Tapılan ümumi test sayı : 640

Neolit dövrünə aid deyil.
A) Saxsı qabların hazırlanması.
B) Toxuculuqla məşğul olmaq.
C) İlk azığ adamının alt çənə sümüyünün tapılması.
D) Gəncə şəhəri ətrafından əmək alətlərinin tapılması.
E) Əhalinin oturaq həyata keçməsi.
1475-ci ildə Moskva knyazı III İvanın xüsusi elçisinin Uzun Həsənin sarayına gəlişinin məqsədi
A) ipək ticarəti sahəsində Moskvanın vasitəçiliyinə nail olmaq
B) rus tacirlərinə Ağqoyunlu dövlətinin bütün ərazisində gömrüksüz ticarət etmək hüququ verilməsinə nail olmaq
C) Şirvan ipəyinin yalnız Volqaboyu ticarət yolu ilə Avropaya daşınması haqqında ticarət müqaviləsi hazırlamaq
D) ticarət və diplomatik əlaqələri genişləndirmək və Qızıl Orduya qarşı birgə mübarizə aparmağa nail olmaq
E) Osmanlı dövlətinə qarşı birgə mübarizə aparmaq
1468-1501-ci illərdə Azərbaycanda mövcud olmuşdur
A) Ağqoyunlu dövləti
B) Elxanilər dövləti
C) Çobanilərin hakimiyyəti
D) Qaraqoyunlu dövləti
E) Səfəvilər dövləti
Vergi işlərini qaydaya salmaq üçün ‘‘Qanunnamə‘‘ qəbul etmiş Ağqoyunlu hökmdarı
A) Sultan Yaqub
B) Əlvən Mirzə
C) Murad Mirzə
D) Uzun Həsən
E) Gödək Həsən
1406-cı ilin payızında Təbriz yaxınlığındakı Şənbi-Qazanda döyüş oldu
A) cəlairilərlə qaraqoyunlular arasında
B) teymurilərlə şirvanşahlar arasında
C) qaraqoyunlularla şirvanşahlar arasında
D) cəlairilərlə teymurilər arasında
E) qaraqoyunlularla teymurilər arasında
Fəzlullah Nəiminin hürufiliyin nəzəri əsaslarının əks olunduğu əsərlərindən biri
A) ‘‘Cavidannamə‘‘
B) ‘‘Dəhnamə‘‘
C) ‘‘Məqamat‘‘
D) ‘‘Saqinamə‘‘
E) ‘‘Fərhadnamə‘‘
I Şah Abbasın hakimiyyətə gələndən sonra dövlətin sarsılmış qüdrətini bərpa etmək üçün
A) maliyyə sahəsində ciddi intizam yaratdı və vergi islahatı keçirdi
B) hərbi-inzibati islahat keçirdi
C) Osmanlı və özbək dövlətlərilə sərhədləri möhkəmləndirmək üçün yeni müdafiə qurğuları tikdirdi
D) türk və fars etnik qrupları arasında hakimiyyət uğrunda gedən çoxillik mübarizəyə birdəfəlik son qoydu
E) ötən illərdən qalan vergilərin ödənilməsini tələb etdi
Ağqoyunlu Uzun Həsənlə Osmanlı imperiyası arasında münasibətləri daha da kəskinləşdirdi
A) Kiçik Asiyanın cənub və cənub - qərbi uğrunda mübarizə
B) Ağqoyunlu dövləti ilə Misir sultanlığı arasında yaxınlaşma
C) Trabzon məsələsi
D) Genuya şəhər-dövlətilə Uzun Həsən arasında hərbi ittifaq bağlanması
E) Venesiya Respublikası ilə Sultan II Mehmet arasında hərbi ittifaq yaranması
XVI əsrə qədər Avropa ölkələrilə ən geniş əlaqələr yaratmış Azərbaycan dövləti
A) Ağqoyunlular
B) Eldənizlər
C) Qaraqoyunlular
D) Şirvanşahlar
E) Girdiman
‘‘Zic Elxani ‘‘ (‘‘Elxani cədvəlləri‘‘) əsərinin müəllifi olan görkəmli Azərbaycan alimi
A) Əbdürrəşid Bakuvi
B) Abdulla Təbrizi
C) Fəzlullah Rəşidəddin
D) Məhəmməd Naxçıvani
E) Nəsirəddin Tusi
1382-ci ildə Şirvanda.
