Tapılan ümumi test sayı : 28

İnsan anlayışı bildirən düzəltmə sözlər cərgəsini göstərin:
A) döyənək, düşüncə
B) belə söz cərgəsi yoxdur
C) vətəndaş, məktəbli
D) meydança, turşu
E) dostluq, gurultu
Omonim şəkilçilərin cərgəsini göstərin:
A) -pərəst, -xana, -şünas, -gər
B) -anti, -bi, -ba, -na
C) -malı2, -acaq2, -ası2, -ın4
D) -ır4, -lar2, -sız4, -lıq4
E) -dan2, -iyyət, -dan, -i
Avtobus sözünün fonetik təhlilində buraxılmış səhvi göstərin:
A) [a] qalın, açıq, dodaqlanmayan, [o], [u] qalın, dodaqlanan saitlərdir.
B) Sözdə səs və hərflərin sayı eynidir.
C) Yazılışı ilə tələffüzü arasında heç bir fərq yoxdur.
D) Üç hecalı sözdür, vurğu ikinci hecaya düşür.
E) Ahəng qanunu pozulmamışdır.
"Sizi düşündürən o sirr, o hikmət,
 O böyük həqiqət, o böyük qüvvət
Nə malım, nə mülküm, nə dövlətimdir
O, mənim xalqıma məhəbbətimdir" nümunəsində hansı üzvlər həmcinsdir?
A) zərflik, təyin
B) mübtəda, xəbər
C) tamamlıq, təyin
D) xəbər, tamamlıq
E) mübtəda, zərflik
Cümlələrdən hansında əlavə cümləsi işlənmişdir?
A) -İşə başlaya bilərik, - deyə Saleh ayağa qalxdı.
B) Söz ver ki, məndən inciməyəcəksən, əlindən gələn köməyi əsirgəməyəcəksən.
C) Axan bulaq, ötən bülbül, açan gül! Siz necə də gözəlsiniz!..
D) Bakı, Bakı, gözəl diyar!
    Qəhrəmanlıq şöhrətin var.
E) Hasarın o tayında yüz yaşını keçmiş xartut ağacının xışıltısından - yüngül gilavar tutun yarpaqlarını xışıldadırdı - başqa bir səs yox idi.
Hansı cərgədəki sözlərin hər ikisi çoxmənalıdır?
A) göz, baş
B) mən, dolu
C) qaz, beş
D) tar, əsər
E) çay, top
Verilmiş II növ təyini söz birləşmələrindən hansını III növdə işlətmək olmur?
A) Dirçəliş günü
B) Kür sahili
C) insan taleyi
D) şəhər kənarı
E) dağ havası
Cümlələrdən hansında çağırış nidası var?
A) -Vay-vay su kəsildi ki!
B) -Ay-ay-ay, güllər əzildi.
C) -Ay qız, qazı ağa evdədir?
D) -A, nə yaxşı! Mənim də adım Sədəfdir.
E) -Ah, yazıq babalar, yazıq babalar...
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top