Tapılan ümumi test sayı : 28

Cümlələrdən hansında o əvəzliyindən sonra vergül qoyulmalıdır ?
A) O da Kərəm deyəni deyirdi.
B) Bu dünyanın o dünyaya və'dəsiyəm.
C) O günü illərin əlindən aldıq.
D) O tufan yıxmış bir ağacın üstüdə oturub oxuyurdu.
E) O əkir, bu isə buğda biçirdi.
"Artıq səni bürüməyə bir şeyim qalmadı, bala, gümanım bir ürəyimədir" - cümləsində adlıq halda olan neçə isim var ?
A) 6
B) 3
C) 2
D) 4
E) 5
Yalnız sözdəyişdirici şəkilçilər olan sıranı göstərin:
A) -sız, -sal, -sa, -sı
B) -dır, -lı, -lıq, -çı
C) -da, -lar, -nın, -sı
D) -dan, -daş, -ın, -ış
E) -acaq, -an, -a, -lı
Yalnız antonim sifətlər olan cərgəni göstərin:
A) hərb-sülh, cinayət-cəza, məkr-məhəbbət
B) böyük-kiçik, uzun-qısa, şirin-acı
C) böyük-kiçik, qalxmaq-enmək, getmək-gəlmək
D) böyük-iri, kiçik-balaca, hündür-uca
E) ağ-qara, gecə-gündüz, içəri-bayır
Köhnəlmiş sözlərdən ibarət olan cərgəni göstərin:
A) ələk, köynək, yataq
B) qovun, xırda, çimərlik
C) xış, yasavul, çarıq
D) xəstə, loğman, otaq
E) daraq, qamçı, qapı
Aşağıdakı cümlədə altından xətt çəkilmiş hansı sözün yazılışı səhvdir ?
      I               II                        III         IV                              V
Layihənin məğzini anlamaq həmin məşhur mühəndisdən ötəri də çətin oldu.
A) III
B) II
C) V
D) IV
E) I
Şəkil, fikir, sinif sözləri hallandıqda ismin neçə halında səs düşümü hadisəsi baş verir ?
A) 5
B) 1
C) 2
D) 4
E) 3
İncə saitlərin yerləşdiyi sıranı göstərin:
A) i, u, ə, ö, a
B) ə, e, ö, ü, i
C) ı, ə, e, u, a
D) u, i, o, a, ü
E) a, ö, ü, e, ı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top