A) Dərbəndilər sülaləsi hakimiyyətə gəldi
B) çobanilər hakimiyyəti ələ keçirdilər
C) cəlairi Üveysin hakimiyyəti bərqərar oldu
D) qızıl Ordalılar hökmranlığa başladılar
E) Əmir Teymurun ağalığı dövrü başladı
Eldənizlər dövləti süquta uğradı
A) monqolların Azərbaycana birinci yürüşü nəticəsində
B) Cəlaləddinin Azərbaycanı işğal etməsi nəticəsində
C) Hülakülər dövlətinin yaranması ilə
D) Qızıl Ordanın yürüşləri nəticəsində
E) monqolların Azərbaycana ikinci yürüşü nəticəsində
Qaraqoyunlu sülaləsinin banisi olmuşdur:
A) Qara Yusif
B) Pir Həsən
C) Qara Məhəmməd
D) Əli Şəkər bəy
E) Bayram Xoca
Yaxın və Orta Şərq məktəblərində əxlaq dərsliyi kimi şöhrət qazanmış ‘‘Əxlaqi-Nasiri‘‘ əsərinin müəllifi
A) Nəsirəddin Tusi
B) Məhəmməd Naxçıvani
C) Abdulla Təbrizi
D) Fəzlullah Rəşidəddin
E) Mahmud Şəbüstəri
1488-ci ildə Tabasaranda Şahdağın ətəyində döyüş baş verdi
A) ağqoyunlularla şirvanşahlar arasında
B) ağqoyunlularla qaraqoyunlular arasında
C) ağqoyunlu – Şirvanşahların birləşmiş qüvvələri ilə teymurilər arasında
D) qızılbaşlarla qaraqoyunlular arasında
E) ağqoyunlu – Şirvanşahların birləşmiş qüvvələri ilə qızılbaşlar arasında
1382-1538-ci illərdə Şirvanşahlar dövləti
A) Dərbəndilər sülaləsi tərəfindən idarə edilmişdir
B) Hülakü dövlətinin vassalı olmuşdur
C) çobanilər tərəfindən idarə olunmuşdur
D) Məzyədilər sülaləsi tərəfindən idarə edilmişdir
E) teymurilərin vassalı olmuşdur
Toxa əkinçiliyini xış əkinçiliyi əvəz etdi
A) dəmir dövründə
B) Yeni Daş dövründə
C) Orta Daş dövründə
D) Erkən Tunc dövründə
E) Mis-daş dövründə
1410-1468-ci illərdə Azərbaycanda mövcud olmuşdur
A) Çobani əmirliyi
B) Qaraqoyunlu dövləti
C) Hülakülər dövləti
D) Teymuri ağalığı
E) Cəlairi ağalığı
Qaraqoyunlu dövlətinin tərkibinə daxil idi
A) Dərbənddən Həmədana qədər olan Azərbaycan torpaqları
B) Azərbaycanın yalnız şimal torpaqları
C) Şirvanşahlar dövləti istisna olmaqla bütün Azərbaycan torpaqları
D) Şirvan da daxil olmaqla bütün Azərbaycan torpaqları
E) Qərbi İran, Şimali Azərbaycan və bütün Gürcüstan ərazisi
1259-cu ildə Marağada.
A) İlk mədrəsə açılmışdır
B) İlk dar qış-şəfa fəaliyyətə başlamışdır
C) Rəbi Rəşidi ali mədrəsəsi fəaliyyətə başlamışdır
D) Nəsirəddin Tusinin rəhbərliyi ilə rəsədxana tikilmişdir
E) Şam-Qazan rəsədxanası tikilmişdir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top