Tapılan ümumi test sayı : 28

Arzu ədatları işlənmiş cümləni göstərin:
1.  Sənin təki dostu olan xoşbəxtdit.
2.  Barı çəkdim, yol saldım.
3.  Barı gəlib çıxaydım.
4.  Məgər mən bunu bilmirəm?
5.  O heç də rahat deyildi, təki oğlunun işləri yaxşı gedəydi.
A) 1, 4
B) 4, 5
C) 3, 4
D) 3, 5
E) 2, 3
"Bu torpağa elə oğul lazımdır ki, onun qeyrətini çəkə bilsin" nümunəsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) təyin budaq cümləsi
B) xəbər budaq cümləsi
C) yer budaq cümləsi
D) tamamlıq budaq cümləsi
E) mübtəda budaq cümləsi
Səhv yazılmış sözü tapın:
A) qəhrəman
B) xətkeş
C) sərhədd
D) xətt
E) xətsiz
"Çalğıçılar çalır, toy sahibi qonaqları qarşılayır, gənclər isə ortalıqda süzürdülər" tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) səbəb-nəticə
B) aydınlaşdırma
C) zaman
D) ardıcıllıq
E) qarşılaşdırma
Hansı cərgədə bütün açıq saitlər verilmişdir?
A) e, ə, i, ö, ü
B) a, ı, o, u, e
C) ı, i, u, ü
D) a, o, e, ö, ə
E) e, ə, ö, i, o
Modal söz olan cərgəni göstərin:
1. Bəlkə, sən razı deyilsən.
2. Mətləbi qısa desək, vaxta qənaət etmiş olarıq.
3. Aha, sən də getmək istəyirsən?
4. Məhz səni nəzərdə tutmuşam.
5. Deyəsən, işimiz yaxşı gedir.
A) 1, 5
B) 2, 5
C) 1, 4
D) 2, 3
E) 3, 4
Terminlərdən ibarət olan cərgəni göstərin:
A) xəbər, mübtəda, çörək
B) riyaziyyat, inteqral, tənlik
C) ata, neftçi, müğənni
D) göz, burun, qol
E) çay, qaz, divan
Qeyri müəyyən təsirlik halın sualı hansıdır?
A) nəyi?
B) nə?
C) nədə?
D) nəyə?
E) nəyin?
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top