Tapılan ümumi test sayı : 18

Bu beyt aşağıdakı şairlərdən birinin "Ruhum" adlı şerindəndir:
Mən gedərsəm, var olsun amalım!
Yaşasın şəhriyari-hürriyyət!
A) Ə.Qəmküsar
B) M.Ə.Sabir
C) S.Mənsur
D) A.Səhhət
E) M.Hadi
Yığışdırdılar sözünün morfoloji təhlilindəki səhvi göstərin:
A) Qarşılıq-birgəlik növdədir.
B) Təsirsiz feldir.
C) Şühudi keçmiş zamandadır.
D) Düzəltmə feldir.
E) Xəbər şəklinin hekayəsindədir:
I növ təyini söz birləşmələrindən ibarət cərgəni göstərin:
A) bulağın gözü, Gəlin qayası, dost ölkə
B) sarı köynək, əl ağacı, altı qardaş
C) Qoç qoruğu, Maral bulağı, şehli çəmən
D) dərin məna, "Anamın kitabı", Koroğlu qalası
E) duzlu xörək, romantik şair, gözəl gün
Düzəltmə fellər olan cərgəni göstərin:
A) gəlmək, getmək
B) oxuyur, yazacaq, yatdı
C) başla, yazıldı, ağarır
D) deyir-gülür, çaşıb qalır
E) gəl, get, işlə
"O, anasını sonsuz bir məhəbbətlə sevən oğuldur" cümləsində təyin nə ilə ifadə olunmuşdur?
A) feli bağlama ilə
B) feli sifət tərkibi ilə
C) isimlə
D) feli sifətlə
E) sifətlə
"Nə kapitan dillənir, nə də Ülvi düşüncələrini dağıtmaq istəyirdi" cümləsində tabesizlik bağlayıcılarının hansı növü işlənmişdir?
A) bölüşdürmə
B) inkar
C) qarşılaşdırma
D) aydınlaşdırma
E) birləşdirmə
Verilən fikirlərdən hansıları düzgün hesab etmək olmaz?
1. Hər bir elmin özünəməxsus terminləri var.
2. Sözün poetik funksiyası ən çox bədii üslubda özünü göstərir.
3. Bədii üslub elmi təfəkkürün ifadəsi kimi ortaya çıxır.
4. Bədii üslubda dialekt və ləhcə xüsusiyyətlərindən istifadə yolverilməzdir.
5. Üslublar dilin fonetik, leksik və qrammatik normalarına tabedir.
A) 2, 3
B) 1, 3, 5
C) 2, 3, 4
D) 3, 4
E) 3, 4, 5
Hansı cümlə intonasiyası əsasında yaranmış xəbər budaq cümləli tabeli mürəkkəb cümlədir?
A) Nə qədər Cahandar ağa sağdır, o, kənddə əl-qol aça bilməyəcəkdir.
B) Kimdir, buyursun.
C) Yaxşısı budur, gəlin görüləcək işlərimizi müəyyənləşdirək.
D) Nə qədər bacarırsan, qabağa get.
E) Adam var başına səpəsən güllər,
Adam var gözünə səpəsən millər.
Sayların yazılışca düzgün olanını göstərin:
A) 7-nci
B) 27-inci
C) XIX-cu
D) İgirmi üç
E) 22-ci
"Bir damcı dərman içsən, yaxşı olarsan" cümləsində "damcı" sözü sayla isim arasında gəlmişdir. Belə sözlər necə adlanır?
A) qoşma
B) sifət
C) say
D) bağlayıcı
E) numerativ söz
Hansı cümlədə məcazi mənada işlənmiş söz vardır?
A) Arif şirin çayı içib, həyətə düşdü.
B) Onların arasında soyuq münasibət yaranmışdı.
C) Hava çox soyuq idi.
D) Arif bacısına soyuq su verdi.
E) O, şirin çörəyi xoşlayır.
M.Şəhriyardan gətirilən aşağıdakı bənd hansı nitq formasındadır?
Heydərbaba, ildırımlar şaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkəyüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.
A) ədəbi dil
B) xalq danışıq dili
C) həm dialekt, həm də xalq danışıq dili
D) dialekt
E) həm ədəbi dil, həm də xalq danışıq dili
Dil haqqında verilən fikirlərdən biri yanlışdır:
A) Dil insana məxsusdur, heyvanlar ancaq münasibəti hiss edə bilər.
B) Dil irqi və irsi cəhətlərlə bağlıdır.
C) Dil ünsiyyət vasitəsidir.
D) Dil ictimai hadisədir.
E) İnsanın dik yeriməyə başlaması səsli ünsiyyətin yaranmasında mühüm amil olmuşdur.
Sözlərdən yalnız biri omonim kimi işlənə bilər:
A) mətn
B) nəticə
C) dəftər
D) elm
E) yekun
Sait səslərdən neçəsi dodaqlanandır?
A) 5
B) 3
C) 2
D) 4
E) 6
Qrammatik şəkilçilərin cərgəsini göstərin:
A) -lıq4, -dar
B) -sız, -kar
C) -ımız4, -lar2
D) -ıq4, -qın4
E) -ış4, -ıl4
Poema sözünün fonetik təhlili ilə bağlı səhv hansı mərhələdədir?
A) Sözdə ahəng qanunu pozulmuşdur.
B) [p] kar, [m] cingiltili samitdir.
C) Vurğu üçüncü hecaya düşür.
D) [a] qalın, açıq, dodaqlanmayan, [e] incə, açıq, dodaqlanmayan saitdir.
E) Sözdə 6 səs, 5 hərf vardır.
Hansı cərgədəki sözlər toplu isimlərdir?
A) əhali, respublika
B) meşə, üzümlük
C) dəniz, çay
D) camaat, alay
E) şəhər, kənd
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top