Tapılan ümumi test sayı : 30

Cümlələrdən  birində sifət isimləşmişdir.
A) İgid əsgərlər mərdliklə vuruşurlar.
B) O lap qoca kişilər kimi danışırdı.
C) Novruz bayramında bütün küsülü adamlar barışırlar.
D) Kiçik uşaqlar səyahəti çox sevirlər.
E) Qoca içəri daxil oldu.
Hansı cərgədəki sözlərin hamısı düzəltmədir?
A) yoxuş, kitablar, evdən
B) əlaçı,doğru, sözümüz
C) bağban, dənizçi, qardaş
D) üzlük, ovlaq, kəsik
E) sözlük,kəklik, yaylaq
Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə fərqlənən sözləin sırasını müəyyənləşdirin:
A) yaz, payız
B) dünya, kainat
C) həşərat, ağcaqanad
D) axşam-səhər
E) top, çay
"Yaman" sözü hansı cümlədə "olduqca" mənasında işlənmişdir?
A) Gərayın sözü ona yaman təsir etdi.
B) Aman, aman oldu, gəl,
Halım yaman oldu, gəl.
C) Yaman adamdan uzaq ol.
D) Dost yaman gündə tanınar
E) Yaman günün ömrü az olar.
Verilmiş cümlədə hansı durğu işarəsinə ehtiyac var?
Sevda cürbəcür bazarlıq şeyləri ət, yumurta, göyərti, yağ və şəkər almaq qərarına gəldi.
A) iki nöqtə
B) nöqtəli vergül
C) tire
D) defis
E) vergül
Ahəng qanununa tabe olmayan sözlərin cərgəsini göstərin:
A) yağış, ömür, tanış
B) bacı, önlük, kəsik
C) vüsal, məna, mahir
D) qayçı, duyğu, güllü
E) qayçı, qoruq, dilçi
"Səidə" sözünün fonetik təhlili haqqında fikirlərdən biri səhvdir:
A) Üç hecadan ibarətdir.
B) Yazılışı ilə tələffüzü  fərqlidir.
C) Ahəng qanununa tabe olur.
D) 5 hərf, 5 səsdən ibarətdir.
E) Vurğu üçüncü hecaya düşür.
Vurğusu ilk hecaya düşən sözü seçin:
A) üslublar
B) diliacı
C) kosmos
D) kağız
E) dənizçi
XIX əsrdə yazılı ədəbiyyatda aşıq şe'ri üslubunda yazan şairləri göstərin:
A) S. Ə. Şirvani, A. Bakıxanov
B) M. F. Axundov, Vazeh
C) Vazeh, A. Bakıxanov
D) Vazeh, Nəbati
E) Zakir, Nəbati
Nizami Gəncəvinin hansı əsərlərində əməkçi insan surətləri yaradılmışdır ?
A) "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl"
B) "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun"
C) "Yeddi gözəl", "Leyli və Məcnun", "İsgəndərnamə"
D) "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Yeddi gözəl"
E) "İskəndənamə", "Sirlər xəzinəsi", "Leyli və Məcnun"
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top