Tapılan ümumi test sayı : 25

Sözlərdən biri çoxmənalı deyil:
A) kağız
B) diş
C) almaq
D) dil
E) böyrək
"Məktub oxunubdur" cümləsində altından xətt çəkilmiş sözün morfoloji təhlilində səhv haradadır?
A) Oxu sözün köküdür.
B) -n-qayıdış növ şəkilçisidir.
C) -dur-şəxs şəkilçisidir.
D) -ub-nəqli keçmiş zaman şəkilçisidir.
E) Təsirsiz feldir.
Cümlədə işlənmiş feli bağlama tərkibi hansı sintaktik vəzifəni daşıyır?
İnsan torpağa bağlı olanda əzəmətli bir çinara bənzəyir.
A) təyin
B) tamamlıq
C) zərflik
D) xəbər
E) mübtəda
Vurğusu birinci hecaya düşən sözü göstərin:
A) sırğa
B) Şamaxı
C) Asiya
D) marka
E) Bərdə
İsimləşmiş feli sifətlər daha çox hansı cümlə üzvü  yerində işlənir?
A) təyin, mübtəda
B) mübtəda, tamamlıq
C) zərflik, təyin
D) təyin, tamamlıq
E) xəbər, zərflik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top