Tapılan ümumi test sayı : 640

Neolit dövrünə aid deyil.
A) Saxsı qabların hazırlanması.
B) Gəncə şəhəri ətrafından əmək alətlərinin tapılması.
C) Toxuculuqla məşğul olmaq.
D) İlk azığ adamının alt çənə sümüyünün tapılması.
E) Əhalinin oturaq həyata keçməsi.
1475-ci ildə Moskva knyazı III İvanın xüsusi elçisinin Uzun Həsənin sarayına gəlişinin məqsədi
A) ticarət və diplomatik əlaqələri genişləndirmək və Qızıl Orduya qarşı birgə mübarizə aparmağa nail olmaq
B) rus tacirlərinə Ağqoyunlu dövlətinin bütün ərazisində gömrüksüz ticarət etmək hüququ verilməsinə nail olmaq
C) Osmanlı dövlətinə qarşı birgə mübarizə aparmaq
D) Şirvan ipəyinin yalnız Volqaboyu ticarət yolu ilə Avropaya daşınması haqqında ticarət müqaviləsi hazırlamaq
E) ipək ticarəti sahəsində Moskvanın vasitəçiliyinə nail olmaq
1468-1501-ci illərdə Azərbaycanda mövcud olmuşdur
A) Ağqoyunlu dövləti
B) Qaraqoyunlu dövləti
C) Elxanilər dövləti
D) Çobanilərin hakimiyyəti
E) Səfəvilər dövləti
Vergi işlərini qaydaya salmaq üçün ‘‘Qanunnamə‘‘ qəbul etmiş Ağqoyunlu hökmdarı
A) Uzun Həsən
B) Əlvən Mirzə
C) Sultan Yaqub
D) Gödək Həsən
E) Murad Mirzə
1406-cı ilin payızında Təbriz yaxınlığındakı Şənbi-Qazanda döyüş oldu
A) cəlairilərlə teymurilər arasında
B) cəlairilərlə qaraqoyunlular arasında
C) qaraqoyunlularla şirvanşahlar arasında
D) teymurilərlə şirvanşahlar arasında
E) qaraqoyunlularla teymurilər arasında
Fəzlullah Nəiminin hürufiliyin nəzəri əsaslarının əks olunduğu əsərlərindən biri
A) ‘‘Saqinamə‘‘
B) ‘‘Cavidannamə‘‘
C) ‘‘Məqamat‘‘
D) ‘‘Fərhadnamə‘‘
E) ‘‘Dəhnamə‘‘
I Şah Abbasın hakimiyyətə gələndən sonra dövlətin sarsılmış qüdrətini bərpa etmək üçün
A) hərbi-inzibati islahat keçirdi
B) ötən illərdən qalan vergilərin ödənilməsini tələb etdi
C) türk və fars etnik qrupları arasında hakimiyyət uğrunda gedən çoxillik mübarizəyə birdəfəlik son qoydu
D) Osmanlı və özbək dövlətlərilə sərhədləri möhkəmləndirmək üçün yeni müdafiə qurğuları tikdirdi
E) maliyyə sahəsində ciddi intizam yaratdı və vergi islahatı keçirdi
Ağqoyunlu Uzun Həsənlə Osmanlı imperiyası arasında münasibətləri daha da kəskinləşdirdi
A) Kiçik Asiyanın cənub və cənub - qərbi uğrunda mübarizə
B) Venesiya Respublikası ilə Sultan II Mehmet arasında hərbi ittifaq yaranması
C) Genuya şəhər-dövlətilə Uzun Həsən arasında hərbi ittifaq bağlanması
D) Ağqoyunlu dövləti ilə Misir sultanlığı arasında yaxınlaşma
E) Trabzon məsələsi
XVI əsrə qədər Avropa ölkələrilə ən geniş əlaqələr yaratmış Azərbaycan dövləti
A) Şirvanşahlar
B) Girdiman
C) Qaraqoyunlular
D) Ağqoyunlular
E) Eldənizlər
‘‘Zic Elxani ‘‘ (‘‘Elxani cədvəlləri‘‘) əsərinin müəllifi olan görkəmli Azərbaycan alimi
A) Fəzlullah Rəşidəddin
B) Məhəmməd Naxçıvani
C) Abdulla Təbrizi
D) Nəsirəddin Tusi
E) Əbdürrəşid Bakuvi
1382-ci ildə Şirvanda.
