boşla, birin sat" - misralarında işlənmiş bədii ifadə vasitəsi hansıdır ?
|
Xəta bildir |
| A) | təzad |
| B) | litota |
| C) | mübaliğə |
| D) | bədii sual |
| E) | təkrir |
| 6) | "Məndə sığar iki cahan..." qəzəlində Nəsimi nəyi göstərmək istəmişdir ? | Xəta bildir |
| A) | eşqin ucalığını |
| B) | ədalətin qələbə çalmasını |
| C) | insan duyğularının saflığını |
| D) | insan elminin gücünü |
| E) | insanın böyüklüyünü |
| 7) |
C. Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərindən götürülmüş aşağıdakı parçada nöqtələrin yerinə hansı surətin adı yazılmalıdır ?
"... ortabab, qara və arıq övrətdi. Yaşı olar qırx, bəlkədə bir az artıq.
... Xudayar bəyə gələn vaxtlarda atası Xudayar bəyin atasından heç bir cəhətdə əskik deyil idi. Amma ruzigar belə gətirdi ki, atası öldü, sonra anası öldü, iki qardaşı öldü, qaldı tək Xudayarın ümidinə. Xudayar bəy də axır vaxtda oldu katda, yə'ni hörməti artdı və övrətinə nisbətən özü oldu ağa, övrəti oldu qaravaş".
|
Xəta bildir |
| A) | Ziba |
| B) | İzzət |
| C) | Fizzə |
| D) | Zeynəb |
| E) | Şərəf |
| 8) |
On yaşa girəndə bu nadir cavan
Otuz yaşlıları qoyurdu heyran.
Şirlər pəncəsinə pəncə verərdi,
Qılıncla sütunu yerə sərərdi.
Beytlərdə Nizaminin "Xosrov və Şirin" poemasının hansı qəhrəmanı təsvir edilir ?
|
Xəta bildir |
| A) | Xosrov |
| B) | Şiruyə |
| C) | Şapur |
| D) | Şirin |
| E) | Fərhad |
| 9) | Yalnız məhəbbət dastanları verilmiş cərgəni göstərin: | Xəta bildir |
| A) | "Koroğlu", "Aşıq Qərib" |
| B) | "Dastani-Əhməd Harami", "Koroğlu" |
| C) | "Kitabi-Dədə Qorqud", "Qaçaq Nəbi" |
| D) | "Aşıq Qərib", "Abbas və Gülgəz" |
| E) | "Şah İsmayıl", "Qaçaq Nəbi" |
| 10) | Azərbaycan dilində rübai yazan şair kimdir ? | Xəta bildir |
| A) | Qətran Təbrizi |
| B) | İmadəddin Nəsimi |
| C) | Əfzələddin Xaqani |
| D) | Nizami Gəncəvi |
| E) | Məhsəti Gəncəvi |
| 11) |
Verilmiş tabeli mürəkkəb cümlənin birinci tərəfi nədir:
Biz sahildən yenicə aralanmışdıq ki, duman çökməyə başladı.
|
Xəta bildir |
| A) | yer budaq cümləsi |
| B) | baş cümlə |
| C) | mübtəda budaq cümləsi |
| D) | zaman budaq cümləsi |
| E) | səbəb budaq cümləsi |
| 12) | "Biz hamımız qarşıdakı imtahanlara ciddi hazlrlaşırıq" - nümunəsində cümlə üzvlərinin düzümünü göstərin: | Xəta bildir |
| A) | tə'yin - mübtəda - zərflik - xəbər |
| B) | mübtəda - zərflik - tamamlıq -xəbər |
| C) | mübtəda - tamamlıq - tə'yin - zərflik - xəbər |
| D) | mübtəda - tamamlıq - tə'yin - xəbər |
| E) | mübtəda - tə'yin - tamamlıq - zərflik - xəbər |
| 13) | "Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri" - cümləsində tamamlıq nə ilə ifadə olunmuşdur ? | Xəta bildir |
| A) | fe'li sifət tərkibi ilə |
| B) | fe'li sifətlə |
| C) | fe'llə |
| D) | sifətlə |
| E) | ismi birləşmə ilə |
| 14) | Hansı cümlədə mübtəda fe'li sifətlə ifadə olunmuşdur ? | Xəta bildir |
| A) | Söz var, gələr keçər, söz var, dələr keçər. |
| B) | Dünyanın hər bir bucağına səpələnən soydaşlarımızın əsas dərdi vətən dərdidir. |
| C) | Ata nə qədər ciddi və tələbkar olarsa, oğul bir o qədər tərbiyəli və intizamlı olar. |
| D) | Sizin sözünüzün kəsəri azdır. |
| E) | Oxuyan bülbüldür, dinləyən qazdır. |
| 15) |
Aşağıdakı cümlədə II növ ismi birləşməni (tə'yini söz birləşməsini) göstərin:
Mənim yaxın dostum Faiq də şahmat yarışında iştirak etmək istəyir.
|
Xəta bildir |
| A) | iştirak etmək |
| B) | şahmat yarışında |
| C) | dostum Faiq |
| D) | mənim dostum |
| E) | yaxın dostum |
| 16) | Yalnız təqlidi sözlərdən ibarət olan cərgəni göstərin: | Xəta bildir |
| A) | şırıltı, gurultu, civilti, nərilti |
| B) | zarıltı, tapıntı, çıxıntı, mələmək |
| C) | mışıltı, sıxıntı, çöküntü, göyümtül |
| D) | hey, vay, paho, axıntı |
| E) | yumru-yumru, yastı-yastı, miyoltu, xorultu |
| 17) | Tərkibində zaman zərfi olan cümləni göstərin: | Xəta bildir |
| A) | İstidən nəfəsi tutulurdu. |
| B) | Samirə içəri daxil oldu. |
| C) | Axşam güclü yağış yağdı. |
| D) | Firidun cəld ayağa durdu. |
| E) | Ordumuz cəsarətlə irəliləyirdi. |
| 18) | Hansı cümlədə məsdər vardır ? | Xəta bildir |
| A) | Əmək insanı ucaldar. |
| B) | Demək, evi tapmadınız ? |
| C) | Yemək dostundan uzaq ol. |
| D) | Burada çimmək qadağandır. |
| E) | Dadaş qardaşına kömək etdi. |
| 19) | Cümlələrin hansında nəqli keçmiş zamana aid nümunə yoxdur: | Xəta bildir |
| A) | Gözəl, səndə bir nişanə görmüşəm. |
| B) | Neçə şair yola salıb. |
| C) | Bir qaməti əlif bağrımı dəlib. |
| D) | İlahim veribdi dərdi bol mana. |
| E) | İşarət eylədim, dərdimi bildi. |
| 20) | Yalnız məchul növdə olan fe'llərin verildiyi cərgəni göstərin: | Xəta bildir |
| A) | Vurulmaq, yorulmaq, evlənmək. |
| B) | Verilmək, atılmaq, yazılmaq. |
| C) | Yedirtmək, gəzdirmək, daşıtmaq. |
| D) | Qucaqlaşmaq, toplaşmaq, oynaşmaq. |
| E) | Yazışmaq, gəzişmək, qaçışmaq. |
|
Yoxlamadan sonra nəticə burada göstəriləcək
|