Tapılan ümumi test sayı : 27
1)
Altından xətt çəkilmiş sözlər hansı sırada omonimdir?
Xəta bildir
A)
Axşam dolu yağdı. Ovçunun belindəki qatar patronla dolu idi.
B)
Yüz ölç , bir biç .
C)
Kağız torba davamsız olur. Bu qədər kağız nəyinə lazımdır?
D)
Uşağın boğazı ağrıyır. Qrafinin boğazı rənglidir.
E)
Uşağın dişi çıxır. Darağın dişi sındı
2)
C.Cabbarlıya aid edilmiş fikirlərdən biri səhvdir:
Xəta bildir
A)
Yalnız lirik və dramatik növdə əsərlər yazıb.
B)
"Babayi-Əmir" jurnalında satirik şerləri çap olunmuşdur.
C)
Tarixi mövzulara həsr olunmuş əsərlər müəllifidir.
D)
"Ana" şerinin müəllifidir.
E)
Yaradıcılığa "Bahar" adlı şerlə başlayıb.
3)
Bədii əsərdə təsvir edilən hadisələrin müəyyən xətt üzrə inkişaf etdirilməsi nə adlanır?
Xəta bildir
A)
süjet
B)
kompozisiya
C)
ekspozisiya
D)
kulminasiya nöqtəsi
E)
final
4)
Yaradıcılığının ilk dövründə "Hüseyni", "Seyyid Hüseyni", "Seyyid" təxəllüsü ilə yazıb-yaradan sənətkar:
Xəta bildir
A)
İ.Həsənoğlu
B)
Ş.İ.Xətai
C)
Həbibi
D)
F.Nəimi
E)
İ.Nəsimi
5)
Sən sənət eşqiylə vəcdə gələndə,
Bir Səməndər kimi odlara qalan.
Qoy bir el məsəli düzəldim mən də:
Dağ olmaq istəsən, dağa arxalan.
Bənddə hansı bədii təsvir vasitəsi işlənib?
Xəta bildir
A)
litota
B)
təşbeh
C)
epitet
D)
metafora
E)
bədii təzad
6)
N.Gəncəvini "Xosrov vəŞirin" poeması ilə bağlı fikirlərdən biri səhvdir:
Xəta bildir
A)
Məsnəvi şəklində yazılıb.
B)
Xosrov Şirinin təsiri ilə dəyişir və nəcib bir insana çevrilir.
C)
"Xəmsə"yə daxil olan ikinci poemadır.
D)
Saf məhəbbətin tərənnümünə həsr olunub.
E)
Fərhad Çin hökümdarının oğlu kimi təqdim olunur.
7)
S.Ə.Şirvaninin bu təmsillərindən birində "Yaxşılıq itmir" ideyası təbliğ olunur:
Xəta bildir
A)
"Qaz və Durna"
B)
"Siçan və Pişik"
C)
"Aslan və iki öküz"
D)
"Ayı və Siçan"
E)
"Xoruz və Çaqqal"
8)
Əzizim, kətan sarı,
Ağ sarı, kətan sarı,
Çıxaydım Şah dağına,
Baxaydım Vətən sarı.
Şerin janrını və necə qafiyələndiyini göstərin.
Xəta bildir
A)
Holavardır, aaba şəklində qafiyələnmişdir.
B)
Bayatıdır, aaba şəklində qafiyələnmişdir.
C)
Sayaçı sözüdür, aaba şəklində qafiyələnmişdir.
D)
Rübaidir, aaba şəklində qafiyələnmişdir.
E)
Mərasim nəğməsidir, aaba şəklində qafiyələnmişdir.
9)
N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsindən götürmüş aşağıdaki sözlər kimin dilindən deyilir?
"... həkimi çağır... Xudaya, şükür... Qəribə müsibətdir! Müsibəti-müsəlman! Vəhşilik, elmsizlik, nadanlıq! Bəli, nə eyləmək, qəza işidir..."
