Tapılan ümumi test sayı : 30

Cümlələrdən  birində sifət isimləşmişdir.
A) İgid əsgərlər mərdliklə vuruşurlar.
B) Kiçik uşaqlar səyahəti çox sevirlər.
C) Novruz bayramında bütün küsülü adamlar barışırlar.
D) Qoca içəri daxil oldu.
E) O lap qoca kişilər kimi danışırdı.
Hansı cərgədəki sözlərin hamısı düzəltmədir?
A) yoxuş, kitablar, evdən
B) bağban, dənizçi, qardaş
C) sözlük,kəklik, yaylaq
D) əlaçı,doğru, sözümüz
E) üzlük, ovlaq, kəsik
Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə fərqlənən sözləin sırasını müəyyənləşdirin:
A) yaz, payız
B) axşam-səhər
C) dünya, kainat
D) top, çay
E) həşərat, ağcaqanad
"Yaman" sözü hansı cümlədə "olduqca" mənasında işlənmişdir?
A) Dost yaman gündə tanınar
B) Gərayın sözü ona yaman təsir etdi.
C) Yaman adamdan uzaq ol.
D) Yaman günün ömrü az olar.
E) Aman, aman oldu, gəl,
Halım yaman oldu, gəl.
Verilmiş cümlədə hansı durğu işarəsinə ehtiyac var?
Sevda cürbəcür bazarlıq şeyləri ət, yumurta, göyərti, yağ və şəkər almaq qərarına gəldi.
A) vergül
B) nöqtəli vergül
C) defis
D) tire
E) iki nöqtə
Ahəng qanununa tabe olmayan sözlərin cərgəsini göstərin:
A) qayçı, qoruq, dilçi
B) qayçı, duyğu, güllü
C) yağış, ömür, tanış
D) bacı, önlük, kəsik
E) vüsal, məna, mahir
"Səidə" sözünün fonetik təhlili haqqında fikirlərdən biri səhvdir:
A) Ahəng qanununa tabe olur.
B) Yazılışı ilə tələffüzü  fərqlidir.
C) Üç hecadan ibarətdir.
D) 5 hərf, 5 səsdən ibarətdir.
E) Vurğu üçüncü hecaya düşür.
Vurğusu ilk hecaya düşən sözü seçin:
A) kağız
B) dənizçi
C) kosmos
D) üslublar
E) diliacı
XIX əsrdə yazılı ədəbiyyatda aşıq şe'ri üslubunda yazan şairləri göstərin:
A) Zakir, Nəbati
B) S. Ə. Şirvani, A. Bakıxanov
C) M. F. Axundov, Vazeh
D) Vazeh, A. Bakıxanov
E) Vazeh, Nəbati
Nizami Gəncəvinin hansı əsərlərində əməkçi insan surətləri yaradılmışdır ?
A) "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun"
B) "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Yeddi gözəl"
C) "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl"
D) "İskəndənamə", "Sirlər xəzinəsi", "Leyli və Məcnun"
E) "Yeddi gözəl", "Leyli və Məcnun", "İsgəndərnamə"
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top