Tapılan ümumi test sayı : 10

Cümlədə mübtəda vəzifəsində işlənən say hansı nitq hissəsinin xüsusiyyətlərini daşıyır?
A) Sifətin
B) İsmin
C) əvəzliyin
D) Sayın
Biri sifət və sayın ortaq xüsusiyyəti kimi verilə bilməz:
A) Hər ikisi, cümlədə əsasən təyin olur
B) Hər ikisi isimləşdikdə morfoloji cəhətdən isim sayılır
C) Hər ikisi ismə aid olur
D) Hər ikisi isimləşə bilir
Hansı cümlədə say sifətin sualına da cavab verə bilər?
A) Birinci çıxış hamıda maraq oyatdı
B) İlk dərs günü birincilərin həyəcanı hədsiz idi
C) İnsana sözü bir dəfə deyərlər
D) Yüzlərlə tamaşaçı onu alqışladı
Sayla sifətin ortaq əlamətləri kimi göstərilənlərdən biri yanlışdır:
A) Hər iki nitq hissəsinin quruluşca düzəltmə növü isim və feldən əmələ gəlir
B) Hər iki nitq hissəsi cümlədə ən çox təyin olur
C) Say da, sifət də isimləşir
D) Hər iki nitq hissəsi isimlə bağlı olur və isimdən əvvəl işlənir
Hansı cümlədə say sifətə aiddir?
A) Yüzlərcə xəstə onun müalicəsindən sonra sağalıb
B) Mən ona çox yaxşılıqlar etmişəm
C) Minlərlə uşaq aclıqdan əziyyət çəkir
D) Son dövrlərdə çox yaxşılaşmısan
“Müəllim bunu bizə xeyli demişdi” cümləsində xeyli zərfdir, yoxsa say?
A) zərfdir
B) zərfləşmiş saydır
C) həm say, zərfdir
D) saydır
E) isimləşmiş saydır
Hansı cümlədə say isimləşmışdir?
A) Meydana yüzlərlə adam toplaşmışdı
B) Beşinci mərtəbəni təmir edirlər
C) Birinciləri səhnəyə çağırdılar
D) O, doqquzuncu sinifdə oxuyur
E) azlıq çoxluğa tabedir
Aşağıdakılardan hansının yazılışında səhvlik var?
A) Onlarla
B) 110-cu
C) Yüz on bir
D) 200 min
E) LX-cı
Say isimləşdikdə hansı nitq hissəsinin sualına cavab verir?
A) Zərfin sualına
B) Təyinin sualına
C) Felin sualına
D) Əvəzliyin sualına
E) İsmin sualına
Say nəyə deyilir
A) Say feldən ibarətdir
B) Əşyanın adını bildirən nitq hissəsinə say deyilir
C) Əşyanın əlamətini bildirən nitq hissəsinə say deyilir
D) Əşyanın sırasını və miqdarini bildirən nitq hissəsinə say deyilir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top