Tapılan ümumi test sayı : 28

Neçə cümlədə məsdər tərkibi mübtəda vəzifəsində işlənmişdir?
1. Çox irəli getmək təhlükəli idi.
2. Böyük bir nemətdir, məncə yaşamaq.
3. Bundan sonra, bu mahalda yaşamaq ona çətin gəlirdi.
4. Günün altında dayanmaq mümkün deyildi.
5. Sancmaq əqrəbin adətidir.
A) 4
B) 1
C) 3
D) 2
E) 5
Hansı cümlədə xitab III növ təyini söz birləşməsi ilə ifadə olunub?
A) Bəylər və xanımlar! Bu gün tarixi gündür.
B) "Neftçi" komandasının oyunçuları! Biz sizə uğurlar arzulayırıq.
C) Odlar yurdu, sən şer, sənət ocağısan!
D) Ay uşaq, qapını açın.
E) Möhtərəm qonaqlar! Xoş gəlmişsiniz.
Düzəltmə sözü göstərin:
A) kömək
B) ürək
C) çörək
D) bilək
E) sınaq
Terminlər ən çox hansı üslubda işlənir?
A) danışıq üslubunda
B) elmi üslubda
C) bədii üslubda
D) rəsmi üslubda
E) publisistik üslubda
Zaman əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:
A) Güclü qar yağır, adamlar işə tələsir, maşınlar yavaş-yavaş ötüb keçir.
B) Duman çəkilir, hər tərəf aydın görünürdü.
C) Məruzəçi həvəslə danışsa da, iclasa dəvət olunanların bəzisi narahatlıqla saata baxırdı.
D) Onun işi şətin idi: yazdığı əsəri qısa müddətdə başa çatdırmalı idi.
E) Otağın pəncərəsini açdım, təmiz hava içəri doldu.
Hansı sözlərdə apastrof işarəsi düzgün qoyulmamışdır?
1. Mə`na          2. Sü`rət            3. Də`vət
4. Ə`la              5. Ən`ənə          6. Mə`sul
A) 3, 4
B) 5, 6
C) 2, 5
D) 1, 4
E) 2, 6
"Elə söz de ki, heç kəsin ürəyinə toxunmasın" cümləsi tabeli mürəkkəb cümlənin hansı növündədir?
A) mübtəda budaq cümləsi
B) tərzi-hərəkət budaq cümləsi
C) tamamlıq budaq cümləsi
D) təyin budaq cümləsi
E) zaman budaq cümləsi
Hansı cümlənin mübtədası əvəzliklə ifadə olunmuşdur?
A) Bu günlərdə Bibiheybət məscidinin tikintisinə başlandı.
B) Bəzi adamlar toyda yaman canfəşanlıq edirdilər.
C) Bu yerlərin yazı da gözəldir, qışıda.
D) Kimsə bilməz Tanrıdağın yaşını.
E) Bizcə, elmin incəliklərini diqqətlə öyrənmək lazımdır.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top