A) cəlairi Üveysin hakimiyyəti bərqərar oldu
B) çobanilər hakimiyyəti ələ keçirdilər
C) Dərbəndilər sülaləsi hakimiyyətə gəldi
D) qızıl Ordalılar hökmranlığa başladılar
E) Əmir Teymurun ağalığı dövrü başladı
Eldənizlər dövləti süquta uğradı
A) Hülakülər dövlətinin yaranması ilə
B) monqolların Azərbaycana birinci yürüşü nəticəsində
C) Qızıl Ordanın yürüşləri nəticəsində
D) monqolların Azərbaycana ikinci yürüşü nəticəsində
E) Cəlaləddinin Azərbaycanı işğal etməsi nəticəsində
Qaraqoyunlu sülaləsinin banisi olmuşdur:
A) Bayram Xoca
B) Pir Həsən
C) Qara Yusif
D) Əli Şəkər bəy
E) Qara Məhəmməd
Yaxın və Orta Şərq məktəblərində əxlaq dərsliyi kimi şöhrət qazanmış ‘‘Əxlaqi-Nasiri‘‘ əsərinin müəllifi
A) Nəsirəddin Tusi
B) Abdulla Təbrizi
C) Mahmud Şəbüstəri
D) Fəzlullah Rəşidəddin
E) Məhəmməd Naxçıvani
1488-ci ildə Tabasaranda Şahdağın ətəyində döyüş baş verdi
A) ağqoyunlu – Şirvanşahların birləşmiş qüvvələri ilə qızılbaşlar arasında
B) qızılbaşlarla qaraqoyunlular arasında
C) ağqoyunlularla qaraqoyunlular arasında
D) ağqoyunlularla şirvanşahlar arasında
E) ağqoyunlu – Şirvanşahların birləşmiş qüvvələri ilə teymurilər arasında
1382-1538-ci illərdə Şirvanşahlar dövləti
A) Məzyədilər sülaləsi tərəfindən idarə edilmişdir
B) Dərbəndilər sülaləsi tərəfindən idarə edilmişdir
C) çobanilər tərəfindən idarə olunmuşdur
D) Hülakü dövlətinin vassalı olmuşdur
E) teymurilərin vassalı olmuşdur
Toxa əkinçiliyini xış əkinçiliyi əvəz etdi
A) Yeni Daş dövründə
B) Mis-daş dövründə
C) Orta Daş dövründə
D) dəmir dövründə
E) Erkən Tunc dövründə
1410-1468-ci illərdə Azərbaycanda mövcud olmuşdur
A) Teymuri ağalığı
B) Cəlairi ağalığı
C) Hülakülər dövləti
D) Çobani əmirliyi
E) Qaraqoyunlu dövləti
Qaraqoyunlu dövlətinin tərkibinə daxil idi
A) Şirvanşahlar dövləti istisna olmaqla bütün Azərbaycan torpaqları
B) Azərbaycanın yalnız şimal torpaqları
C) Dərbənddən Həmədana qədər olan Azərbaycan torpaqları
D) Qərbi İran, Şimali Azərbaycan və bütün Gürcüstan ərazisi
E) Şirvan da daxil olmaqla bütün Azərbaycan torpaqları
1259-cu ildə Marağada.
A) Rəbi Rəşidi ali mədrəsəsi fəaliyyətə başlamışdır
B) İlk mədrəsə açılmışdır
C) İlk dar qış-şəfa fəaliyyətə başlamışdır
D) Şam-Qazan rəsədxanası tikilmişdir
E) Nəsirəddin Tusinin rəhbərliyi ilə rəsədxana tikilmişdir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top