Xəta bildir
A)
Fəxrəddin bəy
B)
Səadət xanım
C)
Cahangir bəy
D)
Rüstəm bəy
E)
Gülbahar
10)
R.Rza şerlərinin birində "O kəs ki, torpağa, xalqa bağlıdır, kökü xalq mənəviyyatının dərinliklərindədir, onu əymək olmaz" qənaətinə gəlir:
Xəta bildir
A)
"Rənglər"
B)
"Çinar"
C)
"Bu gün"
D)
"Pəncərəmə düşən işıq"
E)
"Vətən"
11)
Aşağdakılardan biri romantizm ədəbi cərəyanın nümayəndəsi deyil:
Xəta bildir
A)
Abdulla Şaiq
B)
Məhəmməd Hadi
C)
H.Cavid
D)
Əliqulu Qəmküsar
E)
Abbas Səhhət
A)
düşüncə, duyğu
B)
sevgi, həyat
C)
dostluq, kədər
D)
xeyirxahlıq, istək
E)
ətək, ağac
13)
Hansı cümlədə həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etmiş məsdərlər vardır?
1. Görüşməyimizdən bir həftə sonra getdi.
2. Atam tapşırdı ki, dərsə gecikməyim.
3. O, yaxşı oxumağımız üçün heç nəyi əsirgəmirdi.
4. Deməyindən belə çıxırdı ki, xəbəri yoxdur.
Xəta bildir
A)
1, 2
B)
3, 4
C)
1, 3
D)
1, 4
E)
2, 4
14)
Felin aşağıdakı növlərindən birində iş görən qrammatik cəhətdən məlum olmur:
Xəta bildir
A)
məchul
B)
qarşılıq-birgəlik
C)
qayıdış
D)
məlum
E)
icbar
15)
Bədii üslubda müəllifin dilində (təhkiyədə) yol verilmir:
Xəta bildir
A)
obrazlıq və emosionallıq yaradan ifadələrə
B)
bədii təsvir və ifadə vasitələrinə
C)
sinonim, omonim və antonimlərdən istifadəyə
D)
dialektizmlə, vulqar və loru sözlərlə, valvarizmlə
E)
məcaziliyə, çoxmənanılığa
16)
Birinci növ təyini söz birləşmələrinin asılı tərəfi, əsasən, cümlənin hansı üzvü olur?
Xəta bildir
A)
zərflik
B)
mübtəda
C)
təyin
D)
xəbər
E)
tamamlıq
17)
"Ürəyindən keçir ki, böyüyəndə zabit olsun" tabeli mürəkkəb cümlənin növünü göstərin:
Xəta bildir
A)
tamamlıq budaq cümləsi
B)
səbəb budaq cümləsi
C)
xəbər budaq cümləsi
D)
mübtəda budaq cümləsi
E)
məqsəd budaq cümləsi
18)
"Seçki" sözünün fonetik təhlilindəki səhv hansı sıradadır?
Xəta bildir
A)
Samitlərin hər üçü kardır.
B)
Beş hərf, beş səsdən ibarətdir.
C)
İki hecalıdır, vurğu sonuncu hecaya düşür.
D)
[i]-incə, qapalı, dodaqlanmayan saitdir.
E)
[e]-incə, açıq, dodaqlanmayan saitdir.
19)
Elə ,məhz ,əsl , ədatlarının mənaca növünü göstərin:
Xəta bildir
A)
Sual
B)
Qüvvətləndirici
C)
Məhdudlaşdırıcı
D)
Əmr
E)
Dəqiqləşdirici
20)
Təyinin feli sifət tərkibi ilə ifadə olunduğu cümləni göstərin.
Xəta bildir
A)
Bal tutan barmaq yalar.
B)
İşin düşər-düşməzi olar.
C)
Çox oxuyan adam məlumatlı olar.
D)
Keçilməz dağ kimi kəsdik yolunu.
E)
Məmməd deyəcəyi mətləbi çox uzadırdı.
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab